07/02/2023 12:08
728 x 90

Əhməd Obalı maraqlı fakt açdı - PKK-nın əsas kökü İrandadır...

img

PKK-nın əsas kökü İrandadır. Trend-in məlumatına görə, bunu bu gün Güney Azərbaycan televiziyasının (GünAz Tv) rəhbəri Əhməd Obalı Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi "İran yeni baxış bucağında" adlı tədbirdə deyib.

O qeyd edib ki, PEJAK-ı İran özü yaradıb, ancaq indi PEJAK özü İran üçün təhlükəyə çevrilib.

“Qərbi Azərbaycanın sərhədi Türkiyədir və bu gün Qərbi Azərbaycanda PEJAK təşkilatı daha güclüdür. PKK-nın əsas kökü İrandadır. Cənubi Azərbaycan azad olarsa, bizim aramızda heç bir PKK, kürd zolağı ola bilməz”,- deyə Ə.Obalı əlavə edib.

Peşə etikası

Son xəbərlər