
Azərbaycan Prezidentinin Türk zirvəsində Zəngəzur dəhlizinin açılmalı olduğuna dair bəyanatına İranın Şimali Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin necə reaksiya veribsə, fikrimdən ilk keçən cavab bu oldu: "Bizim Prezidentin bəyanatı Möhsün Pakayin ağanın "ermənidən artıq erməniçiliyini" ortaya çıxardı"...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
"Həqiqətən də mən İlham Əliyevin Zəngəzur bəyanatlarına ermənilərin özlərindən belə isterik reaksiya hələ görmədim..."
Tahir TAĞIYEV