çərşənbə günü, 11 noyabr 2026
     

Xankəndidə “70 minlik mitinq” eyforiyası – “Laçın dəhlizi yoxa çıxdı”

Image


Məlum olduğu kimi dekabrın 25-də Azərbaycanın Xankəndi şəhərində erməni sakinlər mitinq keçirib. Aksiya iştirakçıları Laçın yolunun açılmasını tələb ediblər.

Mitiqnin izdihamlı olması üçün Qarabağdakı separatçı rejim rəhbərliyi xeyli səy göstərməli olub. Belə ki, maksimum kütləvilik yaratmaq üçün bütün “inzibati təşkilatlar”a tapşırıq verilib. “İnzibati strukturlar”da çalışanlara mitinqdə iştirakın məcburi olduğu, müəllimlər və həkimlərə iştirak etməyəcəyi təqdirdə, işdən qovulma ilə bağlı xəbərdarlıq edilib. “Ali məktəb” tələbələri aksiyaya qatılmayacaqları halda ciddi problemlərlə üzləşəcəkləri ilə bağlı xəbərdar olunublar. Həmçinin ətraf kəndlərdən əhalinin Xankəndi meydanına gətirilməsi uçun avtobuslar ayrılıb. Bununla yanaşı, mitinqə könüllü gəlmək istəyənlərə pulsuz yanacaq verilir. Mitinqə gələn hər bir kəsə 30-40 dollar verilib. Hadisə yerindən çəkiliş etmək üçün pulsuz internet paketləri paylanılıb. Əhali ilə aparılan danışıqların bir çoxunda sadə vətəndaşlar ailəlikcə mitinqdə iştiraka təhrik olunub. Hətta uşaqlar da aksiyaya cəlb olunub. Elə bu fonda Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Qarabağ ermənilərini azyaşlı uşaqlardan siyasi məqsədlər üçün sui-istifadə etməkdə suçlayıb. O, sosial şəbəkədə yazıb: “2020-ci il dekabrın 25-də Ermənistan KİV-də bu başlıqlı materiallarla dolmuşdu: “Xankəndində qalmaqal. Qarabağ sakinlərinin xahişi ilə Anna Akopyanın fondu tərəfindən quraşdırılan çadırlar və milad yolkası sökülüb”. Həqiqətən də, yolka və uşaq pavilyonlarını sökdülər, tədbir ləğv olundu. Kiçik qəlblərinə müharibənin bütün qəddarlıqlarını sığdıran uşaqlara üçgünlük də olsa acı həqiqətdən qopmağa qoymadılar. Böyüklər, anladığınız kimi, qəlbsizdir. Özü də onlardan bu heç tələb də olunmurdu”. O vurğulayıb ki, təşkil olunmuş tədbir böyüklər üçün deyildi: “Onlar nə plastilindən evciklər qurmalı, nə kimyəvi təcrübələr aparmalı, nə də nağıllar danışmalı idilər”. Baş nazirin həyat yoldaşı bildirib ki, heç bir konsertin planlaşdırılmamasına baxmayaraq, Qarabağ erməniləri uşaqlara qarşı eqoistcəsinə davranıb: “Qısası, böyüklərin uşaqlara qarşı daha eqoist davranışı ola bilməzdi. Ancaq, görünür, bu sadəcə başlanğıc idi. İndi də həmin böyüklər eyni uşaqların əlinə ürəkağrıdan yazılar verir, yolkaların qarşısına qoyur, şəkil çəkdirirlər. Onlar uşaqlara kədərli mətnləri əzbərlədir və videolar çəkir, onların iştirakı ilə müxtəlif aksiyalar təşkil edir və mərhəmət hissini oyatmaq və çadırları sökmək üçün dünyanın hər yerinə aparırlar”. A.Akopyanın sözlərinə görə, valideynlər 3, 4, 5 yaşlı övladlarına siyasi mövzular daxil olmaqla müxtəlif mətnlər əzbərləməyə məcbur edirlər: “Uşaqların ərazi məsələlərindən başı çıxmır və suallar isə mütləq ortaya çıxacaq. Onlar heç vaxt başa düşməyəcəklər ki, Xankəndinin mərkəzində onlar üçün qurulmuş çadırlar necə oldu ki, atalar və anaları tərəfindən bu qədər asanlıqla söküldü. Bu sual, şübhəsiz ki, böyüklərə ünvanlanacaq və çətin ki, təsəlliverici cavab tapa biləcəklər”. Paylaşımın sonunda baş nazirin həyat yoldaşı Qarabağ ermənilərinə müraciət edib: “Nə vaxtsa uşaqların, 18-20 yaşlı əsgərlərin arxasında gizlənməyə son qoymalıyıq. Və o gün nə qədər tez gəlsə, faciələrimiz bir o qədər tez bitəcək”. Separatçılar aksiyaya 70 min adamın gəldiyini bildirsələr də burada 18 minə yaxın insan iştirak edib. Açıq meydanda toplaşan insan kütləsinin sayını hesablamaq üçün "Mapcheking" əlavəsindən istifadə də bunu təsdiq edir. Mitinqdə çıxış edən Qarabağdakı separatçı qurumun “dövlət naziri”Ruben Vardanyan bildirib ki, yerli erməni əhalisinin qarşısında üç seçim var: “Birincisi – Azərbaycana inteqrasiya olunuruq, ikincisi, burdan köçüb gedirik, üçüncüsü, savaşırıq. Mən 2 sentyabrda qərar vermişəm ki, Azərbaycana tabe olmayacam, burdan getməyəcəm, mübarizə aparacam. Hər şeyimi müstəqilliyə qurban verəcəm. Möcüzə gözləməyin, möcüzə olmayacaq, qarşıda bizi olduqca çətin yol gözləyir”.

Hesab edilir ki, əslində, Vardanyan Qarabağ ermənilərinin çıxılmaz durumda olmasını etiraf edib. Həmçinin Azəraycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası da artıq istənilən nəticəni verir. Bunu Ermənistanda da etiraf edirlər. Ermənistanın “Qraparak” nəşri bu xüsusda yazır: “Laçın yolundakı 10 günlük blokadanın nəticələrini ümumiləşdirsək, qeyd edə bilərik ki, dəhliz yoxa çıxıb, adi yola çevrilib. Sonda azərbaycanlılar istədiklərinə nail oldular, artıq onlar Laçın dəhlizinə nəzarət edirlər. Bir müddətdən sonra azərbaycanlılar yolu açacaqlar, lakin Azərbaycanın güc strukturlarının nümayəndələri yola nəzarətdən əl çəkməyəcəklər. Azərbaycan uzun müddətdir ki, Laçın dəhlizinə nəzarəti bərqərar etməyə çalışır, lakin Ermənistan tərəfi daim müqavimət göstərirdi. Laçın dəhlizinə nəzarət edən Rusiya sülhməramlıları da başa düşürdülər ki, əgər onlar yola nəzarəti Azərbaycanla bölüşsələr, onların rolu xeyli azalacaq, mövcudluğu mənasız olacaq. Təsəvvür edin ki, rus əsgəri kiməsə o yolu keçməyə icazə verir, azərbaycanlı isə bundan imtina edir. İndi ruslar yola nəzarəti tamamilə itiriblər, onlara təsəlli verə biləcək yeganə şey odur ki, azərbaycanlılar hələ də rusların öz qoşunlarını lazımi ərzaq və yanacaqla təmin etməsinə mane olmurlar. Ya Rusiya Azərbaycan-Türkiyə ilə münaqişəyə girmək istəmirdi, ya da başqa razılaşmalar var. Qarabağdakı ermənilər nə edəcəklər? Onlar azərbaycanlıların nəzarəti altında maşın sürməyə razılaşacaqlar və razılaşmayanların seçimi olacaq: Qarabağı birdəfəlik tərk etmək və bir daha o yolla getməmək. Ermənistan hökuməti heç bir şəkildə vəziyyətə müdaxilə etmir və bununla da Qarabağın Azərbaycanın daxili məsələsi olması mövqeyindən çıxış edir. Azərbaycanın Laçın dəhlizinə nəzarəti bərqərar etməsi, insanların və malların daşınmasına nəzarət etməsi Paşinyan üçün sərfəlidir. O, ümid edir ki, bundan sonra Azərbaycanın Ermənistandan Naxçıvana qoşulmaq üçün dəhliz tələb etməyə daha legitim haqqı olmayacaq. İndiyədək Azərbaycan və Türkiyə Ermənistan ərazisindən keçən dəhlizin Laçın dəhlizi ilə eyni hüquqi statusa malik olacağını təkrar edirdi. Bütün bunlar yalnız ilk baxışdan düzgün görünür. Azərbaycan nəinki dəhliz tələbindən əl çəkməyəcək, əksinə, buna nail olmaq üçün hər şeyi edəcək”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ