06/02/2023 13:17
728 x 90

Azərbaycan dövlət qurumlarının əməkdaşları Xankəndiyə daxil oldu

img

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “AzerGold” QSC-nin mütəxəssisləri Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Xankəndiyə daxil olublar.

“Caliber” xəbər verir ki, bu, danışıqlar nəticəsində mümkün olub.

Məlumata görə, sülhməramlıların qərargahında Azərbaycanın Qarabağ bölgəsində ətraf mühitin monitorinqi məsələsi müzakirə olunur.

Qeyd edək ki, Azərbaycan Respubulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilməsi barədə müraciət edilib. Xankəndi-Şuşa yolu arasında faydalı qazıntıların qanunsuz istismarını araşdırmaq üçün mütəxəssislər göndərilib.

Peşə etikası

Son xəbərlər