06/02/2023 12:43
728 x 90

Ceff Bezos və İlon Mask Bakıya gələ bilər...

img

“Amazon”un yaradıcısı və rəhbəri Ceff Bezosla “Space X” şirkətinin sahibi İlon Mask 2-6 oktyabr 2023-cü il tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konfransında iştirak edə bilərlər.

Trend -in məlumatına görə, bunu Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

Onun sözlərinə görə, “Qlobal çağırışlar və imkanlar: Kosmosa şans verək” mövzusunda keçiriləcək konfransda ABŞ, Fransa, Türkiyədən kosmik sektorun aparıcı təşkilatları və digər ölkələrin nümayəndələri iştirak edəcəklər. Ümumilikdə 6000-dən çox qonağın iştirakı gözlənilir. Bu qonaqlar NASA, CNES, Airbus, Boeing kimi qlobal kosmos gündəmini müəyyən edən təşkilatların rəhbərləri və nümayəndələri, həmçinin alimlər və tələbələrdir.

Peşə etikası

Son xəbərlər