05/02/2023 15:38
728 x 90

"Ermənistan tərəfindən Azərbaycanın böyük mədəni sərvətləri dağıdılıb məhv edilib" - Əli Əhmədov

img

Ermənistanın Azərbaycana olan hərbi təcavüzü nəticəsində Azərbaycanın böyük mədəni sərvətləri dağıdılıb, məhv edilib.

Trend-in məlumatına görə, bunu bu gün “Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair YUNESKO Konvensiyalarının Rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Baş nazirin müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində mülki insanlar qətlə yetirildi, şəhər və kəndlər dağıdıldı.

“Azərbaycan 2 il öncə 44 günlük Vətən Müharibəsi ilə öz torpaqlarını azad etdi və erməni vandallığının daha əyani şahidi oldu”

Beynəlxalq ictimaiyyət müharibə, münaqişə zamanı mədəni sərvətlərin qorunmasına xüsusi diqqət ayırmalıdır.

Torpaqlarımız işğaldan azad edildikdən sonra dağıdılan mədəni sərvətlərimizlə bağlı Azərbaycanın qaldırdığı məsələlərə UNESCO biganə yanaşdı.

Bu gün də bu məsələlər UNESCO tərəfindən sükutla qarşılanır. Əgər bir qurum öz üzərinə düşən vəzifələri yerinə yetirə bilmirsə, onun alternativləri haqqında məsələ qaldırılmalıdır", - Ə.Əhmədov deyib.

Peşə etikası

Son xəbərlər