çərşənbə günü, 11 noyabr 2026
     

ABŞ-dan sonra Rusiya da İrəvanın “Minsk qrupu arzularını” alt-üst etdi

Image


ATƏT-in Minsk Qrupunun tarixin arxivinə qovuşması ilə bağlı Azərbaycanın mövqeyi keçmiş həmsədr ölkələrin özləri tərəfindən də dəstəklənir. Maraqlıdır ki, bu fonda Ermənistan hələ də Minsk qrupunun mövcudluğundan dəm vurur. Lakin belə bir qrupun olmadığını ABŞ-ın ardınca Rusiya da növbəti dəfə təsdiq edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dekabrın 1-də keçilirlən mətbuat konfransında səsləndirdiyi fikirlər ümumiyyətlə bir çox parametrlərinə görə xüsusi diqqət cəlb edir. Minsk qrupunun artıq mövcud olmadığını təsdiq edən Lavrov vurğulayır  ki, Ermənistan tərəfinin Praqa dördtərəfli görüşündə əldə edilmiş razılaşmanı qəbul etməsi də Qarabağın statusu məsələsini qeyd-şərtsiz həll edir: “Almatı bəyannaməsində deyilir ki, bütün müttəfiq respublikalar SSRİ respublikaları arasında mövcud olmuş sərhədlər çərçivəsində sərhədlərin toxunulmazlığını qəbul edir. Başqa sözlərlə, o vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı şəkildə Azərbaycan SSR-in tərkib hissəsi olub və bu, həm Azərbaycan, həm Ermənistan, həm Fransa və həm də cənab Mişel tərəfindən qəbul edildikdən sonra Qarabağın statusuna necə yanaşılmalı olduğu məsələsini qeyd-şərtsiz həll etmiş olub”. Lavrov onu da deyib ki, Azərbaycan tərəfi Qarabağın erməni əhalisinin hüquqlarını təmin etməyə hazırdır: “Ermənistan rəhbərliyi axır vaxtlar statusdan yox, Qarabağın erməni əhalisinin hüquqlarının təmin olunmasından danışır. Azərbaycan tərəfi bu məsələni müzakirə etməyə və onlara Azərbaycanın başqa sakinlərinin malik olduqları hüquqları verməyə hazırdır”. Lavrov Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması sahəsində Rusiyanın səylərindən də danışıb: “Biz Bakı və İrəvanla 10-dək görüş keçirmişik. Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra Rusiya tərəflərə nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında köməyini davam etdirir. Bundan başqa biz danışmışıq ki, Rusiya sərhədin delimitasiyasında və sülh müqaviləsinin razılaşdırılmasında tərəflərə kömək edəcək”. Lavrovun sözlərinə görə, hazırda Avropa İttifaqı “özünün dəfn etdiyi” Minsk qrupunu kompensiyaya etmək məqsədilə vasitəçi kimi Bakı və İrəvan arasındakı prosesə müdaxilə edib. Rusiya xarici işlər naziri bildirib ki, Moskva bu məsələdə qısqanc deyil: “Bizim bununla bağlı problemimiz yoxdur. Bizim İrəvan və Bakı ilə təmaslarda qeyd etdiyimiz yeganə məsələ budur ki, Qərb xüsusi əməliyyat başlanandan sonra Vaşiqnton və Parisin dili ilə bəyan edib ki, onlar heç yerdə, heç bir formatda Rusiya ilə əməkdaşlıq etməyəcəklər. Bununla da onlar ATƏT-in Minsk Qrupunun fəaliyyətinin başa çatdığını demiş olublar. Buna görə də bizim erməni həmkarlarımız bəzən bu Minsk Qrupunu yada salanda biz deyirik ki, bu məsələ bizlik deyil, suallarınızı ABŞ-a və Fransaya verin. Onlar deyiblər ki, bu qrupla toplaşmayacaqlar. Və bir də sual əlbəttə, Azərbaycana verilməlidir, çünki Azərbaycanın iştirakı olmadan hər hansı vasitəçilik cəhdləri mənasızdır”. Lavrov bunu da qeyd edib ki, Qərb sərhədin delimitasiyasında prosesə kömək etmək iqtidarında deyil: “Məsələn, Brüsseldə delimitasiya komissiyasının iclasını keçirirlər. Ermənilər və azərbaycanlılar da ki, nəzakətli adamlardır, ora gedirlər. Amma delimitasiyanı əldə keçmiş müttəfiq respublikaların xəritələri olmadan necə müzakirə etmək olar? Bu xəritələr yalnız Rusiyanın baş qərargahındadır”.

Qeyd edək ki, bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan  ABŞ dövlət katibinin Qafqazda danışıqlar üzrə müşaviri Filip Rikeri qəbul edib. Paşinyan görüş zamanı Amerika diplomatına İrəvanın “ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətini yüksək qiymətləndirdiyini” bildirib. Amma Lavrovun açıqlaması təsdiq edir ki, ermənilərin Minsk Qrupu ilə bağlı ümidləri əbəsdir. Elə Filip Riker Birləşmiş Ştatlar Konqresinin Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə qeyd edib ki, artıq ATƏT-in Minsk Qrupu mexanizmi işləmir və Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanmanı təmin etmək üçün yalnız Bakı və İrəvanla birbaşa qarşılıqlı əlaqə prosesində çalışır: “Mənə elə gəlir ki, o, konsensus yolu ilə bu mandata son qoya biləcəyimiz həddə çatıb. Buna baxmayaraq, mandatın özü kifayət qədər faydalıdır. Hərçənd, Minsk Qrupunun həmsədrləri arasında qarşılıqlı fəaliyyət prosesi artıq fəaliyyət göstərmir. ABŞ administrasiyasının vəzifəli şəxsləri tərəflərlə onların sülh prosesində birbaşa iştirak edir”. Indi hesab edilir ki, Rusiyanın, ABŞ-ın ATƏT-in Minsk Qrupu ilə bağlı mövqeyi Azərbaycanın növbəti diplomatik qələbəsidir. Çünki Ermənistan Minsk Qrupunun fəaliyyətini davam etdirməsinə çox çalışıb. Amma burada ölkəmiz prinsipial və qətiyyətli formada öz mövqeyini ortaya qoyaraq Minsk Qrupunun fəəliyyətinin mümkünsüzlüyünü bildirib. Bununla da Azərbaycan Qarabağla bağlı növbəti diplomatik qələbəsini təmin etmiş oldu və Ermənistanın bütün səylərinə baxmayaraq, heç bir fəaliyyəti olmayan Minsk Qrupunun bərpa etməsi və geri qaytarması mümkün olmadı. Ekspertlər hesab edir ki, Rusiya və ABŞ-ın məsələyə bu cür münasibəti böyük hadisədir. Çünki Fransa və başqa dövlətlər Ermənistanın mövqeyi üçün çalışır, amma Azərbaycan prinsipiallığı ilə bu məsələyə artıq nöqtə qoyub. Artıq ATƏT-in Minsk Qrupu tarixə qovuşub.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ