Kreml Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Sankt-Peterburqda görüşünü istisna etməyib.
Jurnalistlərin suallarını cavablandıran Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın MDB sammiti çərçivəsində bir araya gələcəyi görüşün keçirilməsi üçün səylərin davam etdiyini deyib.
"Bilirsiniz ki, MDB üzvü olan 3 ölkənin rəhbərləri arasında qeyri-rəsmi görüş olacaq. Ancaq hələlik bu məsələ ilə bağlı konkret razılıq əldə olunmayıb" - deyə Peskov bildirib.
Tahir TAĞIYEV