07/02/2023 01:47
728 x 90

Ərdoğan Azərbaycan-Türkiyə hərbi təlimlərinin məqsədindən danışdı

img

Azərbaycanda bu gün birgə hərbi təlimlər keçirirdik. Bunun məqsədi istənilməyən, amma olan sıxıntıları birlikdə aradan qaldırmaqdır.

Trend-in məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə İşəgötürənlər Dərnəkləri Konfederasiyasının Ümumi Yığıncağında çıxışı zamanı bildirib.

Ərdoğan deyib ki, bu hərbi təlimlər bölgədə fərqli bir prosesləri canlandırır və Azərbaycan-Türkiyə qardaşlığını “Bir millət- İki dövlət” fəlsəfəsi ilə eyniləşdirir.

"Oxşar addımlar bundan sonra da atılacaq. Qarabağda azərbaycanlı qardaşlarımızla birlikdə olduq", - deyə Ərdoğan vurğulayıb.

O qeyd edib ki, Türkiyə bundan sonra da qardaş ölkələrə dəstəyini davam etdirəcək.

Peşə etikası

Son xəbərlər