çərşənbə günü, 11 noyabr 2026
     

Sülhməramlılar Qarabağı tezliklə tərk edəcəklər...

Image


Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin vəzifələrinin öhdəsindən gələ bilmədiyi artıq beynəlxalq miqyasda da bilinən həqiqətdir. Qarabağdakı rus hərbçiləri sülh yaratmaqdan başqa hər işlə məşğuldurlar. Elə son günlərdə Qarabağda gərginləşən vəziyyətdə də rus sülhməramlı qüvvələrinin rolu az deyil.

Artıq sirr deyil ki, Qarabağdakı qanunsuz erməni dəstələri məhz Rusiya əsgərinin arxasında gizlənərək Azərbaycan hərbçilərinə atəş açırlar. Təbii ki, burada ermənilərin əsas məqsədi Qarabağda gərginliyin davam etməsi görüntüsü yaradaraq sülhməramlıların mövcudluğuna ehtiyac görüntüsü formalaşdırmaqdır. Buna da Rusiya sülhməramlıları hər cür dəstək göstərir.

Beləliklə, Rusiya sülhməramlıları 10 noyabr üçtərəfli bəyanatının müddəalarının həyata keçirilməsinə dəstək vermir. Xatırladaq ki, üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən, sülhməramlı kontingent Azərbaycanın Qarabağ bölgəsinə yerləşdiriləndə paralel olaraq qanunsuz erməni silahlı qüvvələrinin çıxarılması təmin edilməli idi. Lakin iki il keçməsinə baxmayaraq, ortada hələ də konkret nəticə yoxdur. Rusiya sülhməramlıları da 10 noyabr bəyanatına uyğun olaraq qanunsuz erməni silahlı dəstələrini Azərbaycan ərazilərindən çıxarmağa çalışmır.

 Əksinə, bu silahlı dəstələrə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yollarla silah-sursat, o cümlədən minalar daşınır. Ermənistan Qarabağa silah göndərmək üçün Laçın yolundan istifadə edir ki, bu, əvvəllər əldə edilmiş razılaşmalara ziddir. Artıq faktdır ki, 2021-ci ildə Qarabağda basdırılan minalar oraya Laçın dəhlizi ilə çatdırılıb. Bu fonda Azərbaycan sözügedən dəhlzin bağlanmasını istisna etmir. Amma Rusiya sülhməramlılarının yarıtmaz fəaliyyəti təkcə qeyd edilənlərlə məhdudlaşmır. Azərbaycanın yaşayış məntəqələrinin qondarma erməni adları ilə təqdim edilməsi bu qüvvələrin daha bir ciddi qüsurudur. İndiki halda Ağdərə və Xocavənd rayonlarının Rusiya Müdafiə Nazirliyi tərəfindən “Mardakert” və “Martuni” kimi qeyd olunması ermənilərin Azərbaycan xalqının tarixi toponimlərini dəyişdirmək cəhdlərinə dəstək verməklə yanaşı, iki ölkə arasında müttəfiqlik münasibətlərinə kölgə salır. Bu, həm də Rusiyanın rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Artıq Azərbaycan Müdafiə Nazirliyi bu məsələyə bir neçə dəfə etirazını bildirib. Sonuncu etirazda bu xüsusda qeyd olunur: “Təəssüf edirik ki, Rusiyanın sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır. Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsinin yolverilməz olduğunu bir daha xatırladırıq. Yenə də Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq. Bir daha israrla bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 30.11.2022-ci il tarixli rəsmi məlumatında “Dağlıq Qarabağ ərazisi” kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və “Martuni” kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq Ağdərə və Xocavənddir”.

Daha bir mühüm məqam ondan ibarətdir ki, Rusiya Müdafiə Nazirliyi informasiya bülletenlərində birtərəfli, qərəzli mövqe tutaraq, Azərbaycan Ordusunun atəşkəsi pozmasına dair böhtan xarakterli məlumatlar paylaşır. Qanunsuz erməni dəstələrinin atəşkəsi pozmasına dair Azərbaycan Müdafiə Nazirliyinin təqdim etdiyi faktları isə bülletenlərinə daxil etmir. Bu vəziyyətdə artıq Azərbaycan müvafiq addımlar atmağa məcburdur. Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz da bunu istisna etmir. O bildirir: “Rusiya Müdafiə Nazirliyi yayımladığı bülletenlərdə Azərbaycan ərazilərini qəsdən saxta erməni adları ilə təqdim edir. Rus sülhməramlılar da nazirlikdən aldıqları direktivlərlə eyni şeyi təkrarlayırlar”. General mətbuata açıqlamasında Türkiyə və Azərbaycanın heç vaxt Rusiyanın 10 noyabr bəyannaməsinə zidd hərəkətlərini qəbul etməyəcəyini vurğulayıb: “Rus sülhməramlıların gözü önündə erməni terrorçu dəstələri Qarabağda xəndəklər qazır, istehkamlar düzəldir, eyni anda bir neçə yerdən Azərbaycan ordusuna atəş açırlar. Baş verənlər 10 noyabr bəyannaməsinə qəti şəkildə ziddir. Qarabağ Azərbaycan torpağıdır və Putin özü də bunu dəfələrlə təkrar edib. Rus sülhməramlıların himayəsində Ermənistanın Azərbaycanın ərazisi olan Qarabağa silah-sursat daşıması, orada erməni terrorçularının öz mövcudluqlarını davam etdirməsi qəbuledilməzdir. Təəssüflər olsun ki, rus sülhməramlılar Azərbaycan ərazisinə yerləşdirildikləri gündən etibarən öz missiyalarına zidd şəkildə neytral olmaq yerinə, tərəf tutur və ermənilərin vaxt qazanma taktikasına dolayı yolla dəstək verirlər. 10 noyabr bəyannaməsinin şərtlərinin pozulması və erməni terrorçuları ilə Ermənistan ordusunun hərbi birləşmələrinin Qarabağda qalmağa davam etməsi sözügedən sənədin qüvvədən düşməsi mənasına gəlir. Əgər vəziyyət belədirsə, Azərbaycan İkinci Qarabağ müharibəsində olduğu kimi, öz işini özü görəcək”. General bildirib ki, biz problemin mütləq şəkildə Azərbaycanın ərazi bütövlüyü daxilində müzakirələr yolu ilə həll edilməsi gərəkir: “Vladimir Putinin “Qarabağ Azərbaycan torpağıdır, biz ora müdaxilə edə bilmərik” deməyinə rəğmən, Rusiya Müdafiə Nazirliyinin tam əksinə hərəkət etməsi, məsuliyyət zonalarında rus sülhməramlıların özlərini hökmran kimi aparması, öz mənfəətləri naminə erməni siyasətinə alət olması səmimiyyətsizliyin, ikiüzlülüyün göstəricisidir. Nə Azərbaycan, nə Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingenti, nə də Türkiyə Cümhuriyyəti bunu qəbul edəcək. Əgər Rusiya və Ermənistan normal dövlətdirlərsə və sülh istəyirlərsə, lazımi addımlar atmalıdırlar. Çünki normal dövlətlər hər zaman imzalarına sadiq olurlar. Yoxsa yenə Dəmir Yumruq Qarabağdakı üç-beş quldurun başına enəcək və onlara lazımi dərs veriləcək. Ağıllarını başlarına toplamalı, tərəfsiz şəkildə beynəlxalq hüququn tələblərinə uyğun formada problemlərin həllinə çalışmalıdırlar”. Beləliklə, son iki ildə Rusiya sülhməramlılarının davamlı olaraq anlaşılmaz mövqedən çıxış etməsi, ondan gözlənilənləri doğrultmaması Azərbaycana sülhməramlıların lazım olmadığını göstərir. Bu da Rusiya sülhməramlılarının vaxtından tez Azərbaycan ərazisindən çıxarılmasını aktuallaşdırır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ