Xankəndində ermənilərin səhnələşdirilmiş toplantısının təşkilinin yeni təfərrüatları məlum olub.
Trend-in məlumatına görə, tədbirə mümkün qədər çox adam cəlb etmək üçün Ruben Vardanyanın tapşırığı ilə Azərbaycan şəhərinə ən yaxın kəndlərdən yerli ermənilər xüsusi avtobuslarla gətirilib.
Onlar pul, adambaşına 30-40 dollar, qış şəraitində həm sürücülər, həm də evlərin qızdırılması üçün həyati əhəmiyyət kəsb edən pulsuz yanacaqla aldadılaraq gətirilib.
Xatırladaq ki, bir qədər əvvəl məlum olmuşdu ki, Vardanyanın mafiyası müəllimləri, həkimləri və digər peşələrin nümayəndələrini işdən çıxarılmaqla hədələyir. Öz biznesi olanlara problem yaratmağa söz verilir. Eyni təhdidlər tələbələrə və orta məktəblərin yuxarı sinif şagirdlərinə də edilir. Tələbələrə aksiyaya qatılmayacaqları təqdirdə ciddi problemlərlı üzləşəcəkləri ilə bağlı xəbərdar olunublar.
“Hüquq-mühafizə orqanlara” və “inzibati strukturlara” iştirakın məcburi olması ilə bağlı xəbərdarlıq edilib. Mülki geyimdə iştirak etmək üçün göstəriş verilib. Qeyd edək ki, tədbirdə kütləvi xarakter yaratmaq üçün çoxlarına bütün ailə ilə gəlmələri bildirilib.
Bir çoxlarına mitinqdə iştirakın məcburi olduğu barədə xəbərdarlıq edilir. Əsas məqsədin mitinqə mümkün qədər çox insan cəlb etmək olduğu bildirilir.
Müxtəlif sahədə çalışan ermənilərə mülki geyimlə mitinqdə iştirak etmək barədə göstərişlər verilib.