çərşənbə axşamı günü, 15 sentyabr 2026
     

İran molla rejimi Gürcüstan azərbaycanlıları üzərində “beyin yuma” əməliyyatına başlayıb...

Image


Uzun illərdir ki, Gürcüstanda yaşayan soydaşlarımızın bir sıra təhlükələrlə üz-üzə qaldığı barədə danışılır. Soydaşlarımızın yaşadıqları bölgələrdə yaşanan ciddi problemlərdən biri İranın, fars-molla rejiminin öz təbliğatını qurmağa nail olmasıdır.

Təəssüflər olsun ki, molla rejimi və onun əlaltıları borçalıların öz dini inanclarına sadiqliyindən, eləcə də Əhli Beytə sevgisindən  geniş şəkildə sui-istifadə edərək şiəlik adı altında Xomeynizmi yaymaqla məşğul olur. Qumda xüsusi təhsil və təlim görmüş irançılar bu gün Borçalının bəzi yerlərində öz ideologiyalarını yaymaqla, daha çox insanın beynini zəhərləməklə məşğuldur, nəticədə borçalılar arasında İranın saxta dini təbliğatına uyanların sayı günü-gündən artmaqdadır. Bu ziyanlı təbliğatdan daha çox insanın zəhərlənməməsi, gənclərin daha artıq beyinlərinin yuyulmaması üçün Borçalı ziyalıları sosial şəbəkələrdə və mətbuatda həyəcan təbili çalmaqdadır. Bəli, bu gün fars şovinist rejimi nəinki əhalisinin çox böyük hissəsi müsəlman olan Azərbaycanda, eləcə də xristian ölkələrdə bu cür zəhərli və zərərli təbliğat aparır, insanların beyinlərini yuyur. Əlbəttə, borçalıların da bu hədəfə tuş gəlməsi narahatedicidir. Öz milli kimliyinə, dini inancına, dəyərlərinə hər zaman sahib çıxmağı bacaran borçalılar arasında İranın təbliğatına uyanların olması ürəyimizi ağrıdır. Bu yanlış təbliğatın qarşısının alınması üçün borçalıların qeyrət göstərəcəyinə inamımız tamdır.

Fars molla rejiminin Borçalı türklərini hədəf seçməsi nə ilə bağlıdır ki, onların xeyli hissəsi bu yanlış təbliğatın təsirinə düşüb?

  • “O vaxt Azərbaycanın başı öz problemlərinə qarışdığından, İran fürsətdən istifadə edib soydaşlarımızın içinə sızmağa, öz zərərli təbliğatını aparmağa başladı”

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İran təkcə Azərbaycanda və Gürcüstanda deyil, bütün dünyada, əli çatan müsəlman ölkələrində bu cür təxribatlarla məşğuldur. “İran məzhəbçilik pərdəsi altında belə ziyanlı təbliğat aparır. Öz “inqilabını” ixrac etmək amalı ilə təbliğatını və kəşfiyyatını, terror dəstələrini qurur, yaradır. Bu, silsilə şəklində davam edir. Birincisi, insanları din pərdəsi, şiəlik adı altında fərqli təriqətə cəlb edirlər. Ondan sonra yavaş-yavaş kəşfiyyat orqanlarını, ardınca isə müxtəlif adlar altında terror təşkilatlarını qururlar. Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsi, Borçalı da bunlardan biridir. Deyək ki, İranın Suriyada, Yəməndə, İraqda nə oyunlar çıxardığı, hansı təxribatlar törətdiyi məlumdur. Həmçinin Azərbaycanda da İranın agentura şəbəkəsinin ifşa edildiyinin şahidi olduq, o şəbəkənin üzvləri həbs edildi, hazırda bu yöndə araşdırma gedir və bu məsələ təhlükəsizlik orqanları tərəfindən nəzarətə götürülüb. Çox təəssüf ki, Gürcüstanda İranın din pərdəsi altında zərərli təbliğat aparmasına zəmin yarandı və onlar da soydaşlarımızın arasına nüfuz etdilər. Bu şəraitdən istifadə edib insanların beynini yumağa başladılar. Sözün açığı, bunun bir günahı da bizim özümüzdə oldu. O dövrlər Azərbaycan dövlətinin Qarabağ münaqişəsi kimi ciddi problemi vardı, qaçqın-köçkün axını ilə üzləşmişdi, başqa digər çətinlikləri mövcud idi və bu üzdən xaricdə yaşayan azərbaycanlıların taleyi ilə elə də ciddi şəkildə maraqlana bilmədi. Eyni zamanda da azərbaycanlılar yaşayan ölkələrdə soydaşlarımızın problemləri qaldırılanda bu bizim ölkə ilə münasibətlərin kəskinləşməsinə gətirib çıxarırdı. Burada bir çox incə məqamlar vardı. O zaman Türkiyə və digər türk ölkələri ilə danışıb Borçalıda, Dərbənddə və soydaşlarımızın tarixən kompakt yaşadığı yerlərdə  türkçülüyün təbliğatını qura bilərdik. O vaxt Azərbaycanın başı öz problemlərinə qarışdığından, İran fürsətdən istifadə edib soydaşlarımızın içinə sızmağa, öz zərərli təbliğatını aparmağa başladı. Bu problemin Dərbənddə mövcud olduğu istisna deyil, amma hələ oradan hər hansı bir səs gəlmir. Rusiyanın digər bölgələrində yaşayan azərbaycanlıların müəyyən bir hissəsi isə İranın təbiğatına uyub...

Bizimkilər indi ayılıblar, halbuki, Gürcüstanda, Borçalıda yaşayan soydaşlarımızın içinə İran çoxdan daxil olub. Orada sələfilik, vəhabilik də yayılıb. Amma bu cüzidir. Digər tərəfdən, şiəlik adı altında əsasən İran erməniləri Borçalı türkləri arasında din pərdəsi adı altında zərərli ideologiya təbliğ edirlər.

Rusiya sülhməramlılarının Qarabağa buraxdığı 14 nəfər İran vətəndaşı həmin ermənilərdir. Onlar cildini dəyişib Marneulidə mədrəsə açıblar, onların əksəriyyəti Livan, İran, Suriya erməniləridir. Bu adamlar orada anti-Azərbaycançı insanlar yetişdirirlər. Nəinki Borçalıda yaşayanlar, hətta əslən Borçalıdan olan və Bakıda yaşayan soydaşlarımız var ki, elə bir dərəcədə İrançıya çeviriliblər. Bu şəxslər İranın əleyhinə danışanlara sərt reaksiya verirlər”.

T.İrfanın sözlərinə görə, İran öz zərərli təbliğatını Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində həyata keçirməklə azərbaycanlıları Azərbaycana düşmən olaraq yetişdirmək istəyir. O vurğuladı ki, fars-molla rejiminin əsas məqsədi Azərbaycan dövlətini dağıtmaq, bütün dünyadakı müsəlmanları parçalamaq və  öz rejimini bərqərar etməkdir. “İranın bütün bu təxribatları Sasani imperiyasını dirçəltmək məqsədi daşıyır. Çox təəssüf ki, dünyada çox adam hələ də İrandakı rejimin “İslam dövləti” olduğuna inanır. Guya İran müsəlman ölkəsidir, guya oradakı insanlar müsəlmandır…”

Bu gün İranın Borçalı türkləri arasına sünni-şiə nifaqı saldığını deyən ekspertin fikrincə, camaat qohumluq, eloğluluq bağlarına sadiq qalsa da, molla rejimi yenə də bu məsələni körükləyir, qızışdırır.

T.İrfan təəssüflə qeyd etdi ki, molla rejiminin Gürcüstanda yürütdüyü siyasət çox təhlükəlidir, bu, Gürcüstan dövlətinə də, Azərbaycan dövlətinə də ciddi təhdidlər yaradır. “Bilmirəm günahkar kimdir, kimi ittiham edim, amma bu sahədə çox ciddi boşluqlara yol verilib, özümüzün dini ideologiyamız İranın xeyrinə artıq əldən gedib. Gürcüstandakı azərbaycanlılar da bu gün İran ideologiyasının qurbanıdır, Azərbaycanın özündə də bu ideologiyanın qurbanları var. Gündə beş adamla rastlaşıram, onun üçü İrançıdır…”

Bu gün həqiqətən də İran təsirinə uymuş  borçalıların, eləcə də Azərbaycandakı insanların bu yanlış, ziyanlı ideologiyanın təsirindən xilas olması üçün işlər görülməli olduğunu deyən ekspert hesab edir ki, əks halda vəziyyət daha da gərginləşəcək.

Əli TURABOV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

15.09.2026 / 09:40
15 sentyabr türk birliyinin tarixi zəfər günüdür

15.09.2026 / 09:10
Bülənt Arınc “kimin bostanına daş atdı”? - “…yerinə utandım”…

15.09.2026 / 08:48
Rusiya Ermənistana qaz nəqlini 11 günlüyə dayandırır - təmir, ya nəbz yoxlanışı?

15.09.2026 / 08:09
Öcalana villa tikilib - kim, kimin pulu ilə?.. İnanılmaz…

15.09.2026 / 07:40
Binali Yıldırımın başında “qara buludlar” dolaşır? - Ailə sərvət təlaşında…

15.09.2026 / 07:14
Litva səmasında PUA həyəcanı - yardıma NATO qüvvələri gəldi

15.09.2026 / 06:50
Putinin dostundan Trampın oğluna maraqlı toy hədiyyəsi - Baham adalarında “iki inanılmaz şənlik gecəsi”…

15.09.2026 / 06:42
Trampın oğlu Gürcüstanda 2 milyardlıq yaşayış kompleksi tikəcək - təkcə “Trump Tower” 200 milyon…

14.09.2026 / 23:45
Şotlandiya, Uels və Şimali İrlandiya arasında tarixi razılaşma - Britaniyanın parçalanmasına doğru ilk addım atıldı…

14.09.2026 / 22:20
BRİCS çat verdi - Rusiya və İran umduqları dəstəyi ala bilmədilər...

14.09.2026 / 22:03
Pakistan Ermənistanda səfirlik açmaqla tələsdimi...?

14.09.2026 / 21:47
Faşizmin yenidən hakimiyyətə qayıdış xofu Almaniyanı bürüyüb - 2-ci torpaqda təlaş...

14.09.2026 / 21:32
Neft daşımaları üçün həyati əhəmiyyət kəsb edən dəniz arteriyası İrana bağlı qüvvələrin nəzarətinə keçir

14.09.2026 / 21:16
Hörmüzdəki “partlayışın” əks-sədası gəldi - Azərbaycan və Qazaxıstan operatorlarının imkanları dəyişəcək..

14.09.2026 / 21:01
Çin və hind liderlər Ukrayna məsələsində Putinin qarşısına dikildilər...

14.09.2026 / 20:47
ABŞ-da seçki Zəngəzur və 907 məsələsinə təsir göstərə bilər...

14.09.2026 / 20:40
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirdi

14.09.2026 / 20:35
ABŞ-da dizelin qiymət rekord həddə çatdı, Tramp hərəkətə keçdi - Rusiya və Ukrayna enerji obyektlərinə hücumları dayandırdı…

14.09.2026 / 20:31
Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir - FOTO

14.09.2026 / 20:23
Hikmət Hacıyevin Qarabağda diplomatik korpusa göstərdiyi saxta kitabların sirri...

14.09.2026 / 20:11
Diplomatik korpus nümayəndələrinin Qarabağ səfərlərinin sonradan açılan tərəfləri...

14.09.2026 / 19:58
Tramp Putinə görə Zelenskiyə elçi düşüb...

14.09.2026 / 19:47
Prezident 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib

14.09.2026 / 19:35
Qarabağda ilk dəfə olmuş Aİ xüsusi elçisi İrəvana mesajlar aparır...

14.09.2026 / 19:21
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs edildi

14.09.2026 / 19:14
Rusiya “qışın oğlan çağında” Ermənistanın qazını kəsəcək, ardınca da Ukrayna ssenarisini işə salacaq

14.09.2026 / 19:06
Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

14.09.2026 / 18:58
Lizinq təşkilatlarına yeni qayda kəsildi – kimin xeyrinədir? Bundan sonra...

14.09.2026 / 18:45
Diplomatların Qarabağ səfərində İrəvanı qıcıqlandıran 3 səbəb...

14.09.2026 / 18:32
ABŞ "bir şərtlə" İrana nüvə yanacağı tədarük etməyə hazır olduğunu açıqladı…

14.09.2026 / 18:17
Prezident İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul edib - FOTO

14.09.2026 / 17:50
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

14.09.2026 / 17:42
Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib

14.09.2026 / 17:38
Ermənistan müdafiəsiz qalır - ordu yoxdur, ruslar isə gedir

14.09.2026 / 17:25
Tramp seçicilərin səsini pulla almaqda israrlıdır

14.09.2026 / 17:08
Ermənistan Avropa İttifaqı ilə Rusiyanın yeni döyüş meydançasına çevrilir

14.09.2026 / 16:55
Türkiyədən Bakıya çox asan görünən təklifin qəliz gizlinləri var...

14.09.2026 / 16:43
Zəngəzur dəhlizində neft kəmərinin son mənzili - konqresmen “oxu atıb yayı gizlətdi”...

14.09.2026 / 16:39
Şagird sayı az olan kənd məktəbləri bağlanır....

14.09.2026 / 16:28
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər...

14.09.2026 / 16:22
Müəllimlərin geyim tələbləri ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq...

14.09.2026 / 16:17
Diplomatların cənab Hacıyevin müşayiətilə Qandzasara səfəri Rubinyana “od qoyub”…

14.09.2026 / 16:12
"X–XI siniflərdə təmayül tədris modelinin tətbiq edildiyi məktəblərin sayı 90-a çatdırılacaq" - Nazir

14.09.2026 / 16:08
Müəllimlik ixtisaslarına qəbul balı artırılır...

14.09.2026 / 16:02
Məktəblərdə dərs saatları dəyişdirilə bilər....

14.09.2026 / 15:53
Hakan Fidan Azərbaycana gəlir...

14.09.2026 / 15:45
90 min müəllimin maaşı artrılacaq - nazir açıqladı...

14.09.2026 / 15:27
Prezidentin sosial şəbəkə hesablarında "SABAH.city" innovasiya şəhərciyinin açılışı ilə bağlı video paylaşılıb

14.09.2026 / 15:23
Husilərin hücumu qlobal neft tədarükünü təhdid etməyə başladı - hələlik 4 faiz…

14.09.2026 / 15:10
Əli Əsədov AİB-in Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb

14.09.2026 / 14:54
Professor Kərim Şükürovun yaradıcılığında vətənpərvərlik ruhu və Qarabağın tarixi məsələləri

14.09.2026 / 14:16
BRICS-in Dehli Zirvəsində qala menyusu mübahisə yaratdı - otellərinə qayıdan liderlər ət yeməkləri sifariş verdi…

14.09.2026 / 14:01
Əndazəsini aşan TOYLAR – bu gedişlə hara gedirik?

14.09.2026 / 13:42
Ölkədə təhsilin inkişafına və innovasiyalara həsr edilən ömür - Əliyusif Məmmədov – 70

14.09.2026 / 13:22
Makronun Fransada reytinqi rekord həddə aşağı düşdü – cəmi 16 faiz…

14.09.2026 / 12:57
Yunanıstanda miqrantları daşıyan qayıq batdı - 25 nəfər itkin düşdü

14.09.2026 / 12:41
Rusiyadan Avropaya gözdağı – Kiyevdən qayıdan siyasətçi və diplomatlar ölümdən son anda qurtuldu…

14.09.2026 / 12:26
Səudiyyə Hörmüzlə bağlı Oman-İran razılaşmasında düzəlişlər edilməsini istədi – razılaşmanın elan edilməsi təxirə salındı…

14.09.2026 / 12:20
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi - FOTO

14.09.2026 / 12:07
Avstriya İranın nüvə təşkilatının rəhbərini MAQATE-nin iclasına buraxmadı – işin arxasından ABŞ çıxdı…

14.09.2026 / 11:58
Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....

14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi

14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib

14.09.2026 / 11:09
Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir....

14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…

14.09.2026 / 10:27
Tramp ABŞ-ın kəşfiyyat şefinin Ukrayna danışıqlarında iştirakından danışdı…

14.09.2026 / 10:12
DYP yeni dərs ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi

14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...

14.09.2026 / 09:44
Rusiya Ermənistana qaz tədarükünü dayandırır...

14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirildi - YENİLƏNDİ

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ