çərşənbə günü, 11 noyabr 2026
     

“Sülh sazişi mətni barədə mövqelər fərqlidir, nazirlərin görüşü olmayacaq” - Mirzoyan hər şeyi pozdu...

Image


Ermənistanın xaricu işlər naziri Ararat Mirzoyan bəyan edib ki, ilin sonuna qədər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin yekun variantını işləyib hazırlamağın mümkün olacağından əmin deyil.

O bunu belə əsaslandırıb: “Sülhün bərqərar edilməsi və ya münasibətlərin nizamlanması fəal mərhələdədir və davam edir. Yeni redaksiyadakı sənəd dövriyyədədir. Biz hazırda Azərbaycan tərəfin növbəti təkliflərini aldıq, öz növbəti təkliflərimizi təqdim edəcəyik. Təəssüf ki, tərəflərin bir çox məsələlərlə bağlı yanaşlamaları hələ bir-birindən çox uzaqdır, amma danışıqlar da təmas nöqtələri tapmaq üçün aparılır. Hazırda ilin sonuna qədər xarici işlər nazirləri səviyyəsində görüş planlaşdırılmayıb. Amma təxmin edirəm ki, ilin sonuna qədər daha bir görüşümüz olacaq”.

Daha sonra Mirzoyan bunları əlavə edib: “Hər halda, biz həmin görüşə hazırıq, eləcə də bu danışıqlarda fəal və konstruktivik. Mən əmin deyiləm ki, ilin sonuna qədər müqavilənin az-çox yekun variantını əldə edə biləcəyik, baxmayaraq ki, biz bunu əvvəlcədən elan etmişik, lakin bu niyyət bəyanatıdır. Bizim niyyətimiz böyük ölçüdə etibarlıdır. Biz sülhə və bu hərtərəfli nizamlanmaya mümkün qədər tez nail olmaq üçün çalışırıq”.

Görünən odur ki, Ermənistan hər vəchlə danışıqları pozmaq istəyir. Hər dəfə bir bəhanə uydurur.

  • “Azərbaycan Silahlı Qüvvələrinin sülhə məcburetmə əməliyyatlarına başlaması artıq an məsələsinə çevrilir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, Ararat Mirzoyanın bu tipli yanaşmaları bir daha göstərir ki, Ermənistanın rəhbərliyi Azərbaycanla sülh razılaşmasını əldə etməmək üçün müxtəlif bəhanələrlə çıxış edir: “Üstəlik, prosesin uzadılması yönündə növbəti çıxış yolları axtarır. Belə addımlar ümumilikdə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasına nəinki maneələr törədir, habelə Azərbaycanın Ermənistanı sülhəməcburetmə prosesində daha qətiyyətli addımlar atmasına zərurətlər yaradır. Mirzoyanın daha bir fikrinə şərh vermək istərdim. O, qeyd edilən bəyanatı ilə yanaşı iddia edib ki, guya Ermənistana məxsus silahlıların Qarabağda olmamalarına rəğmən, orada, yəni cinayətkar rejimin qaldığı ərazilərdə “müdafiə ordusunun” qalmasına ehtiyac var və s. Yəni Mirzoyan bununla Qarabağdakı separatçı silahlıların qalması tərəfdarı olduğunu dilə gətirib və bu fakt da artıq belə qənaətə gəlməyə zəmin yaradır ki, Bakı sülhə maneələr törədən belə bəyanatlara laqeyd yanaşmayacaq. 44 günlük müharibədə olduğu kimi, növbəti işğaldan azadetmə kampaniyasına start verməklə yerdə qalan terrorçu, separatçı tör-töküntülərini torpaqlarımızdan rədd edəcək. O cümlədən, heç bir beynəlxalq təşkilatlar, ölkələr Azərbaycanın haqq işinə maneə yarada bilməyəcəklər. Çünki Prezident İlham Əliyevin də vurğuladığı kimi, bizim hələ də işğal altında qalan torpaqlarımız var və biz o torpaqları mütləq şəkildə azad etməliyik. İrəvanın isə ayrı seçimi yoxdur - ya sülh, ya da ümumiyyətlə siyasi xəritədən silinmə”.

B.Quliyev hesab edir ki, günü bu gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Qarabağ ərazilərində Ermənistandan, İrandan müəmmalı yük maşınları rahat şəkildə Xankəndiyə və digər ərazilərimizə daxil olurlar və bu fakt özünü sübuta yetirib: “Əlbəttə, bu məsələdə də Ermənistanın rəhbərliyi ölçü götürməli və işğalçılıq missiyasından əl çəkməlidir. Bura Azərbaycanın suveren əraziləridir və üçtərəfli bəyanata əsaslanaraq həmin qüvvələr bölgəmizi tərk etməlidirlər. Rusiya Sülhməramlıları Komandanlığı isə bu məsələdə üzərinə düşən məsuliyyətini dərk edərək əməli şəkildə fəaliyyət göstərməlidir. Biz artıq bir neçə dəfə müşahidə etdik ki, Laçın-Xankəndi yolu istiqamətində jurnalistlərimizə qarşı hansı qeyri-qanuni hərəkətlərə rəvac verildi və bu prosesi RSK-nın arxasında dayanan qanunsuz erməni silahlıları “polis” geyimində müşahidə etdilər. Bütün bunlar nə deməkdir? O deməkdir ki, RSK-nın yerləşdiyi ərazilərdə silahlı separatçılar qalmaqda davam edirlər. Bəs Bakı nə tələb edir? Həmin qanunsuz silahlı birləşmələr Qarabağdan dərhal, qeyd-şərtsiz çıxarılmalıdır. Bu baş vermədikcə regionda müharibə risqi artır və Azərbaycanın qərar qəbul etdiyi vaxtda kimsə, heç bir dövlət, yaxud beynəlxalq qurum Azərbaycanın qarşısını ala bilməyəcək. Hesab edirəm ki, hər gün geridə qaldıqca bu kimi risq daha da artır və güclü, qüdrətli, qalib Azərbaycan Silahlı Qüvvələrinin sülhə məcburetmə əməliyyatlarına başlaması artıq an məsələsinə çevrilir. Bizim tarixi və dədə-baba torpaqlarımızda heç bir qüvvə - istər Ermənistan, istər İran, istər Fransa, istərsə də Rusiyanın qaranlıq dairələri istədikləri özbaşınalıqları törədə bilməzlər. Eləcə də Azərbaycanın faydalı qazıntılarını, digər vasitələrini talan etməyə də bundan sonra kimsə icazə verməyəcək. Artıq buz yerindən tərpənib və düşünürəm ki, Ermənistan rəhbərliyinin də bənzər və sərsəm bəyanatları müqabilində limitləri tükənib. Bundan sonrakı proseslərdə isə bütün məsuliyyətlər həm Ermənistan rəhbərliyinin, həm də onlara bu və ya digər şəkildə havadarlıq edən ölkələrin və qurumların üzərinə düşəcək. Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək ki, Zəfər ilə başa çatmış Vətən müharibəsindən sonra hər hansı qüvvələr yenidən torpaqlarımızda baş qaldırmaqla öz mənfur niyyətlərini reallaşdırsınlar. Bizim səbrimiz tükənməz deyil və nə qədər gec deyil, Ermənistan bunları anlasın”.

Əks təqdirdə, politoloq hesab edir ki, Ermənistan üçün nəticələr ağır olacaq.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ