çərşənbə günü, 11 noyabr 2026
     

İranda rejim daxilində parçalanma dərinləşir, əhaliyə qarşı repressiyalar pik həddə...

Image


Cari ilin sentyabr ayından İranda davam edən aksiyalar hələ də səngimək bilmir. Bu fonda taleyindən getdikcə daha çox narahat olmağa başlayan rejim tərəfindən günahsız insanlara işgəncə edilir: kimisi öldürülür, kimiisi həbs olunur. Onların arasında güneyli soydaşlarımızın da sayı kifayət qədərdir.  

Mövcud vəziyyətdə əhalinin rejimdən narazılığı daha da artır. Belə bir vaxtda İranın cənubundakı Sistan-Bəlucistan vilayətinin sünni liderləri videomüraciət yayaraq, hakimiyyəti etirazçılara zorakılıqla divan tutulmasını dayandırmağa çağırıb, bunun əsası olmadığını bildirib. Videoda deyilir ki, Xaş, Taftan və Mircavə şəhərlərinin sünni ruhaniləri vilayət ağsaqqalları və mədəniyyət xadimləri ilə milli həmrəylik bildirir, Zahedan və Xaşda “Qanlı Cümə” repressiyasını pisləyir. Xatırladaq ki, sentyabrın 30-da cənub-şərqi Zahedan şəhərində “Qanlı Cümə” qırğınında 100-dək insanın öldürüldüyü, yüzlərlə etirazçının xəsarət aldığı bildirilir. İranın sünni əhalisinin lideri sayılan Molavi Abdulhamid bildirib ki, Zahedanda etirazçıların öldürülməsinə görə aparıcı rəsmilər, o cümlədən Ali dini lider Ayətullah Əli Xamneyi məsuliyyət daşıyır. O, siyasəti xalqın arzusuna uyğun dəyişdirmək üçün beynəlxalq müşahidəçilərin iştirakı ilə dərhal referendum keçirməyə çağırıb. ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu bildirir ki, proseslərin gedişindən ciddi təlaş keçirən prezident İbrahim Rəisi bir sıra yerli məmurları vəzifəsindən azad edə bilər: “Ola bilsin, o bu vəzifələrə daha sadiq kadrları gətirmək istəsin. Deputat Cəlal Mahmud Zadə prezidentin bəzi vilayətlərdə, o cümlədən Mahabadda bu “təmizləmə” işinə artıq başladığını bildirib. O bununla bağlı prezident Rəisini və daxili işlər naziri Əhməd Vahidi ittiham edib. Mahmud Zadə parlamentdə Mahabadı təmsil edir. O, həmin ərazidə təhlükəsizlik qüvvələrinin repressiyasını tənqid edib. Rəisi daim siyasi opponentlərinə qalib gəlmək üçün öz hakimiyyətinin güclənməsindən istifadə edib. Buna görədir ki, həbs olunan etirazçıların 2 faizi dövlət işçiləridir”. Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov bu fonda qeyd edir ki, İranda hakimiyyət daxilində parçalanma gedir: “Söhbət, xüsusilə ayətullah Xamneinin bacısı qızının həbsindən gedir. Bu epizod ayətullahın özü üçün heç bir məna kəsb etməsə də, İran hökumətindəki vəziyyət baxımından çox böyük göstəricidir. Xamneinin cinahı iqtidara yaxın olan və ya hakimiyyətdə olan insanların kontiniumunun bir hissəsidir. Həmin cüzi xəbərlərə əsasən belə qənaətə gəlmək olar ki, hakim qrupda parçalanma yaranır və ya artıq baş verib. Bu, etirazçılar və İrandakı vəziyyəti izləyənlər üçün çox mühüm siqnaldır”.  Danilov xatırladıb ki, ölkədə xalq etirazları artıq davam edir: “Bu prosesdə elitanın parçalanması və etirazçıların qalib gəlməsi üçün formalaşmalı olan siyasi nümayəndəlik mühüm rol oynayır. Digər bir məsələ ordunun və ya onun bir hissəsinin hərəkat iştirakçılarının tərəfinə keçməsidir. İndi bu hələ baş vermir”.

Belə vəziyyətdə hakimiyyətin yeganə ümidi repressiyalarla aksiyaların dayandırılmasına nail olmaqdır. Güney Azərbaycandan olan soydaşımız, politoloq və hüquq müdafiəçisi Sina Mirzayi bununla bağlı bildirir ki, İran hakimiyyətinin hərbi, yarıhərbi və mülki geyimli qüvvələrinin müdaxiləsi nəticəsində nümayişlər zamanı yüzlərlə insan öldürülüb. Sina Mirzayi hakimiyyətin dinc etirazlara reaksiyasının vəziyyətinin ağırlığına mütənasib olmadığını vurğulayır: “İran kimi avtokrat və diktator bir dövlətdə biz görürük ki, siyasi baxışın kölgəsi heç zaman insan haqlarının üzərindən əksik olmur. İnsan haqlarını tamamən “özününkü” və “özgəyə” ayırırlar. Bəlli insanları “öz” olaraq tanıyıb, onlara hər işi görmə haqqı tanıyırlar. “Özgələri” isə istədikləri şəkildə əzirlər və insan haqlarını ayaq altına alırlar”. Hüquq müdafiəçisi deyir ki, İranın təhlükəsizlik qurumları istənilən subyektiv bir anlayışı İran konstitusiyasından belə üstün tutur: “Bir neçə gün əvvəl AHRAZ-a (insan haqları cəmiyyəti) gələn xəbərlərin biri belədir: etirazlarda tutulan bir şəxs müstəntiqə deyib ki, mən haqlarımı bilirəm və mənim konstitusiyada təsbit olunduğu kimi etiraz haqqım var. Mən bu haqqımdan istifadə etmişəm və bu suç deyil. Sorğuya çəkən şəxs belə bir cavab verib ki, İranda bir konstitusiya var, bir qanun var, bir də “məsləhəti nizam” (nizamın yararı) var”. “Məsləhəti nizam” yuxarıdan gələn göstərişə uyğun hərəkəti nəzərdə tutur. Sina Mirzayinin sözlərinə görə, Qərbi Azərbaycan vilayətində bəzi şəhərlərin küçələri hərbi maşınlarla doludur: “Şəhərlərdə vəziyyət o qədər gərgindir ki, təhlükəsizlik qüvvələri hərbi vəziyyət halındadırlar. Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində baş verən hadisələrin birində əhaliyə birbaşa atəş açılıb. Silahlı əhalidən söhbət getmir, əli yalın insanlara atəş açılıb. Videolara baxdığımızda görürük ki, bu insanlar etirazların ilk iki həftəsində tamamilə dinc bir şəkildə çıxıb haqlarını istəyirlər. Qərbi Azərbaycanın Piranşəhr, Sulduz, Sərdəşt, Xoy və Bukan şəhərlərində də bu repressiya gözə çarpır”. O, hakimiyyətinin etirazlara qarşı göstərdiyi reaksiyanın etirazların şiddəti ilə mütənasib olmadığını vurğulayır: “Hüquq müdafiə təşkilatlarının müşahidələri və araşdırmaları açıq şəkildə göstərir ki, hazırki vəziyyət heç də hakimiyyətin göstərdiyi reaksiyanın ağırlığı ilə mütənasib deyil. Yəni hakimiyyət qeyri-mütənasib güc tətbiq edir. Barışçıl və əli yalın insanlara silahlarla atəş açır. Fövqəladə vəziyyət yaratmaya çalışır. Hakimiyyət bununla insanları passivləşdirmək istəyir. Məsələn, etirazlarla əlaqədar istədiyi kimi edam hökmü verir ki, insanları qorxutsun. İşgəncə də bu vasitələrdən biridir. Məktəb içində öldürülən azyaşlı uşaqlar var. Uşaqlar tutulub işgəncəyə məruz qoyulur”.

İranda gedən proseslər birbaşa Azərbaycana təsir etdiyi üçün ölkəmizin də diqqətindədir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ