06/02/2023 14:30
728 x 90

"Qardaş yumruğu" birgə təlimində tapşırıqları yerinə yetirən hərbçilər mükafatlandırıldı - FOTO

img

Azərbaycan və Türkiyə ordularının iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində tapşırıqları uğurla yerinə yetirən hərbçilər mükafatlandırılıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabında paylaşım edilib.

Müvəffəqiyyətli şəxsi heyətə mükafatlar verən Azərbaycan və Türkiyənin müdafiə nazirləri Zakir Həsənov və Hulusi Akar daha sonra video telekonfrans üsulu ilə təlimdə iştirak edən qoşunlara müraciət ediblər.

Çətin hava və relyef şəraitində uğurla həyata keçirilən təlimdə iştirak edən qoşunları təbrik edən hər iki ölkənin müdafiə nazirləri həyata keçirilən fəaliyyətin yekun qiymətləndirilməsi üçün keçirilən iclasda iştirak ediblər.

Peşə etikası

Son xəbərlər