05/02/2023 15:58
728 x 90

Naxçıvanda korrupsiya əsas iki səbəbdən çiçəkləndi...

img

Naxçıvandakı həbslər ətrafında geniş şərhlər verilir, çox-çox uzaqlara gedən siyasi və hətta geosiyasi nəticələr çıxarılır. Maraq böyükdür. Təsadüf deyil. 25 ildən çox kənardan toxunulmaz qalmış bir mühüm regiondakı korrupsiya araşdırılır. Elə bir regionda ki, oradan vaxtilə heç bir cümləni də rahatlıqla yazmaq mümkün deyildi.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

“Əslində qeyri-adi bir şey baş vermir. Azərbaycanda illərdir korrupsiya ilə mübarizə gedir, onun bir parçası olan Naxçıvan niyə də bu prosesdən kənarda qalmalı idi? Bir gün bu mübarizə Naxçıvanı da əhatə etməli deyildimi? Azərbaycanın nə qədər iri məmurları, biznesmenləri həbsə atıldı, Naxçıvanda həbs olunanlar "qaraqaş, qaragöz" deyildilər ki?!

Niyə bu əməliyyatların Azərbaycan DTX tərəfindən aparılmasının da aydın cavabı var.

İllər boyu Naxçıvanda bu mübarizənin yerli orqanların özləri tərəfindən aparılacağına, aparılmalı olduğuna etimad edildi, arxayın oldular. Ancaq iş yarıtmaz icra edildi. Orada özləri 2016-2017-ci illərdə cəmi 2 naziri tutdular, DİN və MTN. Ancaq korrupsiya mexanizmi səngimədi, "maşın" yenə öz işində idi. Görəndə ki, Naxçıvanın yerli orqanlarının özləri korrupsiya ilə mübarizə aparan deyillər, mübarizə aparmalı orqan və şəxslərin özləri bu işə bulaşıblar, o zaman Azərbaycan mərkəzi hakimiyyətinin iradəsi ilə DTX özü işə başlamalı oldu. Məsələyə heç bir siyasi rəng qatmadan proseslərin sadə məzmununu bu cür görmək lazımdır.

Ancaq "Naxçıvanda korrupsiya niyə bu qədər geniş miqyaslı və dərin oldu" sualının da təbii ki, öz izahı və cavabı var.

Birinci səbəb, Naxçıvanda yerli rəsmi idarəetmə səlahiyyətlərinin bu qədər genişlənməsi. Az qala içimizdə ikinci dövlət yaranır. Naxçıvanın ayrıca "Xarici Kəşfiyyat Xidməti" də var imiş. Təsəvvür edirsiniz? Rəhmətlik Heydər Əliyevin Ali Məclisə sədrliyi dövründə də orada yerli rəsmi idarəetmə səlahiyyətləri bu qədər geniş deyildi. Üstəlik o da var ki, Heydər Əliyevin sədrliyi dövründə Naxçıvanda yerli idarəetmə səlahiyyətlərinin (indikindən aşağı səlahiyyətlər) genişliyi səmərəli nəticələr verirdi, faktiki Naxçıvanı məhz bu xilas etdi. Ancaq hazırkı yerli idarəetmə səlahiyyətlərinin hədsiz genişliyi neqativ rol oynadı. Ən böyük neqativlik isə bütün muxtar respublika əhalisinin rəsmi Bakıdan incik düşməsi oldu. Bu şəraitdə korrupsiyanın çiçəklənməsi təəccüblü deyil.

İkinci səbəb, Naxçıvandakı bəzi məmurların Bakıda müxtəlif xətlərlə bağlı olduqları daha iri məmurlar tərəfindən himayə edilməsi...”

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər