çərşənbə günü, 11 noyabr 2026
     

27 ildə Naxçıvanda tətbiq edilmiş qeyri-adi "qayda-qanunlar" - əksəri də antixalq yönümlü...

Image


Ötən həftədən bəri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan MR Gömrük Komitəsində əməliyyat keçirir. Əməliyyat nəticəsində on nəfərə yaxın şəxsin saxlandığı bildirilir. Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində aparılan əməliyyat, komitənin ləğvi və burada bəzi şəxslərin həbsi ilə yanaşı, gömrükdə indiyədək mövcud olan qeyri-rəsmi qadağalar ləğv edilib.

Naxçıvanı Türkiyə ilə birləşdirən Sədərək və İranla birləşdirən Culfa gömrük məntəqələri İran və Türkiyəyə gedən vətəndaşlar üçün tətbiq olunan qadağa və məhdudiyyətlərin bəzisini aradan qaldırıb.

Hazırda bu məntəqələrə müvəqqəti olaraq Bakıdan yoxlama üçün gələn DTX əməkdaşlarının  nəzarət etdiyi bildirilir. Yerli sakinlərin  verdiyi məlumata görə, Türkiyəyə getmək üçün 50 kilo tərəvəz keçirmək şərti və 15 günlük məhdudiyyət artıq tətbiq edilmir. Bundan əlavə, İran və Türkiyədən gətirilən ərzaqlara da qadağalar aradan qaldırılıb.

Adının çəkilməsini istəməyən Şərur sakini  deyir ki,  Sədərək gömrüyündən Türkiyəyə rahat keçib və istədiyi ərzağı alıb, geri qayıdıb:

"Eşidəndə ki, 50 kilo tərəvəz keçirmək şərtini qaldırıblar, qulaqlarıma inanmadım. Giriş və çıxışda Bakıdan gələn DTX əməkdaşları oturub, hər şeyə nəzarət edirlər. Gömrük işçiləri quzuya dönüblər. Hər dəfə gedib-qayıdanda bizi təhqir edən, mallarımızı əlimizdən alan əməkdaşlar birdən-birə dəyişib, mülayim, mədəni adamlara çevriliblər. Dedilər ki, qayıdanda nə istəsəz, gətirin. Əvvəl adambaşına 5 kilodan artıq ərzaq qadağan idi, ət qismi isə qəti olmazdı. İndi isə hər şey sərbəstdir. İnsanlar azadlığa çıxıb. Bizdən 4-5 dəfə ucuzdur deyə, ərzağı maşın-maşın daşıyırlar Türkiyədən. Hamı bilir ki, bu hal müvəqqətidir. DTX gedəndən sonra hər şey əvvəlki qaydada olacaq. Ona görə hamı əlinə keçəni alıb gətirir. Mən də xeyli ərzaq alıb, rahat Naxçıvana keçirdim".

Culfa Gömrük Məntəqəsi də ərzaq və digər məhsulların gətirilməsinə qoyulan qadağanı aradan qaldırıb. Babək rayon sakini deyir ki, bu səbəbdən İrana da axın artıb:

"İranda qiymətlər çox ucuzdur. Əvvəl bir kilo da olsun, ərzaq buraxmırdılar. Bu dəfə sərhəd açılandan heç nə demirlər. DTX əməkdaşları nəzarət edir. Digərləri kimi mən də özümlə zəruri ərzaq məhsulları aldım və rahat keçirə bildim. Ayda 30 kiloqram norma var. Amma güzəşt edirlər. Müəyyən qədər artıq olanda söz demirlər. Bundan əlavə avtomobilimə iki təkər almışdım. Burada həmin təkərlər 80 manatdır. Oradan o qiymətə ikisini aldım. Gömrükdə də maneçilik törədilmədi".

Naxçıvanda tətbiq edilən  və vətəndaşların etirazla qarşıladığı məsələlərdən biri də

nömrə nişanı Naxçıvana aid olmayan avtomobillərin MR-də bir aydan artıq sürülməsinə icazənin verilməməsidir. Naxçıvan sakinləri bildirirlər ki, bununla bağlı Dövlət Yol Polisi əməkdaşları reydlər keçirib, MR kodu ilə başlamayn avtomobillər saxlanaraq cərimə duracaqlarına aparılırdı. Orada  isə sahiblərindən 3 gün ərzində Naxçıvan ərazisindən çıxaracağı ilə bağlı iltizam alındıqdan sonra avtomobillər geri qaytarılırmış . Eyni zamanda, Naxçıvanda istehsal tarixi 5 ildən artıq olan avtomobillərin qeydiyyata salınması da qadağan olunmuşdu. Belə maşınların da baha olması əksər MR sakinlərinin maşın almaq istəyini ürəyində qoyurdu.

Narazılıq doğuran başqa bir qadağa Azərbaycanın digər bölgələrindən Naxçıvan Muxtar Respublikasına gətirilən mallara gömrük rüsumunun  tətbiq olunması ilə bağlıdır.

Ölkə qanunlarına görə, gömrük orqanları malların yalnız Azərbaycanın gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı rüsum ala bilər. Amma xırda ticarətlə məşğul olan Naxçıvan şəhər sakini deyir ki, Bakıdan bura gətirilən hər kiloqram yük üçün şəhər Gömrük İdarəsi onlardan 10 qəpikdən başlayan "idxal rüsumu" alırmış:

“Malımızı əsasən İran vasitəsiylə gətiririk. Maşınlar Biləsuvar gömrüyündə möhürlənir. Bütün yolu rahat gəlir. Bizim tərəfə çatan kimi düz sürdürürlər Naxçıvan şəhər gömrüyünə. Möhür orada açılır. Sonra malın sahibini çağırırlar ki, gəl gömrük rüsumunu ödə, malını apar. Ödəmədinsə, müsadirə edib, özləri satırlar”.

Malın hər kilosu üçün gömrük işçiləri onlardan 10-30 qəpik pul alır: “Malın dəyərinə görə hesablayırlar, bahalı malın rüsumu da çox olur. Belə olanda biz də qazana bilmirik. Bizim qazanc da elə hər kiloda 40-50 qəpikdi. Bəzən rüsumu çox alırlar, heç o da qalmır. Onda biz də məcbur qalıb, malların satış qiymətini qaldırırıq”.

Sakinlər ödədikləri pul üçün qəbz ala bilmədiklərini də söyləyirlər.

Bundan əlavə, narazılıq doğuran məqamlardan biri də kişilərin Naxçıvanda daimi qeydiyyatdan çıxarılmasına qoyulan qeyri-rəsmi qadağadır. Azərbaycanın digər bölgələrindı ev alan vətəndaşlarımız üçün orada qeydiyyatdan çıxıb, öz evinə düşmək əsl müşkülə çevrilib.

Naxçıvan Muxtar Respublikası (MR) ərazisində ilk dəfə olaraq Bakıdakı market şəbəkələri fəaliyyətə başlayacaq. Yaxın  günlərdə Naxçıvan şəhərinin mərkəzindəki “Gənclik” kafesi adlanan binanın birinci mərtəbəsində məşhur market şəbəkələrindən biri ilk dəfə olaraq xidmət göstərəcək. Hazırda sözügedən binada mağazanın açılışına hazırlıq işləri görülür.

Bununla da bütün  market və restoran şəbəkələrinin Naxçıvanda fəaliyyət göstərməsinə yaradılan süni maneələr artıq aradan qaldırılıb. Qeyd edək ki, indiyədək Naxçıvanda heç bir market və restoran şəbəkələrinin fəaliyyətinə icazə verilməyib.

Ancaq bir faktı da qeyd edək ki, Azərbaycan mərkəzi hakimiyyətinin  həyata keçirdiyi bu anti-korrupsiya addımlarına tam başqa don geyindirmıyə çalışanlar da var. Bəziləri hətta ifrata vararaq,  güya Naxçıvanda  separatizmin baş qaldırdığına dair heç bir əsası  olmayan məlumatlar tirajlayır. Yanlış olaraq belə rəy formalaşdırmağa çalışırlar ki, güya bu addımların əsas hədəfi muxtar respublikanın rəhbərliyidir. Bunun izahı çox sadədir. Azərbaycanın hər yerində olduğu kimi, həmin bölgədə də korrupsiya ilə mübarizə çərçivəsində addımlar atılır. Eyni zamanda, Vasif Talıbovun ailəsinə aid şəxslərin saxlandığına, işdən çıxarıldığına dair təsdiqini tapmayan  məlumatları da bura aid edə bilərik. Bütün bunlar heç də o anlama gəlmir ki, bu illər ərzində müsbət işlər görülməyib. Naxçıvanda aparılan bərpa-quruculuq işləri və bunun fonunda yaradılan səliqə-sahmanı, ən ucqar kəndlərdə belə normal sosial infrastrukturun yaradılmasını, taksi sürücülərinin vahid formadan istifadəsini, yas yerlərində israfçılığın qarşısını almaq məqsədilə atılan bütün addımlar müsbət yönümlü fəaliyyət kimi dəyərləndirilə bilər.

İstənilən halda, Naxçıvanda aparılan son islahatlar ordakı vətəndaşlarımızın  maddi rifahını daha da yaxşı edəcək.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ