05/02/2023 14:16
728 x 90

"Zəngəzur dəhlizinin açılması ilə Ağrı şəhərinin əhəmiyyəti artacaq" - Ərdoğan

img

Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Ağrı şəhərinin əhəmiyyəti artacaq. Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ağrı Hamur-Tutak-Patnos Dövlət Yolunun Açılışı zamanı çıxış edərkən bildirib.

O qeyd edib ki, azərbaycanlı qardaşlarımızın torpaqlarının uzun illər işğal altında qalmasının görməzdən gəlinməsinin səbəbi bəzi ölkələrin səssizliyidir.

"Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Ağrı şəhərinin əhəmiyyətini artacaq. Bunun üçün ölkəmizdə də sabitliyin olması vacibdir. Terror problemi Türkiyənin mövcud resurslarından istifadə etməsinə mane olurdu. Artıq bu dövr geridə qaldı", - deyə R.T.Ərdoğan əlavə edib.

Peşə etikası

Son xəbərlər