05/02/2023 14:55
728 x 90

Filip Riker: "Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh prosesində mühüm rol oynayır"

img

Gürcüstan regionda sülh və sabitliyə nail olunmasında, əlaqələrin qurulmasında mühüm rol oynayır.

Trend ABŞ-nin Gürcüstandakı səfirliyinə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker videomüraciətində deyib.

"Gürcüstana qayıtdığım üçün xoşbəxtəm, burada ötən il ölkə rəhbərliyi ilə Gürcüstanın Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulmasında vasitəçilik rolunu müzakirə etdik. Gürcüstan regional təhlükəsizliyə töhfə verməkdə davam edir və regional məsələləri müzakirə etmək üçün Baş nazir İrakli Qaribaşvili ilə yenidən görüşməkdən məmnunam.”, - deyə Dövlət Departamentinin baş müşaviri bildirib.

Peşə etikası

Son xəbərlər