çərşənbə günü, 11 noyabr 2026
     

Sülhməramlılar Qarabağda Azərbaycan jurnalistlərinə qarşı - erməni talançılarına birbaşa dəstək... - FOTO

Image


Məlum olduğu kimi, Rusiya sülhməramlıları Azərbaycanın media nümayəndələrinin - İTV və "Real" TV-nin əməkdaşlarının Azərbaycanın suveren ərazisi olan  Xocalıya keçməsinə, bununla da ölkə ərazisində peşə fəaliyyəti borcunu yerinə yetirməsinə maneə törədib.

Qeyd edilir ki,  azərbaycanlı jurnalistlər doğma Azərbaycan ərazilərinə buraxılmayıb. Nəticədə jurnalistlərlə sülhməramlılar arasında mübahisə düşüb. Jurnalistlər onlara nə qədər izah etməyə çalışsa da, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan göstəriş almış hərbçilər onları Xocalıya buraxmaq istəməyib.

İTV-nin bölgəyə ezam olunmuş jurnalisti isə sülhməramlılara “bura sizin ərazi deyil” sözləri ilə cavab verib.

İTV əməkdaşı qeyd edib ki, Rusiya sülhməramlıları hazırda faktiki olaraq öz mandatlarına aid olmayan işlə məşğul olurlar.

Vurğulanana görə, Rusiya Sülhməramlı Kontingentinin əraziyə buraxmadığı Azərbaycan jurnalistləri  Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun Xocalıda Rusiya sülhməramlı kontingentinin rəhbərliyi ilə danışıqlarını işıqlandırmaq istəyən media nümayəndələri olub ki, onlar da öz doğma torpaqlarında bu cür qanunsuzluqla üzləşiblər.

Qeyd edək ki, sülhməramlı kontingentin rəhbərinin Azərbaycan jurnalistlərinə əngəl olması və onları öz suveren ərazimizə buraxmaması ciddi ictimai narazılıq doğurub. Azərbaycan Mətbuat Şurası da  Rusiya sülhməramlılarının Qarabağda Azərbaycan jurnalistlərinə qarşı qanunsuz hərəkətlərini qəti şəkildə pisləyən bəyanat yayıb. Mətbuat Şurası ölkəmizin ərazisində müvəqqəti məskunlaşmış Rusiya Sülhməramlı Hərbi Kontingentinin Azərbaycan jurnalistlərinin fəaliyyətini məhdudlaşdırmasını qətiyyətlə pisləyib.

  • “Azərbaycan jurnalistlərini Azərbaycanın suveren ərazisinə buraxmamaq ermənilərə ümid vermək üçündür”

“Bakı-Xəbər” TV-nin aparıcısı, politoloq Mehman İsmayılov qəzetimizə şərhində bildirdi ki, Azərbaycan jurnalistləri qanunazidd addım atmayıb, onlar öz peşə fəaliyyətlərini yerinə yetirmək üçün öz suveren ərazilərimizə daxil olmaq istəyiblər, lakin sülhməramlılar qanunsuz olaraq buna mane olublar: “Birincisi, Azərbaycan jurnalistlərinə qarşı edilmiş qanunsuz hərəkət Rusiya sülhməramlılarının bütün əndazələri, bütün qırmızı xətləri keçməsi anlamına gəlir. Rusiya sülhməramlıları qanunsuz olaraq bizim jurnalistlərin qarşısını kəsiblər. Azərbaycan jurnalisti qanunların imkan verdiyi çərçivədə Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən də Xocalıda, Xankəndidə çəkiliş etmək, məlumat toplamaq və bunları da birbaşa mətbuatın missiyasına aid olan şəkildə yaymaq hüququna malikdir. Sülhməramlılar heç bir vəchlə jurnalistlərin qarşısını ala bilməz, bura Azərbaycanın suveren ərazisidir. Rusiya sülhməramlıları orada Azərbaycan vətəndaşları arasında ayrıseçkiliyə yol verməməlidir. Yəni hökumət nümayəndələri gəlsin, amma media nümayəndələri gəlməsin. Nə üçün? Ona görə ki, onlar üçtərəfli bəyanatın heç bir bəndinə əməl etmir, Azərbaycan ərazilərinə qanunsuz gələnlərin nəinki qarşısını almırlar, hətta Qarabağa gəlmələrinə özləri yardım edirlər. İrandan, Ermənistandan, başqa ölkələrdən ora terrorçuların, Fransa prezidentliyinə namizədin gəlməsi, Ruben Vardanyanın ora atılması, bütün bunlar Rusiya sülhməramlılarının Azərbaycanın dövlətçiliyi və torpaq bütünlüyü əleyhinə fəaliyyət göstərdiyini göstərir. Amma burada əsas məqam nədən ibarətdir? Azərbaycan jurnalistlərini Azərbaycanın suveren ərazisinə buraxmamaq ermənilərə ümid vermək üçündür. Ermənilər Azərbaycanın hökumət nümayəndələrinin, jurnalistlərinin Qarabağ iqtisadi zonasına gəldiyini gördükcə ümidsizliyə qapılırlar, depressiyaya girirlər, ərazini tərk etməyə baş vururlar. Ermənilərin Qarabağın ərazisini tərk etməsi isə Rusiyanın işğalçılıq siyasətinin əleyhinədir. Rusiya qəti şəkildə görmək istəmir ki, erməni Qarabağın ərazisini tərk etsin. Siz Qarabağa gedib orada gördüklərinizi ictimailəşdirmək istəyəcəksinizsə Rusiya sülhməramlıları onun əelyihə addımlar atacaq. Görürsüz ki, jurnalistlərə necə müqavimət göstəriblər, əl-ələ tutub onlara maneçilik törədirlər ki, Azərbaycanın ərazisinə getməsinlər. İTV-nin jurnalisti çox professional şəkildə dedi ki, mən öz dövlətimin ərazisindəyəm, sən niyə məni buraxmırsan. Sənin jurnalisti buraxmamaq üçün əlində bir qərarmı var? Sən onda niyə Fransa prezidentliyinə namizəd olan adamı bizim əraziyə buraxırdın? Andrey Volkov texniki vasitələrin olmamasından şikayət edirdi ki, biz İrandan gələn 14 casusun kim olduğunu bilməmişik, onları inşaatçı kimi əraziyə buraxmışıq. Bəs nə bildin gələnlər Azərbaycan jurnalsitləridir, bunu nə ilə yoxladın və buraxmırsan? Bu, Rusiyanın yeritdiyi işğalçılıq, erməniyə dəstək vermək, separatizmi ölməyə qoymamaq siyasətidir, bu aşkar görünür”.

Bu halla bağlı hansı addımların atılımalı olduğuna gəlincə, M.İsmayılov qeyd etdi ki, Azərbaycan ən yüksək səviyyədə sülhməramlıların qanunsuz hərəkətlərinə sərt reaksiya verməlidir. “Azərbaycan ən yüksək formada bu qanunsuzluqlara etirazını bilməlidir, eyni zamanda kütləvi şəkildə Azərbaycan jurnalistlərinin Xankəndiyə, Xocalıya səfərləri təşkil edilməlidir. Azərbaycan jurnalsitlərini Azərbaycan hərbiçiləri müşayiət etməlidir. Jurnalistlər ora qorumasız getməli deyil. Jurnalistlərimiz ora Azərbaycan hərbçilərinin və sözdə sülhməramlı adlandırılan kontingentin müşayiəti ilə getməlidir, çəkiliş aparmalıdır və göstərməlidir ki, bura bizim ərazimizdir, Azərbaycanın suveren hüquqları burada bərpa olunmalıdır. Məncə, ən yaxşı cavab bu olardı. Bir də onların qarşısına konkret olaraq zaman qoyulmalıdır ki, hansı zaman ərzində qanunsuz erməni hərbi birləşmələri, separatçıları Azərbaycan ərazilərindən çıxaracaqsan.  Azərbaycan Qarabağın ərazisində siyahıyaalma aparmalıdır. Orada yaşayanlar kimdir? Bu ermənilərin 1988-ci ilə qədər Azərbaycan vətəndaşlığı olub? Bu ermənilər hardan gəlib? Nə üçün Azərbaycan torpağında erməni silahlısı olmalıdır? Sülhməramlı sülh şəraiti yaratmalıdır, amma sülhməramlı silah daşıyır, sülhməramlı Azərbaycan əhalisi ilə erməni əhalisi arasında sülh yaratmalıdır, amma onların gözünün qarşısında atəş nöqtələri düzəldirlər, yeni səngərlər qazırlar, ağır teznika gətirirlər, mitinq təşkil edirlər, Andrey Volkov da birbaşa bu işlərdə iştirak edir” - deyə M.İsmayılov vurğuladı.  

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ