07/02/2023 03:38
728 x 90

"Ermənistanın dəqiq rəsmi mövqeyi yoxdur" - Mariya Zaxarova

img

Ermənistanın Alma-Atı Bəyannaməsini məhz necə qəbul etməsi ilə bağlı dəqiq rəsmi mövqeyi yoxdur. Trend-in verdiyi məlumata görə, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

"Mətbuat konfransında Sergey Lavrov bütün vurğuları qoydu. Daha deməyə söz yoxdur. Bu məsələdə dövlətin rəsmi, vahid mövqeyini anlamaq lazımdır və o zaman biz bu nüansları ictimai şəkildə müzakirə edə biləcəyik. Mən İrəvanda rəsmi şəkildə uyğun mövqe olmadan Sergey Lavrovun danışdıqlarına nə əlavə edəcəyimi bilmirəm. Son vaxtlar biz çoxlu şərhləri, nüansları, çoxlu müxtəlif yanaşmalar görürük. Əsasən, rəsmi İrəvanın bu aspektlərlə bağlı mövqeyini başa düşmək lazımdır”, - deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, Praqada keçirilən dördtərəfli görüşdə Ermənistan tərəfinin Alma-Atı Bəyannaməsini qeyd-şərtsiz təsdiqləməsi Qarabağın statusu məsələsini həll edir.

“Almatı bəyannaməsində göstərilir ki, bütün ittifaq respublikaları SSRİ respublikaları arasında mövcud olmuş sərhədlər daxilində sərhədlərin toxunulmazlığını təsdiq edir, başqa sözlə, həmin vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan SSR-in tərkibində olub. Bəyannamə həm Azərbaycan, həm Ermənistan, həm Fransa və Şarl Mişel tərəfindən heç bir qeyd-şərtsiz təsdiq edildikdə bu, Qarabağın statusuna necə yanaşmaq məsələsini həll edir”, - deyə Rusiya XİN rəhbəri bildirmişdi.

Peşə etikası

Son xəbərlər