çərşənbə günü, 11 noyabr 2026
     

İran rejimi ölkədən qaçmağa hazırdır… Müttəfiqlərlə danışıqlar xəbəri yayıldı…

Image


Hökumətin bütün repressiv addımlarına baxmayaraq, İranda xalqın etirazı səngimir. Əksinə, artıq ən kiçik qəsəbələrdə belə artıq aksiyalar müşahidə edilir. Belə bir vaxtda yayılan məlumatlara görə, molla rejimi ölkədə vəziyyətin daha da pisləşəcəyi və hakimiyyət devriləcəyi təqdirdə ölkədən qaçmağa hazırlaşır.

Hətta iddialara görə,  rejim hökumət rəsmiləri və onların ailələrinə sığınacaq verilməsi üçün, Venesuela da daxil olmaqla, xarici müttəfiqlərlə danışıqlara başlayıb.

Belə bir vaxtda növbəti maraqlı açıqlama İran Xalq Mücahidləri Təşkilatının lideri Məryəm Rəcəvidən gəlib. O bildirib ki, İranın Milli Müqavimət Şurası İslam Respublikası hakimiyyətinə alternativdir, onu əvəz edə bilər. O, İrandakı son etiraz aksiyalarını Xalq Mücahidləri Təşkilatının təşkil etdiyini bildirib: “Bu hərəkatı Xalq Mücahidləri Təşkilatı mütəşəkkil üsyan mərkəzləri şəbəkəsi ilə yüksək səviyyədə təşkil edir. İran Milli Müqavimət Şurası bu rejimə alternativdir”. Qeyd edək ki, bu təşkilatın əsas bazası əvvəllər İraqda yerləşirdi. ABŞ bu ölkəyə daxil olduqdan sonra Xalq Mücahidləri İraqı tərk edib. Təşkilatın liderləri və üzvləri Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərirlər. Mövcud vəziyyətdə sosial mediada ölkə boyunca nümayişlər və başı açıq qadınları əks etdirən foto və video görüntülər yayılmaqdadır. Belə səhnələrə artıq kiçik qəsəbələrdə də rast gəlmək olar. Bunu yayanlar deyirlər ki, nümayişlərin dayanacağına dair heç bir zəmanət yoxdur. Aksiyada iştirak edənlərin ortaq mövqeyi belədir ki, ölkədə baş verənlər artıq etiraz aksiyaları çərçivəsindən kənara çıxıb və inqilab yetişib. Belə vəziyyətdə İranın ali rəhbəri ayətullah Əli Xamneyinin bacısı hökumətin ölkə boyunca yayılmış etirazlara divan tutmasını pisləyib və geniş kütlələr arasında xof yaradan İnqilab Keşikçiləri Korpusunu silahlarını yerə qoymağa çağırıb. Onun bu barədə məktubunu Fransada yaşayan oğlu ictimailəşdirib. Qeyd edək ki, İranda yaşayan Bədri Hüseyni Xamneyi İran ali rəhbərinin doğma bacısıdır. Onun Qərb mediasında “2022-ci il, dekabr” tarixi ilə yayılmış məktubunda deyilir ki, Bədri Xamneyi İranda İslam Respublikasının banisi ayətullah Ruhulla Xomeyninin vaxtından qardaşının hakimiyyətinədək həmişə dini üsul-idarəyə qarşı çıxış edib. Oğlu Mahmud Muradxaninin “Twitter” hesabından paylaşdığı məktubda Bədri Xamneyi yazır: “Düşünürəm ki, qardaşıma qarşı çıxdığımı elan etməyin əsl vaxtıdır və mən Xomeyni vaxtından Əli Xamneyinin despotik xilafəti erasınadək İslam Respublikasının cinayətlərindən göz yaşları tökən bütün analara hüsn-rəqbətimi bildirirəm”. Məktubda daha sonra bildirilir: "Əli Xamneyinin inqilab keşikçiləri və muzdluları silahlarını yerə qoymalı və nə qədər gec deyil, xalqa qoşulmalıdırlar”. Amma İran İnqilab Keşikçiləri Korpusu hələ ki, bu çağırışı eşitmək istəmir. Çünki bu qurumun rəhbərliyi Yaxın Şərq boyunca geniş biznes imperiyasını idarə edir. Elə bu səbəbdən qurum yaydığı son bəyanatda ölkə ədliyyəsinə “iğtişaşçılara, quldur və terrrorçulara mərhəmət göstərilməməsinə” çağırış edilir. Onu da qeyd edək ki, Bədri Xameneyinin qızı Fəridə Muradxani xarici dövlətləri İranla bütün əlaqələrini kəsməyə çağırandan sonra həbs olunub. Xalq isə Bədri Hüseyni Xamneyini, onun qızı Fəridə Muradxanini dəstəkləyir, müxtəlif formada etirazlar davam edir. 385 min izləyicisi olan “1500tasvir” “Twitter” hesabından yayılan videolarda Tehran, İsfahan, Elam, Kirmanşah, Nəcəfabad, Ərak, Babol və Şirazda dükanların bağlı olduğu görünür. Bu şəhərlərdə təhlükəsizlik qüvvələri mağaza sahiblərini dükanlarını açmağa məcbur etmək istəyir. Lakin onlar hələ də məqsədlərinə nail olmayıblar.
Bu arada prezident İbrahim Rəisi Tehran Universitetində Tələbə Günü münasibətilə çıxış edib. İclas keçirilən zalın qarşısına toplaşmış tələbələrdən bəziləri “şərəfsiz” və “tələbələr ölsələr də bu hökuməti qəbul etməyəcəklər” kimi şüarlar səsləndirib. “1500tasvir” saytının yaydığı videolarda mülki geyimli təhlükəsizlik xəfiyyələrinin tələbələrlə mübahisə etdikləri görünür. İran boyunca Tehrandakı Əmir Kəbir Universitetində və başqa universitetlərdə tələbələr etiraz aksiyalarını davam etdirirlər. Videolarda tələbələrin “bu rejim devrilməlidir” və “Xamneyiyə ölüm!” şüarları səsləndirdiyi eşidilir. İranın şimal-şərqindəki Məşhəd şəhərində, Firdovsi Universitetinin qarşısında aksiya keçirən tələbələr avtomobillərlə gəzən naməlum şəxslər tərəfindən hədələniblər.
İranın keçmiş prezidenti, çox nadir hallarda ictimai çıxışlar edən Məhəmməd Hatəmi antihökumət etirazçılarını dəstəkləyib və hakimiyyəti, nə qədər gec deyil, tələbləri yerinə yetirməyə çağırıb. 79 yaşlı Xatəmi deyib ki, “Qadın, Həyat, Azadlıq” kimi “gözəl şüar” İran cəmiyyətinin daha yaxşı gələcəyə can atdığını göstərir. Keçmiş prezident etirazçı tələbələrin həbslərini pisləyib. O, etitrazçılara dəstək ifadə edən çıxışında deyib: “Azadlıq və təhlükəsizliyin qarşı-qarşıya qoyulması yolverilməzdir. Bunun nəticəsində təhlükəsizliyin qorunub saxlanması bəhanəsi ilə azadlıq tapdanır”. Belə vəziyyətdə o da diqqətdən yayınmır ki, qadınların başçılıq etdiyi etirazlar İranın bütün 31 ostanının 150 şəhər və 140 universitetinə yayılıb. Bu da aksiyaların güc yolu ilə yatırılma imkanlarını zəiflədir. Hesab edilir ki, aksiyalar bir qədər də genişlənsə, İranda rejim həqiqətən də ölkədən qaçmalı olacaq.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ