07/02/2023 02:49
728 x 90

"Qarabağ zəfərindən sonra türk dünyasının qarşısında yeni imkanlar yarandı" - Türkiyə XİN rəhbəri

img

Qarabağ zəfərindən sonra türk dünyasının qarşısında yeni imkanlar yarandı.

Trend-in məlumatına görə, bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Təşəbbüskar və humanist Türkiyə xarici siyasəti” mövzusunda Ankarada keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, türk dünyasının özünə olan inamının gün getdikcə artdığını görürük: “Türkiyənin də güclənməsi türk dünyasına və digər türk qardaşlarımıza ayrıca güvən verir”.

"Müasir İpək yolunu yenidən inşa edirik, Orta dəhlizi canlandırırıq" deyən M.Çavuşoğlu qeyd edib ki, Orta dəhlizi canlandırmaq üçün Türkiyə-Azərbaycan- Özbəkistan, Türkiyə-Azərbaycan- Qazaxstanla olan üçlü iclaslarımızı fərqli formatlarda davam etdiririk.

“Azərbaycan və Türkmənistan qazının Avropaya çatdırılmasına çalışırıq”, - deyə Türkiyə XİN rəhbəri əlavə edib.

Peşə etikası

Son xəbərlər