07/02/2023 12:29
728 x 90

"Rusiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakını alqışlayırıq" - Ceyhun Bayramov

img

Biz Rusiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakını alqışlayırıq. Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün rusiyalı həmkarı Sergey Lavrovla Moskvada görüşü zamanı deyib.

"Azərbaycan işğaldan azad edilmiş ərazilərini fəal şəkildə bərpa edir. Məmnunluq hissi ilə qeyd etmək istərdik ki, bu il ərzində Rusiya Federasiyasının işgüzar nümayəndələrinin bu ərazilərə çoxsaylı missiyaları, səfərləri olub. Xeyli irəliləyişlər var və biz Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakını alqışlayırıq”, - deyə Bayramov bildirib.

Peşə etikası

Son xəbərlər