05/02/2023 15:22
728 x 90

Zəngilanda erməni vandallığının yeni nümunələri aşkarlanıb - qızıl dişə görə məzarlar dağıdılıb…

Azər Həsrət: “Ermənilər beynəlxalq qanunvericiliyin tələbinə qarşı çıxaraq Azərbaycana qarşı vəhşiliklər edib”

img

Zəngilanda ermənilərin növbəti vandallığı üzə çıxıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Yayılan görüntülərdə Zəngilanda yerləşən və azərbaycanlılara məxsus olan məzarların dağıdılması, həmçinin qazılması öz əksini tapıb. İddialara görə, məzarların qazılmasına səbəb ölən şəxslərin qızıl dişlərinin çıxarılmasıdır. 

Məlumat üçün bildirək ki, Zəngilan şəhəri 29 oktyabr 1993-cü ildə erməni silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra tamamilə dağıdılıb və məhv edilib. Ermənistan 30 il işğal altında saxladığı torpaqlarımızda daşı daş üstündə qoymayıb. Tarixi abidələr, yaşayış yerləri, dövlət qurumlarının binaları tamamilə dağıdılıb. Düşmən 30 ilə yaxın işğal dövründə azərbaycanlılara aid qəbiristanlıqları dağıdıb, talan edib.

  • “İllərdir dünyaya car çəkirdik ki, ermənilər torpağı işğal etməklə bərabər, daşı daş üstündə qoymayıb, məzarları dağıdıb, ölən şəxsləri məzardan çıxarıb atıblar”

Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri aparıldıqca erməni vandallığına dair yeni-yeni faktlar üzə çıxır: “İllərdir dünyaya car çəkirdik ki, ermənilər torpağı işğal etməklə bərabər, daşı daş üstündə qoymayıb, məzarları dağıdıb, ölən şəxsləri məzardan çıxarıb atıblar. Yaxşı olar ki, beynəlxalq nəzarətçilər gəlib bu faktları özləri görsün. Beynəlxalq təşkilatlar işğaldan azad edilmiş ərazilərdə monitorinqlər keçirib, araşdırma aparmalıdır. Belə olarsa onlar erməni vandalizminin canlı şahidi olar”.

Həmsöhbətimiz hesab edir ki, Qarabağda erməni vəhşiliyini sübüt edən hər bir faktın aşkar olunması bizə inanmayan beynəlxalq təşkilatlar üçün dərs olacaq. Həmin qurumlar əvvəl-axır başa düşəcək ki, ermənilər vandalizmlə məşğul olub, tarixi abidələri, yaşayış yerlərini, məzarları, qəbirləri pis vəziyyətə salıblar: “Ermənilər beynəlxalq qanunvericiliyin tələbinə qarşı çıxaraq Azərbaycana qarşı vəhşiliklər edib. Beynəlxalq qurumlar bu faktlara biganə yanaşmamılıdır. Erməniləri beynəlxalq məhkəmədə cavab verməyə məcbur etməlidir”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər