05/02/2023 14:30
728 x 90

Ceyhun Bayramov ATƏT-i qurumun elə öz sessiyasında ifşa etdi - Ermənistana missiya göndərilməsi ATƏT mandatının açıq şəkildə pozulmasıdır

img

Ermənistana konsensus olmadan ehtiyacların dəyərləndirilməsi missiyasının göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatın açıq şəkildə pozulmasıdır.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 29-cu sessiyasında çıxışında deyib.

Nazir qeyd edib ki, Azərbaycan illərlə təşkilat daxilində konsensusdan sui-istifadəyə məruz qalıb.

“Buna baxmayaraq biz hər zaman birgə təhlükəsizliyə riayət edilməsinin tərəfdarı olmuşuq”,- deyə C.Bayramov əlavə edib.

Nazir deyib ki, ötən aylarda Azərbaycan hökumətinin rəsmiləri ilə yerli etnik erməni sakinlər arasında artırılmış dialoq və əlaqələr dəstəklənməli və dayanıqlı edilməlidir.

Nazir qeyd edib ki, Azərbaycan həmin ermənilərin Azərbaycanın bütün vətəndaşları ilə eyni hüquq və azadlıqlara malik olacağına təminat verir.

“Azərbaycan Respublikasının konstituasiyası bu mənada möhkəm hüquqi çərçivə təmin edir”, - deyə nazir əlavə edib.

C.Bayramov əlavə edib ki, Ermənistanın revanşist davranışının qızışdırılmasında bəzi üçüncü tərəflərin rolu böyük narahatlıq doğurur, çünki bu, Ermənistanı hərbi təxribatları gücləndirməyə və döyüşkən ritorikaya əl atmağa sövq edir.

Nazir bildirib ki, Ermənistan Azərbaycanın konstruktiv təklifinə cavab verməli və Azərbaycan və digər qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün yaranmış tarixi fürsətdən istifadə etməlidir.

“Bu, regionda sülh, təhlükəsizlik və əməkdaşlığa doğru yol açacaq”, - deyə nazir əlavə edib.

Peşə etikası

Son xəbərlər