çərşənbə günü, 11 noyabr 2026
     

KTMT dilemması Ermənistanda yeni siyasi parçalanmaya yol açır

Image


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sonuncu İrəvan sammiti ilə bağlı Ermənistan daxilində ziddiyyətlərin getdikcə dərinləşməsi müşahidə edilir. Bir qisim hesab edir ki, Ermənistanın KTMT siyasəti iflasa uğrayıb və təşkilat onlara heç bir kömək etməyəcək.

Bu səbəbdən Ermənistan KTMT sıralarını tərk edib Qərbə üz tutmalıdır. Digər qisim isə hesab edir ki, KTMT ilə münasibətlərini korlamaqda davam etsə, Ermənistan Rusiyanın sərt cəza tədbirlərinə məruz qalacaq.

Ermənistanın “Hayeli.am” nəşri də qeyd edir ki, hazırda ölkə dilemma qarşısındadır: “Təsadüfi deyil ki, Nikol Paşinyan KTMT sammitində bədbəxt və kədərli görünürdü. Lukaşenko hətta Nikolla salamlaşarkən “Niyə belə tutqunsan?” deyərək ona söz atıb. Nikol Paşinyan KTMT-də yad adamdır. Onun uşaqca davranışı Ermənistanı da bu vəziyyətə salaraq tam fiasko yaşadığını göstərir. Nikol KTMT-dən kömək istəyir, bununla da KTMT-nin mahiyyətini anlamadığını göstərir. Yaxud da Nikol başa düşür, amma özünü anlamazlığa qoyur ki, bir tərəfdən öz simasını xilas edib günahkar yox, qurban obrazına girsin, digər tərəfdən də KTMT-yə ziyan vursun. Hər halda bu, Ermənistana ancaq ziyan vurur. Spiker Alen Simonyan Ermənistanın bizi Türkiyə və Azərbaycandan qorumaq üçün KTMT-yə üzv olduğunu bəyan edirsə, bu, ən azından savadsızlıqdır. KTMT ayrı-ayrı üzvlərinin qeyri-dost davranışı ilə Rusiyanın ətrafında toplanmış bir birlikdir. KTMT Ermənistan-Türkiyə sərhədini Rusiya adından qoruyur, lakin Ermənistan-Azərbaycan münasibətlərində arbitr statusu axtarır və Bakı ilə birbaşa münaqişəyə girməməyə çalışır. Nikol Ermənistan ordusunun əvəzinə KTMT-nin döyüşməsini istəyir, lakin eyni zamanda anti-Rusiya, KTMT əleyhinə kampaniya və aksiyaları təşviq edir və onlara rəhbərlik edir. Ermənistanın beynəlxalq aləmdə heç vaxt belə biabırçı imici olmayıb”. Məsələyə münasibət bildirən Ermənistan Milli Konqresinin sədr müavini Levon Zurabyan da hesab edir ki, indi İrəvan Moskvanın zərbələrinə hazır olmalıdır: “Hər şey öz axarı ilə gedirdi. Hadisələr İrəvanda Rusiya Prezidenti Vladimir Putinin də yer aldığı KTMT sammitində Nikol Paşinyanın yekun sənədlərə qol çəkməkdən imtina etməsindən sonra dəyişdi. Kreml bu dəfə İrəvanı cəzalandırmaq qərarına gəlib. Hər şey Ermənistanın tam olaraq dövlətçiliyinin bitməsi ilə başa çata bilər. Yaxın zamanlarda Azərbaycan ordusu üçtərəfli bəyannamənin bütün bəndlərinin icrasını geniş bir hərbi əməliyyat nəticəsində həll edəcək. Buna artıq Kreml də göz yumacaq, KTMT də. Çünki KTMT-nin köməyindən İrəvan özü imtina etdi. Özü özün. qəbir qazdı. Hər şey çox tez baş verəcək. İrəvan özünə gələnə qədər Azərbaycan ordusu bütün qoyulan tapşırıqları yerinə yetirəcək”. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri, ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın da məsələyə münasibəti maraqlıdır. Onun sözlərinə görə, Ermənistan baş nazirinin KTMT Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaması Ermənistan üçün çox pis oldu, çünki ölkə KTMT-yə sədrlik edib və öz sədrliyi dövründə istədiyi sənəd üzrə razılaşa bilməyib: “Ya həmin sənəd sammitdə ümumiyyətlə təqdim edilməməli idi, ya da təqdim olunubsa, imzalanmalı idi. KTMT-də belə bir təcrübə, ənənə var ki, struktura sədrlik edən ölkə və ən azı yekun sammitlərin keçirildiyi ölkədə həmin ölkə üçün əlverişli sənədlər qəbul edilir. Belə olan halda sənədlər qəbul olunmayıb, bu isə o deməkdir ki, Ermənistanın hakimiyyət nümayəndələrinə məhəl qoyulmur. Sən hakimiyyətə gəlib hamı ilə, o cümlədən qonşularınla münasibətləri korlayırsan, KTMT-yə rəhbərlik edən zaman bu strukturun baş katibini həbs etməyə çalışırsan və ona cinayət işi açırsan. Bu, sənin daxil olduğun struktura dövlətin münasibətindən xəbər verir. KTMT-nin güc tətbiqi məsələlərində regionumuza gətirilməsi gələcəkdə ciddi münaqişəyə səbəb ola bilər”. Ermənistanın sabiq müdafiə naziri bildirib ki, müxalifət olaraq KTMT-də hər şeyin onların xoşuna gəlməsi doğru deyil: “Hərbi-siyasi ittifaqlar təkcə xarici deyil, həm də daxili məsələlərin koordinasiyası, blok daxilində rahat və dinc yaşamaq üçün yaradılır. NATO-nun 70 ildən çox tarixi var və hətta NATO daxilində də problemlər var. Eyni şey KTMT-yə də aiddir, lakin KTMT-nin 30 illik, əməliyyatlar baxımından isə 20 illik tarixi var və bu strukturun daxilində həllini gözləyən problemlər mövcuddur”.

Məsələ ilə bağlı Ermənistanın “armenianreport” portalı yazır ki, müxalifətin KTMT-yə belə münasibəti Paşinyan iqtidarının durumunu daha da ağırlaşdırır: “Papadan daha çox katolik olmaq. Bu ifadə həddindən artıq fanatizmi ifadə etmək üçün istifadə olunur. Kreml hökmdarlarının ayağını ölkəmizdən silsələr də, onların dabanlarını yalamağa öyrəşmiş Rusiyayönlü müxalifətimiz məhz “papadan artıq katolik” olmağa səy göstərir. Bu işlə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan daha çox məşğul olur. KTMT Ermənistanın müdafiəsi ilə məşğul olmur. Bəs, o zaman NATO-ya rəqib kimi çıxış edən belə bir bloka üzv olmaq Ermənistanın nəyinə lazımdır? Ohanyan baş nazir Nikol Paşinyanın ünvanına sərt tənqidlər yağdıraraq onu KTMT-də sabitliyi pozmaq cəhdində ittiham edib. Həm də ona görə ki, KTMT-nin İrəvan sammiti zamanı Nikol Vovayeviç yekun bəyannaməni imzalamaqdan imtina edib. Ohanyanın fikrincə, Paşinyanın bəyannaməni imzalamaqdan imtina etməsi Ermənistana son dərəcə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, bu sənəd ya ümumiyyətlə sammitdə təqdim edilməməli, ya da imzalanmalı idi. Ohanyanın çıxışı daha çox  Kremldən gələn sifarişə, ya da ictimaiyyətin diqqətində qalmaq üçün edilən boş və mənasız danışığa bənzəyir. Seyran Muşeqoviç! Paşinyan açıq şəkildə İrəvandan çox Bakıya meyl edən Putinə, Lukaşenkoya və Tokayevə necə təsir göstərə bilərdi? Bəli, KTMT-yə Ermənistan sədrlik edirdi. Amma Putin blokunun bütün ölkələri ev sahibi İrəvanın maraqlarına məhəl qoymadı. Ohanyan bizi axmaq hesab edir. O uzun illər Ermənistanın Müdafiə Nazirliyinə rəhbərlik edib. Və bilməli idi ki, KTMT-nin əsas məqsədləri kollektiv əsasda üzv dövlətlərin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaqdır. Belə olan halda KTMT-nin Ermənistanın müdafiəsi ilə məşğul olmamasını necə başa düşmək olar? Bəs o zaman NATO-ya rəqib kimi çıxış edən belə bir bloka üzv olmaq Ermənistanın nəyinə lazımdır? Əminik ki, cəmiyyətdə reytinqi sıfıra bərabər olan KTMT-ni müdafiə etməyə tələsən Ohanyan sadəcə Kreml ağalarının sifarişini yerinə yetirir. Bu gün Ermənistandakı bütün rusiyapərəst zibillərin etdikləri budur. Ohanyan kimi bəziləri KTMT-nin fəaliyyətsizliyinə, digərləri isə Rusiyanın xəyanətinə haqq qazandırır. Amma əslində Rusiyayönlü koloniyanın bütün bu cəhdləri faydasızdır. Çünki ermənilər hər şeyi çoxdan başa düşüb.  Seyran Ohanyan, Robert Koçaryan və Serj Sarkisyan kimiləri isə rus çəkmələrini yalamaq və bütün Ermənistanı bu hərəkətə vadar etmək istəyirlər”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ