BAO II Bütöv Azərbaycan Forumuna hazırlaşır...

Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə 17.12.2022-ci il tarixində saat 12:00-da "Astoria Bakı" otelinin konfrans salonunda II Bütöv Azərbaycan Forumu keçiriləcək.
Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdlr. Bu birlik bizim mədəni-siyasi birliyimiz olmaqla böyük bir gücə çevriləcək. Millətimizin problemlərinin həlli də bu gücdən asılıdır.
Forumda Azərbaycanın Güneyini təmsil edən təşkilatlardan, Borçalıdan, Kərkükdən, Dərbənddən, Qərbi Azərbaycandan olan təmsilçilər, ictimai-siyasi təşkilatların, gənc nəslin nümayəndələri, ziyalılar, ictimai-siyasi xadimlər və digərləri iştirak edəcəklər.