çərşənbə günü, 11 noyabr 2026
     

Yeni Paris-İrəvan oyunu - Qafqazda sülhə ciddi təhdid, uduzan yenə Ermənistan olacaq

Image


Məlum həqiqətdir ki, rəsmi Parisin Azərbaycanla Ermənistan arasında sülh prosesində birtərəfli mövqeyi bu gün Cənubi Qafqazda barışı əngəlləyən başlıca səbəblərdən biridir.

Fransa prezidenti Emmanuel Makronun ölkəmizlə bağlı həqiqətdən uzaq fikirlərinin ardınca bu ölkənin Senatı və Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi bədnam qətnamələr isə vəziyyəti daha da qəlizləşdirir. Eyni zamanda həmin sənədlər Fransanın regionda təxribatından başqa bir şey deyil.

Ekspertlərin fikrincə, Fransanın yürütdüyü ermənipərəst siyasətin ən təhlükəli cəhəti ondan ibarətdir ki, Paris regional sülhü və ermənilərin özlərinin təhlükəsizliyini zərbə altında qoyur. Çünki hər kəsə bəllidir ki, Ermənistan hazırkı şəraitdə silahlı qüvvələri və iqtisadiyyatı dağılmış vəziyyətdədir. Ermənilərin yeganə xilas yolu qonşuları, xüsusən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq və Fransanın yaratmaq istədiyi hər hansı təxribata qarşı durmaqdır. Lakin bunu etmək əvəzinə ermənilər yenə fransızların çaldıqları havaya oynayırlar. Fransa da yaranmış vəziyyətdən maksimum istifadə edir. Qarabağdakı separatçı qurumun lideri Araik Arutunyanın Fransaya səfəri, buradakı görüşləri də qeyd edilənləri təsdiq edir. İki günlük səfər zamanı Arutunyan Fransa parlamentinin bütün fraksiya rəhbərləri ilə görüşüb.  Görüşlərdə Azərbaycan əleyhinə fikirlər səsləndirilib, Qarabağ ətrafında cərəyan edən proseslər müzakirə olunub. Arutunyan səfərinin yekunlarına dair medianın iştirakı ilə mətbuat konfransı keçirib, eyni zamanda “France24“ telekanalına müsahibə verib. Qeyd edək ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “Frans-24” telekanalının Qarabağdakı erməni separatçılarının tör-töküntülərinin “rəhbəri” Araik Arutyunyandan müsahibə götürməsinə münasibət bildirib. O qeyd edib:  “Dünyanın tanımadığı qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin “Frans-24" tərəfindən yayımı separatizmin təbliğinə təkan verir. Bu, eyni zamanda Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur, gərginliyi artıraraq sülh səylərinə zərbə vurur”. Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə məsələnin digər maraqlı tərəflərinə diqqət çəkir: “İstisna deyil ki, Araik Arutunyanın səfərinin məqsədlərindən biri Ruben Vardanyanın kassiri kimi bu yaxınlarda Azərbaycana qarşı qətnamə qəbul edən fransız parlamentarilərə avrolar gətirmək və onları yeni anti-Azərbaycan qətnamələri və qərarları qəbul etməyə həvəsləndirmək olub. Söhbət Fransa lideri Makronun, Fransadakı erməni diasporunun və Nikol Paşinyanın Laçın dəhlizi ilə bağlı birgə gizli planından gedir. Bu tezisi təsdiq edən fakt dünən Fransa qanunverici orqanının rəhbərliyi ilə görüşündə Araik Arutunyanın “Azərbaycan Artsaxı boğaraq xarici dünya ilə yeganə və son əlaqəni kəsmək istəyir. Biz Laçın dəhlizində Artsaxın Ermənistan və xarici dünya ilə fasiləsiz əlaqəsinin təmin edilməsi üçün əlavə beynəlxalq təminatları istəyirik” bəyanatıdır. Göründüyü kimi, Fransa və Ermənistan Aİ-nin monitorinq qrupunun sərhədyanı ərazilərə gəlişi ilə Azərbaycan ordusunu durdurduqlarını düşünərək, bu dəfə oxşar missiyanı Laçın dəhlizinə yerləşdirmək iddiasına düşüblər. Beləcə, Fransa Qərbi Zəngəzurdakı presedenti Laçında təkrarlamaq niyyətini güdə bilər. Lakin istər separatçılar, istərsə də Fransa və Ermənistan bilməlidir ki, Laçın dəhlizi və Qarabağın dağlıq hissəsi BMT və bütün dünya tərəfindən tanınan Azərbaycan əraziləridir, Azərbaycan ərazisində onların planlarının həyata keçirilməsinin heç bir hüquqi mexanizmi mövcud deyil, ola da bilməz. Sözsüz ki, rəsmi Parisin və onun erməni əlaltılarının apardığı siyasət ermənilərin qorunmasını deyil, əksinə, yeni müharibəni labüd edir”.

Burada bir məqamı da xatırladaq ki, Fransa müşahidəçi missiyası adı altında uzun müddətə Cənubi Qafqaza gəlmək istəyir. Burada yenə Ermənistan kartından istifadə edilir. Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna da  bəyan edib ki, Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının mandatının uzadılması zəruridir. Beləliklə də  Fransa Avropa İttifaqının xüsusi missiyası adı altında Qafqazda xaos və anarxiya yaratmaq niyyətindədir. Fransanın qısamüddətli hədəfi müvəqqəti missiyanın mandatını uzatmaq, uzunmüddətli məqsədi isə onu daimi missiyaya çevirməkdir. Təbii ki, bu da regionda Fransanın anarxiya yaratmaq cəhdlərindən başqa heç nəyə xidmət etmir. Hər halda, Rusiyanın buna verəcəyi reaksiya da olduqca maraqlıdır. Rusiyanın forpostu olan bir ölkənin indi ciddi-cəhdlə Fransanı proseslərə daxil etməyə çalışması isə Ermənistanın ikiüzlü siyasət yürütməsinin bariz nümunəsidir.  Onu da xüsusi vurğulamaq lazım gəlir ki, Cənubi Qafqazda Fransa heç vaxt söz sahibi olmayıb. Nədənsə, ATƏT-in keçmiş Minsk Qrupunun həmsədri olmuş Paris Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında qalmasına biganə yanaşıb, amma indi erməni mövqeyindən sülh prosesində iştirak etməyə cəhd edir. Lakin prezident İlham Əliyevin də dediyi kimi, Fransa artıq obyektiv və ədalətli vasitəçi reputasiyasını itirib. Artıq  rəsmi Bakı Parisin iştirak edəcəyi hər hansı danışıqlardan da imtina edib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın ölkəmizə yeni təyin olunmuş səfiri Ann Buayon ilə görüşü zamanı bunun təsadüfi xarakter daşımadığını qeyd edib. O vurğulayıb ki, Fransa tərəfindən səslənən qərəzli fikirlər və bu ölkənin parlamentinin qətnamələri Azərbaycan-Fransa münasibətlərinə zərbə vurur və sülh prosesinə töhfə vermir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ