çərşənbə günü, 11 noyabr 2026
     

“Sülhsevər Qayıdış Konsepsiyası hazırlayacağıq” - Əhliman Əmiraslanov

Image


Möhtərəm Prezident İlham Əliyevin dekabrın 24-də, məxsusi bir gündə - doğum günündə Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə keçirdiyi görüşdə mən də iştirak edirdim. Həmin görüşdə dövlətimizin başçısı istər daxili auditoriyaya, istərsə də beynəlxalq aləmə çox ciddi mesajlar verdi və demək olar ki, Qərbi Azərbaycan İcmasının fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. 

Son 104 il ərzində Qərbi Azərbaycan torpaqlarından qaçqın, didərgin düşən, deportasiya olunan, soyqırıma məruz qalan həmvətənlərimizin övladları, varisləri toplanaraq dövlətimizin gücünə, Prezident İlham Əliyevin müdrik siyasətinə sığınaraq tarixi torpaqlarımıza qayıtmaq, onlara qarşı törədilən cinayətləri dünya ictimaiyyətinə çatdırmaq üçün cari ilin avqustun 3-də “Qərbi Azərbaycan İcması”nı təsis etdilər. “Qərbi Azərbaycan İcmasında” Qərbi Azərbaycandan olan və respublikamızın elmi, mədəni, ictimai – siyasi həyatında fəal iştirak edən ağsaqqallar, ziyalılar, gənclər, qadınlar təmsil olunurlar. İcmanın əsas məqsədi xalqımızın öz istəklərinə, arzularına qovuşmasıdır, yəni, Azərbaycan dövlətinin apardığı siyasəti əsas götürərək tarixi torpaqlarımıza - Zəngəzur, İrəvan, Göyçəyə geri qayıtmaqdır. Bizim bir millət, xalq olaraq haqqımız var ki, Qərbi Azərbaycan torpaqlarına geri dönək. Qərbi Azərbaycan ərazisində xalqımıza məxsus olan və min illər boyu əcdadlarımızın yaratdığı mədəni irsə sahib çıxmalıyıq. Ermənistan ərazisində qalan böyük mədəni mirasımızın erməni vandalları tərəfindən məhv edilməsi siyasətinin ifşası, bu həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işi məhz yeni yartdığımız Qərbi Azərbaycan İcmasının fəaliyyətinin prioritetlərindəndir. Belə bir İcmanın təsis olunması təqdirəlayiq haldır. Qərbi Azərbaycan İcmasının fəaliyyəti üçün bütün şərait yaradılıb, dövlət tərəfindən də bu prosesə böyük qayğı göstərilir. Biz də Qərbi Azərbaycandan olan həmvətənlərimizlə birlikdə hər zaman dövlətimizin yanındayıq, Sizin yürütdüyünüz siyasəti dəstəkləyirik. İcma ətrafında birləşən Qərbi Azərbaycandan qaçqın düşmüş insanlar, əslində, özləri bu tarixi hadisələrin informasiya daşıyıcıları və ən böyük sübutlarıdır. Bu baxımdan, İcmanın üzərinə böyük tarixi missiya düşür. Amalı dədə-baba yurduna qayıtmaq olan Qərbi Azərbaycan İcmasına, o yurddan olan insanların, xüsusilə ağsaqqalların və ziyalıların böyük marağı və axını vardır. 44 günlük Vətən Müharibəsi bizə Azərbaycanın 270 illik tarixində analoqu olmayan bir Zəfər yaşatdı. Bu Zəfər regionda hər kəsin hesablaşmaq məcburiyyətində olduğu bir reallıq ortaya qoydu. Ordumuzun rəşadəti, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra qarşımızda yeni perspektivlər açılıb. Qazandığımız Zəfər təkcə işğaldan azad olunan ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməyəcək, həm də bizim Qərbi Azərbaycan torpaqlarımıza qayıdışımızın təməlini qoyub. Qərbi Azərbaycan kökənli gənclərimiz Müzəffər Ali Baş Komandana olan inam və sevgi ilə “Qarabağ Azərbaycandır!” – “İrəvan Azərbaycandır!” şüarları ilə Vətən Müharibəsində döyüşüb, Şəhid, Qazi, Vətən Qəhrəmanı oldular. Sentyabrın  13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bəzi sərhəd rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Ancaq düşmən bir daha əmin oldu ki, Azərbaycan ordusunun güclü və peşəkar hərbi qulluqçuları Vətənin keşiyində dayanıblar və “Dəmir yumruq” yerindədir. Görüşdə Dövlətimizin başçısı tariximizin qara səhifələrinin unudulmamasını da tövsiyə etdi və həmin səhifələri bir-bir incəliklə vərəqlədi. 1918-ci ildə İrəvanın yeni qurulan Ermənistan dövlətinə paytaxt kimi güzəştə gedilməsinin tarixi cinayət olduğunu və bu güzəştin ermənilərin növbəti iddialarının baş qaldırmasına səbəb olduğunu vurğuladı. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə Zəngəzurun Azərbaycandan ayrılıb Ermənistana verilməsini növbəti tarixi cinayət adlandırdı. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasını xalqımıza qarşı növbəti cinayət kimi qiymətləndirdi. O xalqa ki, İkinci Dünya müharibəsində Sovet İttifaqının qələbəsini Azərbaycan nefti təmin etmişdi. 1987-ci ilin payızında Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından sonra Moskvanın himayədarlığı ilə erməni millətçiliyinin baş qaldırması nəticəsində azərbaycanlıların üç il ərzində Ermənistandan deportasiyasını xalqımıza qarşı növbəti cinayət kimi xarakterizə etdi. Daha sonra Qarabağın və Şərqi Zəngəzurun işğalı ilə 30 il ərzində növbəti faciələrimizi yaşadıq. Ermənistandan azərbaycanlıların öz dədə-baba yurdlarından didərgin salındığı dövrdə Azərbaycanda olan siyasi hakimiyyət nəinki bu məsələyə həssaslıqla yanaşdı, əksinə qaçqınların öz iqlim şəraitlərinə uyğun olan yerlərdə, xüsusilə Qarabağın dağlıq hissələrində məskunlaşmalarına belə mane oldular. Uzun müddət Ermənistandan qaçqın düşən insanlarımız həmin dövrün siyasi hakimiyyətindən ögey münasibətlər gördü. Ancaq Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə deportasiya olunmuş Azərbaycanlılara diqqət və qayğı göstərilib. Azərbaycan xalqına qarşı ermənilərin dəfələrlə törətmiş olduğu və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış deportasiya və soyqırımı faktları da tariximizin açılmamış səhifələrindən biri idi. Təəssüf ki, tarix boyu azərbaycanlılara qarşı soyqırımına lazımi səviyyədə siyasi-hüquqi qiymət verilməmişdir. Ulu öndərimizin ən böyük xidmətlərindən biri xalqımız üçün tarixi və taleyüklü məsələyə – ermənilərin xalqımıza qarşı təxminən iki əsrə yaxın davam etmiş və xalqımıza qarşı ərazi iddiaları ilə həyata keçirdiyi soyqırımı faktlarına münasibəti məsələsidir. Xalqımıza qarşı tarixi cinayət kimi qiymətləndirilən bu aksiyaya hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 18 dekabr 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalamışdır. Xüsusilə, Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. Azərbaycan xalqının təxminən otuz illik tarixinin elə bir səhifəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın. Tarixi ərazilərimizdə dövlətçiliyin müasir mərhələsinin yaradılması, vətəndaş cəmiyyəti quruculuğu birbaşa Ulu Öndərin adı ilə bağlıdır. Ümumiyyətlə, ölkəmizdə azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırımı və deportasiya məsələlərinin ətraflı surətdə, sistemli şəkildə öyrənilməsi və tədqiqi işi, onun xalqımıza və dünya xalqlarına çatdırılması sahəsində iş yalnız ulu öndərimizin bu fərmanlarından sonra sistemli şəkil almış və ilbəil daha da mütəşəkkil surətdə təşkil olunur. Dövlətimizin başçısı görüşdə ritorik sual səsləndirdi: “İndi göstərin görək İrəvanın tarixi mərkəzi haradır?” Cavabını da özü verdi: “Bu tarixi mərkəz Azərbaycan xalqının tarixi irsi idi, hansı ki, onlar dağıdıblar. Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb”. Cənab Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsinin həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün çox önəmli olacağını bildirdi. Ölkə Prezidenti Qarabağ münaqişəsi həll olunandan sonra indi qarşıda duran əsas məsələnin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması məsələsinin olduğunu, bu konsepsiyanın sülhsevər konsepsiya olacağını, bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaların əsasında öz hüququmuzu tələb etməli olduğumuzu, bu işə beynəlxalq hüquqşünasların cəlb edilməli olduğunu bildirdi. Onu da xüsusi olaraq vurğuladı ki, Qərbi Azərbaycan İcmasının çox mötəbər bir rəqəmsal platforması olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır.

Əhliman Əmiraslanov
“Qərbi Azərbaycan İcması” Ağsaqqallar Şurasının sədri,
akademik



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ