Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Diplomat bildirib ki, son vaxtlar Ermənistan rəhbərliyi Qarabağdakı ermənilərin statusundan daha çox onların hüquqlarından danışır:
“Azərbaycan Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının malik olduğu hüquqlarla bağlı təminat verməyə hazırdır”.
Bunu Rusiyanın Qarabağda ermənilərə “status verilməyəcək” yönümdə olan ciddi mesajı kimi qəbul etmək olarmı?
Demokratik Dəyişim Partiyasının sədri Əli Mustafa “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirdi ki, Lavrovun burda dediyi vətəndəşlara hüquqların verildiyi anlamına gəlir: “Bu hüquqların verilməsi də digər vətəndaşlara verilən hüquqlarla bərabərdir. Əslində status məsələsinin vacib olmadığı qənaətini yaradır. Ümumiyyətlə, status məsələsi Azərbaycanın daxili məsələsidir. Azərbaycanda azsaylı, çoxsaylı xalqlar yaşayır. Burada 7-8 milyondan çox türk yaşayır. Onlara da bir status verilməlidir. Və yaxud digər xalqlar yaşayır. Talışlar, ləzgilər, tatlar , udinlər var. O zaman belə çıxır ki, hamıya burada status verilməlidir? Ən böyük status vətəndaşlıqdır. Vətəndaşlıq statusu yetərlidir. Və düşmənlərin son yüz ildə etdikləri bütün vicdansızlıqlar, ləyaqətsizliklərin fonunda onlara heç bir status düşmür. Ümumiyyətlə, heç Azərbaycanda yaşamaq onlara düşmür. Nəzərə alsaq ki, Qarabağa onlar sonradan köçürülüblər. Əslində bu xalqa, onlara öz yanında yer verən Azərbaycan xalqına qarşı onların etdiyi bu rəzilliklər, bu etibarsızlıqlar onları burdan qovmağı vacib edir. Bütün bunlara baxmayaraq, yenə Azərbaycan tərəfi onları tanıyır, onların hüquqlarına təminat verir. Məncə bu yetərlidir. Bunu da Rusiya rəhbərliyinin deməsi Moskvanın bir formada “mən də regionda varam” , “mən də bu proseslərdə iştirak edəcəm” kimi yanaşması hesab olunur. Amma Lavrov, həmçinin erməni mənsəli olduğuna görə, bu və ya digər formada hər fürsətdə öz qan qardaşlarına sahib çıxmağa çalışır”.
Rusiya bizim mövqeyimizi bilir. Əgər kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, biz etiraz etmirik, amma öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin. Rusiyanın ərazisi daha genişdir. Rusiyanın ən yaxşı yerləri artıq çoxdan erməni diasporu tərəfindən zəbt edilib. Orada bir muxtariyyət versin, ya müstəqillik versin. Amma Azərbaycanda yox. Azərbaycanda bu olmayacaq. Rəsmi Bakı birmənalı şəkildə bu tələbi rədd edir və bəyan edir ki, problem Azərbaycan və Ermənistan arasında paket şəkildə həll olunmalıdır. Qarabağdakı erməni əhalisinə hər hansı muxtariyyətin verilməsindən söhbət gedə bilməz. Belə fikirlər səslənir ki, Rusiyanın təklif etdiyi layihədə Qarabağla bağlı fikirlər var. Azərbaycan bunu qətiyyən qəbul etmədiyindən, layihədə müəyyən dəyişikliklər etdilər. Rusiyanın başı nə qədər Ukrayna müharibəsinə qarışsa da, sülh sazişinin imzalanmasında təşəbbüsü heç kimə vermək istəmir. Bunun da yolu Azərbaycanı qane edən layihənin ortaya qoyulmasından keçir. Üç mərkəz arasında ciddi rəqabət var. Rusiya Aİ-nin təklif etdiyi müddəaları öz saziş layihəsinə salsa, ola bilər ki, üstünlük yenə də Rusiyaya verilsin. Çünki Qarabağ ermənilərinə Rusiyanın təsir gücü daha çoxdur.
Məhəmmədəli QƏRİBLİ