çərşənbə günü, 11 noyabr 2026
     

Ermənistan İran silahlarını Rusiyaya çatdıran əsas tranzit ölkəyə çevrilir

Image


Azərbaycana qarşı daim xəyanət yolu tutan İran hələ də bu siyasətini davam etdirir. Cənub qonşumuz, əvvəlki kimi, Ermənistanın yanında yer almaqla, ona ən müxtəlif sferalar üzrə yardımlar göstərməklə anti-Azərbaycan mövqeyini davam etdirir. Bunun nəticəsi olaraq, artıq məlumat verildiyi kimi, İran növbəti dəfə Ermənistana gizli yollarla silahlar göndərib. Belə ki, oktyabr ayında İran gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket çatdırıb.

Göndərilən raketlər Ermənistana satılmayıb, hədiyyə kimi, qarşılıqsız verilib. Verilən raketlərin 500 ədədi "Dehlaviyeh”, 100 ədədi isə “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksidir. Qeyd edək ki, “Dehlaviyeh” TƏİR 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sifarişi ilə, “Almas” kompleksi isə 2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının sifarişi əsasında hazırlanıb. İranın özündə bu komplekslər demək olar dünyada analoqu olmayan, ən əsası isə molla rejiminin əsas rəqibləri hesab etdiyi ABŞ və İsrail silahlı qüvvələrinə qarşı effektiv silahlar kimi qəbul edilir. Təbii ki, İran perspektivdə bu silahların Azərbaycana qarşı istifadə edilməsində maraqlıdır. Lakin o da həqiqətdir ki, belə silahlaral Ermənistan Azərbaycan qarşısında qətiyyən duruş gətirə bilməz. Bunu həm İran, həm də Ermənistan yaxşı bilir. Məhz bu vəziyyətdə tanınmış rusiyalı politoloq, PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov olduqca maraqlı açıqlama verib. O, “axar.az” portalına bildirib ki, İrandan Ermənistana göndərilən raketlər sonda Rusiyaya çatacaq: “Güman edirəm ki, İranın Ermənistana hədiyyə etdiyi raketlər Rusiya arsenalına keçəcək. Ermənistan KTMT-nin üzvüdür və Moskvanın razılığı olmadan İrəvan gizli silahlanma ilə məşğul ola bilməz. Kremlin bu raketlərdən öncədən xəbəri olub”. Arkovun fikrinə əsasən, Azərbaycanla sülh müqaviləsinin imzalanmasının bir addımlığında olan Ermənistan bu cür silahlara əslində ehtiyac duymamalıdır: “Bu onlara yalnız danışıqlarda öz mövqelərini gücləndirmək üçün lazım ola bilər. Bunun üçün də sadəcə İranın hədiyyəsi haqqında məlumat kifayətdir. Əslində Ermənistana gələn bu raket kompleksləri indi daha çox ehtiyacı olan Rusiya Federasiyasına gedəcək. Və bu bir “hədiyyə” olduğundan, heç bir müqavilə və sənədlə təsdiqlənmir. İrəvan da bir-iki gün sonra rəsmi olaraq bəyan edəcək ki, guya belə bir məlumat düzgün deyil”. İran raketlərinin Ermənistan vasitəsilə Rusiyaya çatdırılması o deməkdir ki,  İrəvan Ukraynaya qarşı müharibədə ruslarla bir yerdədir. Erməni türkşünas Hakob Çakryanın sözlərinə görə, əslində, Ermənistanın başqa seçimi də yoxdur. O qeyd edir ki, Rusiya Ukraynada öz planlarından əl çəkmir və belə bir vəziyyətdə Ermənistana da başqa seçim imkanı vermir. Ekspert bildirir ki, Rusiya Ermənistan vasitəsilə Qərbin regionda möhkəmlənməsinə də imkan vermək niyyətində deyil. Çakryan qeyd edib ki, Rusiya bu səbəbdən ATƏT-in Minsk Qrupunun digər iki həmsədrini tamamilə prosesdən kənara çıxarmağı hədəfləyir: “Bu baş verərsə, Qərbin Cənubi Qafqazda mövcudluğuna son qoyulacaq. Rusiya Putinin geosiyasi planlarını həyata keçirə bilir? Düşünmürəm ki, həyata keçirə bilir. Heç bir sivil ölkə nə Rusiya ilə, nə də Putinlə iş görmək istəmir. Putin rus xalqını da fədakar kütləyə çevirib. Rusiyanın bir sıra şəhərlərində Putinə qarşı təhqirlərlə müşayiət olunan etiraz aksiyalarını xatırlayırıq. Hətta hərbi xidmətə çağırışdan sonra Ukraynaya göndərilən əsgərlər də Putinə bu cür sözlərlə müraciət edirlər. Ac olduqları üçün üsyan edirlər, nə silahları, nə də sursatları var, tanklar yolda qalıb, yanacaqları yoxdur. Əslində o insanlar ölməlidir, bəs nəyə görə? Müharibə bir məqsəd güdməlidir, məqsəd varmı? Putinin şıltaqlıqlarına görə ölmək bir az çox olar. Rusiyanın yanaşması  Ermənistan üçün təhlükəlidir, amma bizim elə bir “müttəfiqimiz” var ki, ondan imtina etsək, başımıza yeni problemlər gətirəcək”. Digər erməni ekspertlərin də bir çoxu eyni fikirdədir. Onlar hesab edir ki, Rusiya Ermənistan arsenalından da Ukraynada məqsədləri üçün istifadə edir.

Xatırladaq ki, bundan əvvəl də Ermənistan Ukraynaya qarşı Rusiyaya yardım edib. Məsələn, məlumdur ki, bir neçə ay əvvəl 4 ədəd SU-30 tipli döyüş təyyarəsi Ermənistan aeroportundan havaya qalxaraq, Ukraynada istifadə üçün Rusiyaya göndərilib. Rusiya istehsalı olan döyüş təyinatlı təyyarələr xüsusi təlim almış erməni pilotlar tərəfindən idarə edildiyi bildirilir. Ermənistan bu hərəkəti ilə Moskvanın Ukraynada apardığı işğala ortaq olduğunu nümaiş etdirib. Ermənistanın  F-14 və F-15 qırıcılarına rəqib kimi istehsal edilən 4 ədəd SU-30 döyüş təyinatlı təyyarəni hələ2020-ci ilin may ayında təhvil aldığı məlum idi. Qeyd edək ki, Azərbaycanın torpaqlarını işğaldan azad etmək üçün apardığı mübarizədə Ermənistan ordusu Rusiya qırıcılarından istifadə edə bilmədi. Çünki raket sifarişində gecikmişdi. Yəni Ermənistan həmin vaxt ən kritik silah alışını belə tam həyata keçirməyi bacarmadı. Azərbaycan Qarabağda müvəffəqiyyətli qələbə qazandığı zaman, istifadə edilə bilməyən Rusiya təyyarələri reaksiyaya səbəb oldu. Ermənistan baş naziri Nikol Paşinyan bu qalmaqalı etiraf edərək, günahı əvvəlki rəhbərliyin boynuna qoydu. Məhz bu mübahisə mövzusu olan təyyarələr yenidən Ermənistanın çirkli əməllərinə alət oldu, erməni pilotlarla birlikdə Rusiyanın istifadəsinə təqdim edildi. Bunun ardınca isə Ermənistan İran istehsalı olan silahları Rusiyaya çatdırmağa başlayıb. Bununla İrəvan İranı da beynəlxalq tənqid hədəfindən, eləcə də növbəti sanksiyalardanxilas etməyə çalışır.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ