çərşənbə günü, 11 noyabr 2026
     

Ceyhun Bayramov ATƏT-in Ermənistanda qiymətləndirmə missiyasını darmadağın elədi...

Image


“Konsensus olmadan Ermənistana “ehtiyacların qiymətləndirilməsi missiyası”nın göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatların açıq şəkildə pozulmasıdır”.

Mətbuatın yaydığı məlumata görə, bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, Azərbaycan təşkilatı mandatlarını kobud şəkildə pozduqlarını düzəltməyə çağırır.

“Ermənistanla 30 ilə yaxındır davam edən silahlı münaqişənin başa çatması ilə Azərbaycan indi onun mənfi nəticələrini aradan qaldırmağa başlayıb. Yüz minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına şərait yaratmaq, münaqişədən sonrakı ərazilərdə dinc həyatın təmin edilməsi Azərbaycan hökuməti üçün mütləq prioritetdir. Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan Ağalı kəndinə bu günlərdə ailələrin birinci qrupu qayıdıb”, - C.Bayramov qeyd edib.

XİN rəhbəri vurğulayıb ki, Azərbaycan, həmçinin münaqişədən sonrakı ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını öz siyasi, sosial və iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qətiyyətlidir, bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqları təmin edir: “Azərbaycan Respublikasının Konstitusiyası bununla bağlı möhkəm hüquqi bazanı təmin edir. Azərbaycan hakimiyyəti ilə yerli etnik erməni sakinlər arasında son aylar ərzində artan dialoq və təmaslar təşviq edilməli və davam etdirilməlidir”.

Nazir əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə minalarla çirklənməsi yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına əsas maneədir: “Təəssüf ki, 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra 267 nəfər mina qurbanı olub. 35-i mülki şəxs olmaqla 45 nəfər həlak olub. Ermənistanın Azərbaycana işğaldan azad edilmiş bütün ərazilərin tam və dəqiq mina xəritələrini təqdim etməməsi yeni ölüm və xəsarətlər gətirir. Bütün mina hadisələrinin təxminən 55 faizi Ermənistanın heç bir mina sahəsi rekordu olmayan ərazilərdə baş verib. Ermənistan Azərbaycan ərazilərində heç bir fərq qoymadan minaları yerləşdirməyə davam edir. Son zamanlar Azərbaycan ərazisində 350 mina aşkar edilib. Rusiya sülhməramlı qüvvələrinin komandanı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər bu əraziyə gələrək, sözügedən mina sahəsinə baxış keçiriblər. Ümumilikdə Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistan istehsalı olan 2 728 mina aşkar edilib. Bu minalar Laçın yolu ilə köçürülüb. Bu, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş yoldan açıq-aşkar sui-istifadədir”.

C.Bayramovun sözlərinə görə, Azərbaycan münaqişədən sonrakı genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya işləri ilə yanaşı, Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə də təşəbbüs göstərib:

“Müharibə və işğalın dağıdıcı nəticələrinə baxmayaraq, Azərbaycan Ermənistana dövlət sərhədləri daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı tanınma və hörmət əsasında sülh təklif etdi. Son iki il ərzində Azərbaycan sülh gündəmini təşviq etmək üçün güclü siyasi iradə nümayiş etdirir”.

  • “Ermənistan özünün təcavüzkar, işğalçı mövqeyini sığortalamaq üçün konsensus olmadan yaradılmış “missiyadan” nə isə umursa böyük yanlışlığa yol verir”

“Bu məsələdə haqlı mənada etiraz ediləsi amil ondan ibarətdir ki, ATƏT-in Ermənistana göndərdiyi dırnaqrarası missiya birtərəfli qaydada fəaliyyət göstərir və tərəflər arasında yalnız Ermənistanın mövqeyindən çıxış edir”.  Bu sözləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev mövzu ilə bağlı şərhini verərkən deyib.

Onun fikrincə, Ermənistana “ehtiyacların qiymətləndirilməsi missiyası”nın yaradılmasından tutmuş onun heyətinin müəyyən edilməsinə qədər bütün addımlar konsensus olmadan atılıb və ən əsası – əks tərəf olaraq rəsmi Bakının mövqeyi öyrənilməyib, ya da bu mövqeyə etinasızlıqla yanaşılıb. Ona görə də məsələ ondadır ki, bəhs edilən mövzu ədalətli olaraq bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatların açıq şəkildə pozulması kimi qiymətləndirilməkdədir.

Bəhruz Quliyev qeyd edib ki, "Ermənistanın ehtiyaclarının qiymətləndirilməsi" adı altında fəaliyyət göstərən “missiya” əslində müəyyən olunmamış sərhədlərdə atəşkəs rejiminin pozulması, yaxud eskalasiyaların qeydə alınması üçün yaradılıb və o da faktdır ki, Azərbaycan belə bir “missiyanın” öz ərazisində fəaliyyət göstərməsinə razılıq verməyib: “Çünki Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsindən sonra, Ermənistandan fərqli olaraq, əldə edilmiş bütün razılaşmalara dürüstlüklə əməl edir. Məhz bu məqamda Ermənistan tərəfinin adıçəkilən “missiyanın” çətiri altında qalmaq istəyi növbəti məsələləri aşkara çıxarmış olur. Bildiyimiz kimi, Ermənistan istər müəyyən olunmamış sərhədlərdə qəsdən, bilərəkdən atəşkəsi pozmaqla, sülh danışıqları, yaxud sülh razılaşması istiqamətində gedən prosesləri ləngitməklə məşğuldur. Bu kimi silahlı və s. təxribatlar hələ də Qarabağda qalmağa davam edən separatçı rejimin yerləşdiyi ərazilərdə də qeydə alınır. Məqsəd isə budur: Azərbaycanı yeni savaşa cəlb etmək və bu vasitə ilə beynəlxalq dairələrdə rəsmi Bakını “təcavüzkar” kimi tanıtmaq, hələ də işğal altında qalan əraziləri əldə saxlamaq və s. Lakin biz ümumilikdə beynəlxalq aləmin hüquqi və digər əhəmiyyətli faktlar baxımından Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsini də bilirik. Bəli, ola bilər ki, ATƏT-dəki ayrı-ayrı fərdlər, Avropa Parlamentindəki ermənipərəst şəxslər, bəzi ölkələrin qanunverici orqanları, həmçinin erməni lobbisinin təsiri altındakı bir sıra ayrı-ayrı dairələr İrəvanın maraqlarından çıxış etsinlər, amma bu bütövlükdə daha əvvəllər qəbul edilmiş və birmənalı olaraq ərazi bütövlüyümüzü tanıyan qərarlara təsir edə bilməz. Ona görə də hesab edirəm ki, hazırkı “missiya” da bu xüsusda fəaliyyət göstərir və onun Azərbaycana qarşı ata biləcəyi hər hansı addımı birbaşa qərəz kimi qiymətləndiriləcək”.

Siyasi ekspert sonda onu da qeyd edib ki, sülh razılaşması olmadan belə bir “missiyanın” sonrakı müddətdəki fəaliyyəti uğursuzluqla nəticələnəcək: “Ermənistan özünün təcavüzkar, işğalçı mövqeyini sığortalamaq üçün konsensus olmadan yaradılmış “missiyadan” nə isə umursa böyük yanlışlığa yol verir. Biz unutmamalıyıq ki, müxtəlif vasitəçilərin təşəbbüsləri ilə keçirilən görüşlərdə Azərbaycan tərəfi bir daha səbr, təmkin nümayiş etdirməklə Ermənistana vaxt verib və həmin vaxt da artıq başa çatmaq üzrədir. Prezident İlham Əliyev də öz çıxışlarında bu amilə toxunmaqla vurğulayıb ki, Azərbaycanın səbri tükənməz deyil və bu səbr tükəndikdən sonra heç bir “missiya” Bakının atacağı addımların qarşısını ala bilmək iqtidarında olmayacaq”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ