çərşənbə günü, 11 noyabr 2026
     

“İRNA”nın “aşağıəyarlı” iddialarına cavab - Abutalıb SƏMƏDOV yazır...

Image


Devizinin “sürət, səliqə, dəqiqlik” olduğunu iddia edən İranın rəsmi dövlət agentliyi (İRNA) Azərbaycan prezidenti İlham Əliyevin ADA Universitetində İranla bağlı söylədiklərinə cavab verməyə cəhd göstərib. Elə məqalənin adını da - “Prezident İlham Əliyevin suallarına cavablar” qoyublar.

Belə iddialı başlıqdan güman etmək olardı ki, qonşu İran dövlətinin rəsmi dövlət agentliyi öz mötəbər statusuna uyğun olaraq “daşdankeçən” arqumentlər gətirməklə dövlət başçımızın haqsız olduğunu sübut etməyə çalışacaq. Ən azından Azərbaycanda qonşumuza xidmət göstərən “5-ci kolonun” “təlimatı” olacaq, bu şəxslərin İranın izaholunmaz davranışlarını əsaslandırmasına, ona müəyyən qədər haqq qazandırmasına imkan verəcək. Ancaq gözləntilərimiz özünü qətiyyən doğrultmadı və məqalədə gətirilən “arqumentlərə” təəssüflənməkdən başqa çarəmiz qalmadı.

Başlayaq birinci arqumentdən. İranın rəsmi dövlət  agentliyi (hərdən elə təsəvvür yaranır ki, məqaləni İranın dövlət agentliyi “İRNA” deyil, Ermənistanın rəsmi dövlət agentliyi -“Armenpress” hazırlayıb) Azərbaycan prezidentinin ADA Universitetində keçirilən konfransda İranın hərbi təlimləri ilə bağlı söylədiklərinə cavab verməyə çalışır.

Gəlin, əvvəlcə möhtərəm prezidentimizin dediklərini xatırlayaq: “İşğal dövründə İran hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməyib. Onlar bunu edə bilərdilər. Azərbaycan sərhədinin 132 kilometri işğal altında olub və bu, Azərbaycanla İranın sərhədidir. Bəs onlar niyə o sərhəddə hərbi təlim keçirməyiblər? İran rəsmiləri, o cümlədən çox yüksəkvəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. Niyə onların heç biri bizim haqqımızda eyni şeyi demədi? Bizim ərazilərimiz 30 il işğal altında olub. İran rəsmilərindən Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu eşidən oldumu? Xeyr. Bunlar Azərbaycan xalqının verdiyi suallardır. Bu sualı təkcə mən vermirəm. Ancaq hər bir azərbaycanlı öz ölkəsi barədə düşünür, bu sualı verir və cavab tapa bilmir. Ona görə də indi İranla Azərbaycan arasında baş verənlər bizim tərəfimizdən yaranmayıb. Biz yalnız cavab veririk və istər sözlə olsun, istərsə də əməllə hər cür anti-Azərbaycan addımına cavab verəcəyik”.

Ağıllı adamlar bu cür əsaslandırılmış arqumentlər qarşısında susmağa üstünlük verərdilər. Ancaq İRNA başqa yol seçir və sualların xeyli hissəsini ötürərək Azərbaycanı qorxutmaq üçün sərhəddimizdə keçirdikləri hərbi təlimləri belə əsaslandırır: “Biz ondan (prezident İlham Əliyevdən-A.S.) soruşmalıyıq ki, bölgədə hərbi təlimlər fəslini kim başlatdı? Məgər Azərbaycan Respublikası  Türkiyə və Pakistanla birlikdə Naxçıvanda Ermənistan Respublikasının ərazi bütövlüyünə qarşı təlim keçirmədimi? Bu təlimlər İran hərbi qüvvələrinin “Heybər fatehləri” təlimlərindən əvvəl keçirildi”.

Bax belə. Cavabdan aydın olur ki, İranı bizim Naxçıvanda, Ermənistan sərhədində dostlarımızla birlikdə keçirdiyimiz hərbi təlimlər narahat edib və o qədər narahat edib ki, “sevimli” qonşumuz bu addımı Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirib. Ermənistanın ərazi bütövlüyünün pozulacağından əndişələnən “din qardaşlarımız” bizi çəkindirmək üçün “Heybər fatehləri” hərbi təlimlərini keçiriblər.

“Böyük dövlət”in “həssaslığına” fikir verdinizmi? Azərbaycan Ermənistan hərbçilərinin ərazimizdən çıxarılmasını, delimitasiya işlərinin sürətləndirilməsini, kommunikasiyaların açılmasını sürətləndirmək məqsədilə Naxçıvanda hərbi təlimlər keçirir və İran dövləti bu hərəkəti Ermənistanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirərək vaxt itirmədən “xəbərdarlıq təlimləri” keçirir. Ancaq ermənilər ərazimizin 20 faizini 30 ilə yaxın  işğal altında saxlayırlar, ərazi bütövlüyümüzün faktiki pozulmasına qarşı hərbi təlimlər keçirmək “dost” İran dövlətinin nədənsə ağlına gəlmir.

Bir daha təkrar etmək məcburiyyətindəyik. Ermənistanın ərazi bütövlüyünün “pozulma ehtimalı”ndan narahat olaraq dərhal təlimlərə başlayan İran dövlətinin eyni addımları bizim ərazimiz işğal altında olanda atmaması ən azı anlaşılmazdır.

Yəqin prezidentimizin bu suallarına cavab verməyin mümkünsüz olduğunu anlayan İRNA agentliyi onların üstündən sükutla keçməyi qərara alıb və əsas məsələni -sərhədimizdə dalbadal hərbi təlimlər keçirmələrini əsaslandırmağa çalışıb. Bu “topdağıtmaz” məntiqli cavabdan məlum olub ki, İranın münasibətlərimizdə ciddi problemlər yaradan təlimləri Ermənistanın ərazi bütövlüyünün pozulacağı ehtimalından yaranan “narahatlıqla” bağlı olub.

Əsas narahatlığını dilə gətirdikdən sonra İRNA keçir növbəti sualı cavablamağa.

Gəlin, əvvəlcə möhtərəm prezidentimizin səsləndirdiyi sualları dinləyək və verilən cavabın bu suaallara nə qədər əlaqəsinin olduğunu aydınlaşdırmağa çalışaq: “Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır. İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik. Bu, başqasının işlərinə qarışmaq demək deyil. Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir”.

Bu da İranın dövlət agentliyinin cavabı: “O yaxşı bilir ki, onmilyonluq Azərbaycan əhalisi İran mənşəlidir və kobud şəkildə öz vətənindən qoparılıb. İndi bu cür (yanlış) tarixi iddialar irəli atılsa İranın deməyə sözü olacaq”.

Verilən sualları da, cavabı da gördünüz. Sizcə uydumu? Məncə yox. Çox təəssüf ki, İRNA verilən sualları bir tərəfə qoyaraq yenə öz bildiyini çağırıb. Məşhur bir lətifədə deyildiyi kimi: “Uysa da..., uymasa da!”.

Nəhayət, İRNA gəlib çıxır üçüncü suala - İran-Ermənistan dostluğunun guya işğal altında olan torpaqlarımızın azad olunmasını ləngitməsi məsələsinə. Agentlik iddia edir ki, bu münasibətlər üçüncü dövlətə, yəni Azərbaycana qarşı çevrilməyib. Yəni torpaqlarımızı işğal edib, 30 il istismar edən Ermənistan üçün İran heç vaxt ermənilərin etiraf etdikləri kimi “nəfəslik” olmayıb, Rusiyadan gələn və Gürcüstandan buraxılmayan silahlar “din qardaşlarımızın” ərazisindən keçərək Ermənistana çatdırılmayıb. İşğal altında olan torpaqlarımızda ermənilərlə birlikdə digər qonşumuz at, daha doğrusu, TIR “oynatmayıb”.

Azərbaycan torpaqlarını işğal edərək düz 30 il “dostlarıyla” istismar edən, sonra da “Xirosimo xarabalıqıarı”na çevirdiyi əraziləri qoyub qaçmaq məcburiyyətində qalan Ermənistanla İranın əməkdaşlıq etməsi normaldır, ancaq İranın bir qarış torpağını belə işğal etməyən İsraillə münasibət qurmaq isə anormal. Hər halda, İRNA-nın “şanlı” məqaləsindən belə nəticə çıxır.

Mən burda üzümü İran rəhbərliyinə tutmaq istəyirəm. Gəlin, rəsmi dövlət agentliyi olsa da, “İRNA”nın bu “cavabını” “yox” sayın. Hesab edin ki, İran kimi böyük dövlətə qətiyyən yaraşmayan belə “aşağıəyarlı” cavab heç verilməyib.

Ancaq Azərbaycan prezidenti İlham Əliyevin ADA Universitetində qaldırdığı məsələlər barədə bir daha düşünün, ətraflı “götür-qoy” edin. İnanıram ki, yalnız bu halda ən düzgün cavablar ortaya çıxacaq və bundan sonra yenidən dost münasibətlərimizi bərpa etmək imkanı yaranacaq.

Abutalıb SƏMƏDOV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ