çərşənbə günü, 11 noyabr 2026
     

Naxçıvanın korrupsioner nazirləri və korrupsiyanın 27 illik kökləri...

Image


Son günlərdə, demək olar ki, Azərbaycan cəmiyyətində bütün diqqətlər Naxçıvana yönəlib. Muxtar Respublikadan gələn həbs xəbərləri cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bunun hansısa siyasi proses olduğunu düşünənlər də az deyil. Amma ortada həbsləri lazımi edəcək ciddi faktlar varsa, bu məsələdə əlavə məqsədlər axtarmaq yersiz görünür.

Yayılan rəsmi məlumatlara istinad etsək görərik ki, təkcə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu 132 milyon manat dövlət vəsaitini mənimsəkdə ittiham olunur. Muxtar Respublikanın maliyyə naziri Rafael Əliyev də ondan geri qalmır. Nazir isə 144 milyon manatı mənimsəyibmiş.

Əgər sözügedən mənimsəmə faktları varsa, həbslər niyə təəccüblə qarşılanmalıdır ki? Naxçıvan Muxtar Respublikası da Azərbaycanın ayrılmaz bir hissəsidir. Ölkənin digər regionlarında olduğu kimi, orada da korrupsiyaya qarşı əməliyyatların keçirilməsi aidiyyəti dövlət orqanlarının vəzifə borcudur. Yəni Naxçıvandakı həbslər digər bölgələrdə və strukturlarda analoji pozuntularla bağlı tədbirlərdən heç nə ilə fərqlənmir. Bu, eyni zamanda ölkədə olan sosial sifarişdən qaynaqlanan amildir.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin təqaüddə olan polkovnik-leytenantı, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl mediaya  açıqlamasında qeyd edib ki, Naxçıvanda  baş verən proseslər - maliyyə məsələləri, məmur özbaşınalığı ilə bağlı həddindən artıq şikayət var idi:

"Artıq DTX orada nazirlik səviyyəsində olan, müstəqil fəaliyyət göstərən qurumu baş idarə ilə əvəz edib. Yoxlama prosesləri də davam etdirilir. Gömrükdən maliyyəyə qədər harada vəsait yeyintiləri varsa, DTX orada öz işini görür. Səlahiyyətlərin azaldılması ilə bağlı islahatlara gedilir. Bunlar lazımdır. Həbslər də islahatların tərkib hissəsidir. Hazırda aparılan həbslərin sonuncu olacağına inanmıram. Orada indiyə kimi yeyintilər olub. İndi də kimin harada nəyi olduğu bəllidir. Bu vəsaitlərin mənbəyinə qədər gedib çıxılmalıdır. Bu, birdən-birə hansısa gəncin sürətli varlanması yox, dövlətin pulunun yeyilməsi deməkdir, maliyyə təhlükəsizliyi məsələsidir. Azərbaycana hazırda vəsait lazımdır ki, Qarabağı dirçəldək. Mənimsənilən pullar geri qaytarılmalı və Qarabağda quruculuq işlərinə yönəldilməlidir”.

Media üzərindən apardığımız araşdırmalar nəticəsində məlum olur ki, bundan əvvəl də Naxçıvanda yüksək vəzifəli şəxslərin ətrafında həbslər reallaşıb. Ancaq fərq burdadır ki, aşağıdakı siyahıda təqdim edəcəyimiz nazirlər mərkəzi hakimiyyət tərəfindən deyil, MR-in öz səlahiyyətləri çərçivəsində həbsə salınıblar.

Naxçıvan MR-in bundan əvvəl  həbs olunan nazirlərinin siyahısına nəzər salaq.

Həbs edilən nazirlərdən biri polis general-leytenantı Əhməd Əhmədovdur. O, 2000-ci ildən 2017-ci ilədək Naxçıvan MR-in daxili işlər naziri olub. 2021-ci ildə isə barəsində olan korrupsiya əməllərinə görə həbs olunub və məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Naxçıvanın sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov da həbs həyatı yaşayıb. Belə ki, general-leytenant V.Ələsgərov barəsində 2016-cı ildə həbs edilib. O, 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun "general-leytenant" rütbəsi də geri alınıb. Bu ilin sentyabr ayında isə Ali Məhkəmədə Vəli Ələsgərovun kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarı ilə V.Ələsgərov barədə apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.

Naxçıvanda həbs edilən nazirlərdən biri də Muxtar Respublikanın sabiq təhsil naziri Məmməd Qəribovdur. Sabiq nazir bir müddət həbs həyatı yaşasa da, 2021-ci ilin iyun ayında Naxçıvan Ağır Cinayətlər Məhkəməsində M.Qəribova şərti cəza verilib və o azadlığa buraxılıb.

  • Aydın Quliyev: “Orada özləri 2016-2017-ci illərdə cəmi 2 naziri  tutdular, DİN və MTN”

“Bakı -Xəbər” Media Qrupunun rəhbəri Aydın Quliyev özünün sosial şəbəkə hesabında baş verən hadisələrə belə münasibət bildirib:

“Naxçıvandakı həbslər ətrafında geniş şərhlər verilir, çox-çox uzaqlara gedən siyasi və hətta geosiyasi nəticələr çıxarılır. Maraq böyükdü. Təsadüf deyil. 25 ildən çox kənarda toxunulmaz qalmış bir mühüm regiondakı korrupsiya araşdırılır. Elə bir regionda ki, oradan vaxtilə heç bir cümləni də rahatlıqla yazmaq mümkün deyildi.

Əslində qeyri-adi bir şey baş vermir. Azərbaycanda illərdi korrupsiya ilə mübarizə gedir, onun bir parçası olan Naxçıvan niyə də bu prosesdən kənarda qalmalı idi? Bir gün bu mübarizə Naxçıvanı da əhatə etməli deyildimi?Azərbaycanın nə qədər iri məmurları, biznesmenləri  həbsə atıldı , Naxçıvanda həbs olunanlar "qaraqaş, qaragöz" deyildilər ki?!

Niyə bu əməliyyatların Azərbaycan DTX tərəfindən aparılmasının da aydın cavabı var.

İllər boyu Naxçıvanda bu mübarizənin yerli orqanların özləri tərətindən aparılacağına, aparılmalı olduğuna etimad edildi, arxayın oldular. Ancaq iş yarıtmaz icra edildi. Orada özləri 2016-2017-ci illərdə cəmi 2 naziri  tutdular, DİN və MTN. Ancaq korrupsiya mexanizmi səngimədi, "maşın" yenə öz işində idi. Görəndə ki, Naxçıvanın yerli orqanlarının özləri korrupsiya ilə mübarizə aparan deyillər, mübarizə aparmalı orqan və şəxslərin özləri bu işə bulaşıblar, o zaman Azərbaycan mərkəzi hakimiyyətinin iradəsi ilə DTX özü işə başlamalı oldu. Məsələyə heç bir siyasi rəng qatmadan proseslərin sadə məzmununu  bu cür görmək lazımdır.

Ancaq "Naxçıvanda korrupsiya niyə bu qədər geniş miqyaslı və dərin oldu" sualının da, təbii ki, öz izahı və cavabı var.

Birinci səbəb, Naxçıvanda yerli rəsmi  idarəetmə səlahiyyətlərinin bu qədər genişlənməsi. Az qala içimizdə ikinci dövlət yaranır. Naxçıvanın ayrıca "Xarici Kəşfiyyat Xidməti" də var imiş.Təsəvvür edirsiniz?Rəhmətlik Heydər Əliyevin Ali Məclisə sədrliyi dövründə də orada yerli rəsmi idarəetmə səlahiyyətləri bu qədər geniş deyildi. Üstəlik o da var ki, Heydər Əliyevin sədrliyi dövründə Naxçıvanda yerli idarəetmə səlahiyyətlərinin (indikindən aşağı səlahiyyətlər) genişliyi səmərəli nəticələr verirdi, faktiki Naxçıvanı məhz bu xilas etdi. Ancaq hazırkı  yerli idarəetmə səlahiyyətlərinin hədsiz genişliyi neqativ rol oynadı. Ən böyük neqativlik isə bütün Muxtar Respublika əhalisinin rəsmi Bakıdan incik düşməsi oldu. Bu şəraitdə korrupsiyanın çiçəklənməsi təəccüblü deyil.

İkinci səbəb, Naxçıvandakı bəzi məmurların Bakıda müxtəlif xətlərlə bağlı olduqları daha iri məmurlar tərəfindən himayə edilməsi...”

Dünən bəzi KİV-lər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talbovun Naxçıvan Prokurorluğunda müavin vəzifəsini daşıyan qardaşı Məhərrəm Talıbov saxlanılması barədə xəbər yaydı.

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Məhərrəm Talıbov isə saxlanılması haqda xəbərlərin yalan olduğunu bildirib:

“Mənim saxlanılmağımla bağlı xəbərlər yalandır. Bunu yazanlar məqsədli şəkildə yazırlar. Mən uzun illər hüquq-mühafizə orqanlarında çalışmışam. Bu gün də çalışıram. Mən qanun adamıyam. Qanun nəyi deyirsə, onu da eləmişəm. Qaldı ki, dövlətimizin bu gün həyata keçirdiyi islahatlara heç kəsin iradı ola bilməz, onu müzakirə edə bilməz”.

  • Fəzail Ağamalı: “Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvanda da korrupsiya və rüşvətxorluq kimi qanunsuz hallara qarşı qanuni mübarizə aparılır”

Milli Məclisin deputatı Fəzail Ağamalının sözlərinə görə, Naxçıvanla bağlı baş verənlərdə kimlərinsə işdən çıxarılması və ya həbsi mövzusundan çox struktur dəyişiklikləri məsələsinə diqqətin ayrılması daha vacibdir: “Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvanda da korrupsiya və rüşvətxorluq kimi qanunsuz hallara qarşı qanuni mübarizə aparılır. Həbslər də bununla bağlıdır. Mən diqqəti daha çox struktur dəyişikliklərinə yönəltməyi düzgün sayıram. Naxçıvanın idarəçiliyi ilə bağlı struktur dəyişiklikləri aparılır. Bu da ölkəmizin Prezidenti cənab İlham Əliyevin xeyli müddətdir ölkəmizdə başlatdığı islahatların mahiyyətinə söykənir”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ