06/02/2023 12:55
728 x 90

Mirzoyan Bakı-Xankəndi danışıqlarını beynəlxalq mexanizmə çevirmək işinə Rikeri də cəlb etmək istədi...

Elşən Manafov: “Erməni tərəfi bu məsələdə daha çox icraçı tərəfdir”

img

Ermənistanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Görüşdə Ermənistan-Azərbaycan normallaşması məsələsi müzakirə edilib.

Sözügedən görüşdə Mirzoyan deyib ki, Xankəndi ilə rəsmi Bakı arasında danışıqlara dair beynəlxalq mexanizm formalaşdırmağa çalışırıq. Mirzoyandan əvvəl F.Rikerlə görüşən baş nazir Nikol Paşinyan da bənzər fikirlərlə çıxış edib.

Maraqlıdır, beynəlxalq mexanizmdən ermənilər niyə belə yapışıblar? Bilə-bilə ki, bunun heç bir perspektivi yoxdur. Azərbaycan bunu birmənalı şəkildə inkar edir ki, Xankəndi ilə təmasın qurulmasına heç bir tərəf müdaxilə edə bilməz. Hətta Ermənistanın özü də danışığa qarışmamalıdır. Danışıq Bakı ilə Xankəndi arasında getməlidir. Belə olan halda Ermənistan hansı məqsədlərlə beynəlxalq danışıq mexanizminə bu cür önəm verir, buna cəhd edir?

  • “Onlar danışıqların beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılması mövqeyində təşəbbüskar tərəf deyil”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov buna bir neçə aspektdən yanaşdı: “Ermənistan hakimiyyəti legitim olsa da, bəllidir ki, ABŞ-da bəlli dairələrin maliyyə dəstəyi ilə hakimiyyətə gəlib. Bu mənada Paşinyanin Rotşildlərlə bağlılığı sübuta ehtiyacı olmayan bir məsələdir. Milyarder və filantrop Sorosun Rotşildlərlə bağlılığı barədə kifayət qədər dəlillər var. Bunu Sorosun özu də etiraf edib. Soros isə MDB məkanında baş verən rəngli inqilabların əsas maliyyəçilərindən biri kimi tanınır. Deməli, Soros həm də qlobal maliyyə mərkəzləri ilə bağlı şəxsdir. ABŞ-da hazırda iqtidarda olan demokratların təmsilçisi Bayden də Rotşildlərlə bağlı dairələrin təmsilçilərindən biridir. Bunlar hamısı birlikdə götürüldükdə, Rusiya ilə postsovet məkanı uğrunda gedən geosiyasi mübarizə MDB-nin bəlli ölkələrində beynəlxalq, qlobal maliyyə mərkəzlərinin dəstəyi ilə iqtidara gələn satellit hökumətlərin siyasətinə ciddi təsir imkanlarına malikdir. Paşinyanı iqtidara gətirənlər onun qarşısında konkret vəzifələr qoyublar. Bunlardan ən başlıcası qısa zamanda Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarılması idi. Azərbaycanı təxribata sürükləyib onu müharibə aparmağa sövq edənlər də məhz bu məqsədlərin həyata keçirilməsinə cəhd ediblər: Rusiyanı Türkiyə ilə uzbəüz qoymaq, hər iki tərəfin Cənubi Qafqaza təsir imkanlarını minimuma endirmək. Qərbin regionla bağlı geosiyasi səciyyə daşıyan planlarının realizə olunmasına nail olmaq. Lakin proqnozlar özünü dogrultmadı. Qərb geosiyasi reallıqları dəyişməyə, Rusiya qoşunlarının münaqişə ərazisindən çıxarılmasına çalışır. Münaqişə tərəfləri arasında Rusiyanın moderatorluğu ilə əldə edilmiş Moskva razılaşmasına alternativ layihələr irəli sürməklə danışiqlarda təşəbbüsü ələ almaq, Rusiyanı problemin tənzimlənməsi ilə bağlı proseslərdən kənarda saxlamaq istəyirlər. Erməni tərəfi danışıqların beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılması mövqeyində təşəbbuskar tərəf deyil. Bu məsələdə daha çox icraçı tərəfdir. Zira erməni hakimiyyəti bu problemin həlli ilə bağlı məsələlərdə müstəqil deyil, daha çox icraedici tərəf olduğundan, öz hakimiyyətinin korporativ maraqlarını təmin etmək üçün bəlli qlobal və maliyyə mərkəzlərinin sifarişlərini yerinə yetirmək məcburiyyətindədir”.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər