çərşənbə günü, 11 noyabr 2026
     

Əliyevin erməni revanşizminə qarşı Böyük planı, üç ana xətt və binokl məsələsi... - Aydın QULİYEV yazır...

Image


Vətən müharibəsindən sonra regionumuzda siyasi gündəmin bütün əsas mövzularının məhz Azərbaycanın diktəsi ilə müəyyən edildiyi artıq mübahisəsizdir və hər kəs bununla hesablaşır. Regional siyasi gündəmin mövzuları bir neçə istiqamətlidir ki, bunların arasında erməni revanşizminin cilovlanması ümdə xarakter daşıyır.

Bu mövzunu da ilk dəfə Azərbaycan Prezidenti qaldırdı və hamını inandırmağa çalışdı ki, sülh sazişi və sərhədlərin dəqiqləşdirilməsi qədər revanşist qüvvələrin qabağının alınması da vacibdir və heç bir halda onların Ermənistanda yenidən siyasi üstünlük götürməsinə imkan vermək olmaz. Zatən bu sadə məntiqlə izah oluna bilən reallıqdır. Dünya tarixində ən ideal mətnlə sülh sazişi imzalayın, Azərbaycan-Ermənistan sərhədinə hündür beton bloklar düzün, effekti davamlı olmayacaq, Yerevanda hakimiyyətə revanşistlər gələn kimi qarşılarında hətta Çin səddi də olsa, onunla hesablaşmayacaqlar və hər şeyi vurub keçəcəklər. Çünki onların planları məhz bu yollardakı bütün maneələri, o cümlədən sülh sənədlərini məhv etmək, daimi gərginlik ocağının mövcudluğu barədə görüntü yaratmaqdır. Demək, Ermənistanda qisasçı qüvvələrin qarşısı alınmasa, sülh və təhlükəsizliyin heç bir dayanıqlı perspektivindən danışmaq mümkün deyil.

Vətən müharibəsindən ötən iki ildə aydın göründü ki, Ermənistanda revanşistlərin qəti blokadaya alınmasında maraqlı olan tək qüvvə Azərbaycan və Türkiyədir. Qalan bütün ölkələr məsələyə bu günkü və ya sabahkı maraqlar deşiyindən baxır, qətiyyətli mövqe tutmur, "birdən gələcəkdə erməni revanşistləri karımıza gələ bilər" prinsipi ilə hərəkət edirlər.

Müharibədən sonra Ermənistanda revanşistlərin siyasətdən təcrid edilməsi barədə Prezident İlham Əliyevin birbaşa çağırışlarını yəqin ki, xatırlayırsınız. Prezidentimiz dəfələrlə açıq dedi ki, mahiyyətli və məqsədə dəqiq yönəlmiş sülh danışıqları ilə paralel olaraq, Ermənistanın içində də iş aparılmalıdır, revanşistlər siyasi proseslərdən təcrid edilməlidir, erməni cəmiyyəti qonşularla sülh içində yaşamağa hazırlanmalıdır. Çağırışın kimlərə ünvanlandığı açıq göstərildi, bunun ilk əvvəl ATƏT-in keçmiş Minsk Qrupunun həmsədrlərinə yönəldiyi gizlədilmədi. Hətta Minsk Qrupunun həmsədrləri formatına heç bir ehtiyac qalmadığını bəyan edən Əliyev bu üç ölkənin bölgədə yeni reallıqlar şəraitində görə biləcəkləri və görməli olduqları işin miqyasını da çəkdi. Bildirdi ki, Minsk Qrupunun bölgədə işi daha bitdi, indiyədək heç nə edə bilmədilər, əgər bundan sonra nəsə etmək istəyirlərsə ermənilər tərəfindən dağıdılmış bölgənin bərpasına dəstək versinlər, Ermənistanda revanşistlərin hakimiyyətə qayıtmaq cəhdlərinin qarşısını alsınlar...

Bəs Azərbaycan Prezidentinin birmənalı qoyduğu bu çərçivə necə icra olundu? Yerevanda revanşistlərin qarşısı alındımı? Xankəndində revanşistlərin qondarma  hakimiyyətinə son verildimi? Yox! Əksinə ,Yerevanda revanşistlər gündən-günə siyasi hakimiyyət olimpinə doğru irəlilədi, Xankəndində isə yerli revanşistlərə rus milyarderin timsalında yeni daha güclü müttəfiq və arxa oyunçu tapıldı. Fransa və digər havadar ölkələr də kənarda qalmadılar və "biz Ermənistanın yanında həmişə olacağıq" kimi həyasız bəyanatlarla revanşistlərin yanında dayandılar. Bu gün Laçın yolunda Azərbaycanın öz haqqına sahib çıxması uğrunda apardığı mübarizəyə "Qarabağ ermənilərinə genosid hazırlanır" kimi iyrənc böhtan çamuru atılır, sülhdən danışan bir sıra bəlli ölkələr isə bu çamuru ləzzətli qida əvəzinə məmnunluqla qəbul edirlər. Beləliklə, erməni cəmiyyətini sülhə hazırlamaq çağırışları  "...yanların və makronların əcaib simbiozu" tərəfindən həyata vəsiqə almamış qətlə yetirildi...

Bu şəraitdə vəziyyəti və gələcək mənzərəni dəqiq qiymətləndirən  Prezident Əliyev erməni revanşına qarşı yeni daha güclü taktiki və strateji planlarını işə saldı... Burada həmin planların ana xəttini təşkil edən üç mühüm faktdan danışmaq lazımdır.

Birinci, hələ sentyabr ayında ermənilərin təxribatına cavab olaraq Kəlbəcər-Laçın istiqamətində vaxtilə Azərbaycanın əlində olmuş bir neçə strateji mövqelər yenidən ələ alındı.

İkinci, azı 40 milyonluq Cənubi azərbaycanlıların hüquq və təhlükəsizliyi, milli özünəməxsusluğunun saxlanması Azərbaycanın yeni tarixi mərhələdə dövlət siyasətinin vacib istiqamətlərindən biri elan olundu.

Üçüncü, bu günlərdə Ermənistandan son yüz ildən çox müddətdə vəhşicəsinə qovulmuş bir milyondan artıq azərbaycanlının öz tarixi vətənlərinə qayıdışı Azərbaycanın rəsmi dövlət siyasətinin prioritetləri sırasına daxil edildi...

Prosesləri ardıcıl izləyənlər üçün bu üç böyük hadisənin müəllifinin Prezident Əliyev olduğunu sübut etməyə ehtiyac yoxdur…

İlham Əliyev hər üç istiqamətdə əldə olunmuş və olunacaq nəticələrin çox uzaq, strateji hədəflərə yönəldiyini gizlətmir. Cənubi azərbaycanlı soydaşlarımızın milli identikliyinin qorunması barədə Prezidentin fikirlərini bir daha xatırlayaq. Prezident cənublu qardaşlarımızın ana dilində təhsilinin olmamasını milli dilin itirilməsi təhlükəsi kimi qiymətləndirdi, cənubun tarixini, dilini, mədəniyyətini, adət-ənənəsini qorumağı Azərbaycan dövlətinin vəzifəsi kimi müəyyən etdi. İndi bu fakta söykənərək daha uzaq, strateji mənzərəni görməyə çalışaq. Əgər İran molla rejimi erməni separatizminin, erməni revanşizminin əsas sponsorlarından biridirsə, güclü "Cənubi Azərbaycan faktoru" gələcəkdə erməni revanşizminin qarşısında heç şübhəsiz, böyük çəkindirici və qorxuducu qüvvə rolu oynayacaq. Bir az da dərinə getsək, "güclü Cənubi Azərbaycan faktoru, bəlkə də "Vahid Azərbaycan" faktoru erməni revanşizmini İran rejimi kimi bir dəstəkçi qüvvədən məhrum edə bilər. İlham Əliyevin öz strateji düşüncələrində bu böyük perspektivin daha konkret detallarını gördüyünə və hesabladığına şübhə edilə bilməz…

Prezidentimizin sentyabr döyüşlərində yenidən nəzarətimizə qaytarılmış sərhəd mövqeləri barədə dediklərinə də eyni bucaqdan baxmalıyıq. Prezidentimiz hazırda Kəlbəcərdəki mövqelərdən Naxçıvan dağlarının, Böyük Göyçənin binokulsuz göründüyünü və Kiçik Göyçənin sahillərində olduğumuzu xatırlatması təsadüfi detallar deyil. Binokl məsələsi də səbəbsiz deyil. Prezidentin nəyə eyham vurduğunu peşəkar hərbçilər yaxşı başa düşdülər, elə ermənilər də... İlham Əliyev bu mövqelərdə bir sıra gələcək təhlükələrdən qoruna biləcəyimizi dedi, revanşistlərin müharibə planlarına qarşı "bütün dislokasiyalarınızı görürük və istənilən əks hücumla düz Yerevana çıxa, vura bilərik" kimi kontur qoydu..

Nəhayət, Qərbi azərbaycanlıların öz tarixi vətənlərinə qayıdışının Əliyev tərəfindən dövlət siyasətimizin mühüm istiqaməti elan edilməsinə təkcə tarixi ədalətin, milyondan çox azərbaycanlının haqqının bərpası kimi baxmaq kifayət deyil. Həm də daha uzaq hədəfə tuşlanmış bu bəyanat  erməni revanşizminin qarşısında keçilməz sədd olmaq xarakteri ilə diqqət çəkir. Təsəvvür edək ki, müasir Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olmasının təsfiqi yönümündə dünya miqyaslı prosesi məhz Prezidentimizin dediyi Tədbirlər planı üzrə başlatdıq, hüquqi-siyasi müstəvidə iş başladı, bu tarixlər dünya parlamentləri və hökumətlərin dilinə düşdü, bütün bunların revanşist qüvvələrə necə bir təzyiq gücü ola biləcəyini ehtimal edə bilirsinizmi? Azərbaycan Prezidentinin başlatdığı "Qərbi Azərbaycan prosesi" erməni revanşizmini kiçik və təsirsiz bir təzahür halına salacaq. Onlar Qarabağı öz revanşlarının mərkəzi hədəfi mövqeyinə çıxarmağa çalışdıqları bir anda başlarını qaldıracaqlar ki, Qarabağ bir yana, paytaxt Yerevanın üzərində belə təkbaşına nəzarəti və ya sahiblik hüququnu itirmək təhlükəsi ilə üz-üzə qalıblar..

Bunlar indi fantastik görünsə də, gələcəyə hesablanmış planın real tərkib hissələridir...

Aydın QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ