Azərbaycanın son 19 illik həyatında əldə olunmuş siyasi, iqtisadi, hərbi, diplomatik uğurlar və onların səbəbləri barədə həm ölkəmizdə, həm də obyektiv dünya mediasında çox yazılıb. Bu mövzuya dünya jurnalistləri, dövlət xadimləri siyasətçi və diplomatlar müraciət ediblər, fikirlər söyləyiblər. Bütün hallarda ümumi fikir və mülahizə budur ki, Azərbaycanın daxildə və xaricdə bütün uğurlarının təşkilatçısı və müəllifi Prezident İlham Əliyevdir.
Bir sıra festivallar laureatı, iki filmi “Oskar”ın müsabiqəsindən keçən tanınmış kinorejissor, kinossenarist Şamil Əliyev bununla bağlı fikirlərini belə ifadə etdi: “Mən özümü şanslı sənətkar hesab edirəm. Mənim şansımın əsas səbəbi odur ki, ulu öndərimizlə və möhtərəm Prezidentimiz İlham Əliyevlə bir dövrdə yaşamışam. Yaradıcılıq uğurlarım məhz bu dövrlərə təsadüf edir. Sözsüz ki, onun əsas səbəblərindən biri odur ki, ulu öndərimiz də kinomatoqrafa kifayət qədər diqqət yetirirdi. Hətta kino haqqında ilk qanunu ulu öndərimiz imzalayıb. Prezident İlham Əliyevin də dövründə bir sıra sərəncamlar meydana gəldi ki, istər kino, istər teatr, istər ədəbiyyat və sair sahələrin təmsilçiləri üçün geniş imkanlar aça bilən çox vacib qanunlar qəbul olundu, sərəncamlar imzalandı. Biz də çalışırıq ki, bu şansdan istifadə edib Azərbaycanımızı təmsil edək...
Mədəniyyət sahəsinə neçə illərdir ki, təmənnasız vəsait ayrılır, mədəniyyət adamlarına qayğı göstərilir.
Nə yaxşı indiki çətin dönəmdə cənab Prezident bizim dövlətimizin başında durur. Bizim qələbələrmiz məhz Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Möhtərəm Prezident bizi 44 günlük Vətən müharibəsində böyük qələbələrə gətirib çıxardı” - deyə Ş.Əliyev qeyd etdi.
Leyla QARAXANLI