05/02/2023 15:24
728 x 90

Mətbuat Şurasının Beynəlxalq Əlaqələr Komissiyasının üzvləri Türkiyə Səfirliyində olublar

img

Azərbaycan Mətbuat Şurasının Xarici əlaqələr komissiyasının üzvləri Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat və mədəniyyət müşaviri cənab Hüseyn Altınalanla görüşüblər.

Komissiyanın sədri  Müşfiq Ələsgərli MŞ-nin yeni formalaşmış İdarə Heyəti, fəaliyyət istiqamətləri, qurumun Beynəlxalq Əlaqələr Komissiyasının qarşıdakı prioritetləri bağlı məlumat verib.

Komissiyanın üzvləri - Yadigar Məmmədli və Aqil Ələsgər iki ölkənin media platformaları arasında münasibətlərin inkişaf etdirilməsinə dair fikirlərini bölüşüblər. Onlar Türkiyə Səfirliyi ilə Mətbuat Şurasının əməkdaşlığının bu sahəyə göstərə biləcəyi dəstək tədbirlərini qeyd ediblər.

Ziyarət üçün təşəkkürünü bildirən Hüseyn Altınalan Türkiyə Səfirliyi ilə Mətbuat Şurası, həmçinin, ölkənin media qurumları arasında əməkdaşlığın sağlam təməllər üzərində qurulduğunu, ümumi maraqlara uyğun olduğunu vurğulayıb, əməkdaşlığın inkişafı üçün təkliflərini səsləndirib. O, eyni zamanda, təmsil olunduğu diplomatik missiyasının media ilə münasibətlərə xüsusi diqqət yetirdiyini bildirib.

Peşə etikası

Son xəbərlər