07/02/2023 03:00
728 x 90

"Müdafiə potensialının gücləndirilməsi dövlət büdcəsinin əsas xərc istiqamətlərdən biri olacaq" - Əli Əsədov

img

Qarşıda duran əsas məsələlərdən biri Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və daim lazımi səviyədə saxlanmasıdır.

Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Baş nazir bildirib ki, ölkəmizin müdafiə potensialının və ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərimizin peşəkarlığının artırılması, ordumuzun müasir silahlarla təmin olunması hər zaman dövlət büdcəsinin əsas xərc istiqamətlərdən biri olacaq.

Qeyd edək ki, bu gün 2023-cü ilin dövət büdcəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Dövlət büdcəsinin əvvəl müzakirə olunan variantına müxtəlif dəyişikliklər edilib. Büdcəyə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 773 978,0 (+53 278,0) min manat, xərcləri 33 353 278,0 (+53 278,0) min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 016 998,0 (+53 278,0) min manat, yerli gəlirləri 756 980,0 min manat, mərkəzləşdirilmiş xərcləri 32 583 992,0 (+53 278,0) min manat, yerli xərcləri 769 286,0 min manat) məbləğində təsdiq olunub.

Peşə etikası

Son xəbərlər