çərşənbə günü, 11 noyabr 2026
     

Kreml-İrəvan ziddiyyətləri yumşaq qarşıdurma həddində...

Image


Rusiya və Ermənistan arasında münasibətlərin getdikcə daha gərgin müstəviyə qədəm qoyması, tərəflərin bir-birinə yönəlik ittihamlarının artması müşahidə olunmaqdadır. Bu hal, xüsusən də Laçın yolunda azərbaycanlı ekofəalların davam edən etiraz aksiyaları fonunda özünü daha qabarıq büruzə verir. İndi Ermənistanda açıq çağırışlar səslənir ki, İrəvan Moskva ilə əməkdaşlıqdan imtina edib Qərbə yönəlməlidir. Ermənistanda rəsmi dairələr də artıq bu istiqamətdə açıq mövqe sərgiləyirlər.

Hazırda erməni rəsmiləri Rusiya sülhməramlılarının tənqidi fonunda Moskvadan narazılıqlarını daha çox qabartmağa cəhd edirlər. Ermənistan parlamentində müzakirələr vaxtı bu xüsusda Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Laçın yolu ilə bağlı vəziyyətə görə məsuliyyətin Rusiyanın üzərinə düşdüyünü bildirib: “Hansı ölkənin məsuliyyət daşıdığı və nə baş verdiyi göz qabağındadır. Biz bu məsələdə Rusiya ilə işləyirik ki, dəhliz tez bir zamanda açılsın. Mən müxalifəti də bu istiqamətdə işləməyə çağırıram ki, Rusiya öz öhdəliklərini yerinə yetirsin və Laçın dəhlizində nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etsin”. Moskva bu iddiaları dərhal rədd edir. Kremlin sözçüsü Dmitri Peskov məsələ ilə bağlı bildirir: “Rusiya sülhməramlıları çalışdıqları ərazilərdə asayişin və əminamanlığın təmin edilməsi üçün əlindən gələn hər şeyi edir və onlar yalnız tərəflər arasında imzalanmış sənədlərin ruhuna və hərfinə uyğun hərəkət edirlər". Ermənistanın “Past” nəşri yazır ki, Kreml və İrəvan arasında söz dueli tərəflər arasında ziddiyyətlərin artmasının göztəricisidir. Nəşr qeyd edib ki, bu yaxınlarda hakimiyyətə bağlı bəzi partiya liderləri də ruslarla bağlı olan “fleşmoba” qoşulublar. Bildirilib ki, sözügedən partiya liderləri qərbpərəstlikləri, anti-rusluqları ilə məşhurdurlar və parlamentdənkənar qüvvələr klubu çərçivəsində mütəmadi olaraq Paşinyanla görüşürlər: “Xüsusilə söhbət səs-səsə verərək “Laçın dəhlizini Azərbaycan bağlamayıb, ruslar bağlayıblar” qeyd edən Tiqran Xzmalyan, Davit Sanasaryan və Levon Şirinyandan gedir. Rəsmi mənbələrimiz bildirir ki, bu heç də müstəqil hərəkət deyil. Nikol Paşinyan parlamentdənkənar həmkarlarına Ermənistanla Qarabağı birləşdirən yolu bağladıqlarına görə “günah oxlarını” yalnız ruslara tuşlamağı tapşırıb. Bir çox ekspertlər qeyd edir ki, bütün bunların məqsədi nəhayət Rusiya sülhməramlı missiyasının fəaliyyətini gözdən salmaq və gələcəkdə hər iki tərəfdən sülhməramlıları Qarabağdan, daha sonra isə bütün Rusiya hərbi kontingentini Ermənistandan çıxarmaq çağırışları ilə çıxış etməkdir. Amma Qərbdə də Ermənistan istədiyi dəstəyi alımır. BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizindəki vəziyyətlə bağlı iclası bunun təsdiqidir. Bu iclasla bağlı hakimiyyətin və hakimiyyətə yaxın çevrələrin piar hərəkəti heyrət doğurur. Məsələ burasındadır ki, BMT Təhlükəsizlik Şurasında heç bir qətnamə qəbul edilməyib, sadəcə problemin həlli üçün praktiki tövsiyələr olmadan bəyanatlar səslənib. Buna paralel olaraq bildirilib ki, BMT Laçın dəhlizində və Rusiya sülhməramlılarının məsuliyyəti altında olan ərazidə yoxdur. Bir sözlə, fetişləşmək və ifrata varmaq üçün heç bir səbəb yoxdur”. . Elə “armenianreport” portalı da məsələyə eyni prizmadan yanaşır: “Azərbaycana qarşı BMT-də  ilk növbədə Rusiya çıxış etməli idi. Amma Kreml bunu etmir, üstəlik, rəsmi Bakının diqtəsinə oynayır. Bəli, indiki vəziyyət hamıya məlumdur. Amma Ermənistanın bu çətin vəziyyətində onu dəstəkləyən dövlətlər də var. Məsələn, İran Qərbin sanksiyaları altındadır. Bu da Tehrana Azərbaycanın atdığı addımları  pisləməyə və Ermənistanı dəstəkləməyə şərait yaradır. Rəsmi Bakı hazırda rus sülhməramlılarının geri çəkilməsi prosesini sürətləndirməyi qarşıya məqsəd qoyub. Amma bütün bunlara rəğmən, Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Anna Yevstiqneyeva “Azərbaycanlı ekoloqların Qarabağdakı filiz yataqlarına səfərlərinin parametrlərinin müzakirə olunduğunu” bəyan edir. Yəni o, Bakının tərəfinə keçərək, Qarabağın Azərbaycana aid olduğunu bildirir. Bununla da Bakının tezislərini təkrarlayıb. Bu, Rusiya və Ermənistan  arasındakı uçurum prosesini sürətləndirəcək”. “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko isə qeyd edir ki, Kreml İrəvanın xəyanətlərini unutmur. O, Laçın yolundakı aksiyalar fonunda İrəvanın üç üzünün tam açıldığını vurğulayır: “Bildiyiniz kimi, Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisinin hələ də separatçıların nəzarətində olan hissəsində qanunsuz qızıl hasilatı faktlarına diqqət çəkmək istəyən azərbaycanlı ekoloqların və ictimai təşkilatların nümayəndələrinin dinc aksiyası keçirilir. Ermənilər tərəfindən Azərbaycanın yeraltı sərvətlərinin qanunsuz mənimsənilməsi ilə yanaşı, bu proses ciddi ekoloji ziyan və irimiqyaslı ekoloji pozuntularla da müşayiət olunur. Əslində, geniş ictimaiyyətin diqqətini bu problemə cəlb etməyə çalışan azərbaycanlı ekoloqların aksiyasının kökündə məhz erməni şirkətlərinin xüsusi yırtıcılıqla istismar etdiyi mədənlərin monitorinqi tələbləri dayanır. Eyni zamanda, Laçın dəhlizi humanitar yüklərin, təcili yardım maşınlarının, eləcə də Rusiya sülhməramlılarının nəqliyyatının hərəkəti üçün açıq qalır. Söhbət yalnız qızıl və digər qiymətli metalların qanunsuz xaricə çıxarılmasının qarşısını almaq üçün digər yükdaşımalara nəzarətdən gedir. Aksiyanın dinc xarakter daşımasına diqqət yetirilməlidir. Bu, heç bir “humanitar böhrana” gətirib çıxarmadı, çıxara da bilməz – qeyd etdiyimiz kimi, humanitar yüklər Laçın dəhlizi ilə problemsiz daşınır. Amma Azərbaycan ərazisindən faydalı qazıntıların ixracı, daha əvvəllər olduğu kimi, mümkünsüz görünür. Baş verənlərə İrəvanın və Qarabağdakı separatçıların hədsiz əsəbi reaksiyası başadüşüləndir və izahı var: qanunsuz qızıl hasilatından əldə olunan gəlirlər on milyonlarla dollar təşkil edir və bu transmilli mütəşəkkil cinayətkar dəstənin bütün üzvləri hər gün külli miqdarda pul itirirlər. Buna görə də “qızıl mafiya” dünyadakı yüzlərlə lobbisti və media resursunu “tam blokada” təbliğatı ilə hay-küy salmaq üçün “doldurub”. Hətta səhnələşdirilmiş təbliğat tamaşalarında uşaqlardan da istifadə olunur. Effekti artırmaq üçün erməni tərəfi hətta dünən “iri çaplı artilleriya”dan da istifadə edib: Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan Rusiya sülhməramlılarını tənqid edərək bildirib ki, guya onlar Laçın dəhlizi boyu öz öhdəliklərini yerinə yetirmirlər. Düzdür, o, dərhal cavabını aldı: əvvəlcə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova, sonra isə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanı dərhal yerinə oturtdu. Heç kimə sirr deyil ki, Ermənistanın rəsmi hakimiyyəti həm üçtərəfli bəyanat, həm də ən yüksək səviyyədə bütün sonrakı razılaşmalar üzrə öhdəliklərini yerinə yetirməkdən yayınır - buna görə də Paşinyan Rusiyaya mühazirə oxuya bilməz. Və ən əsası: Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmağı, Moskva və Bakını üz-üzə qoymağı kimsə bacarmaz. Çünki prezidentlər Vladimir Putin və İlham Əliyevin uzun illər uğurlu qarşılıqlı fəaliyyəti var, onların arasında etimad, tərəfdaşlıq və bir-birinə həqiqi hörmət münasibətləri mövcuddur. Bu isə o deməkdir ki, istənilən vəziyyətdə Rusiya və Azərbaycan xalqlarımızın daha yaxşı gələcəyi naminə uğurla irəliləmək üçün ortaq məxrəc və birgə həll yolları tapacaq”.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ