çərşənbə günü, 11 noyabr 2026
     

Marqarita Simonyan Putinin yaxşılıqlarına qarşı erməni xislətini çox gizlədə bilmədi - sizi asacaqlar...

Image


“Əgər biz uduzsaq, Haaqa hətta Kremldə təmizlik işləri aparan qapıçını da gözləyir”. Bunu Rusiya televiziyasının efirində Kremlin təbliğatçısı Marqarita Simonyan deyib.

O, “Rossiya-1” kanalında gözlənilməz faktlar səsləndirib. M.Simonyan açıq şəkildə ifadə edib ki, Rusiya müharibəni uduzsa, prosesin bütün iştirakçıları Haaqada məhkəməyə çıxarılacaq: “Onlar Ukraynaya qarşı müharibədə uduzduqdan sonra onları nələrin gözlədiyini yaxşı bilirlər. Özləri də etiraf edirlər ki, rus ordusu döyüş meydanında Ukrayna ordusuna müqavimət göstərə bilmir. Ona görə də onların edə biləcəyi yeganə şey infrastrukturu bombalamaqdır. Onlar bizim Krımı almağa hazırlaşırlar, biz də bu vəziyyətdə edə biləcəyimiz tək şeyi edirik, bombalayırıq, hər gün bombalayırıq. Biz onların infrastrukturunu bombalayırıq. Allah bilir, biz bunu etmək istəmirdik”.

Daha sonra o, müharibədə məğlubiyyətdən sonra onları nə gözlədiyini dilə gətirib: “Biz itirməkdən qorxmalıyıq, biabırçılıqdan qorxmalıyıq və xalqımıza xəyanət etməkdən qorxmalıyıq. Əgər uduzmağı ağlımıza gətirsək, Haaqa hətta Kremldə təmizlik aparan qapıçını da gözləyir”.

Görünən odur ki, erməninin xisləti dəyişən deyil. Putin Simonyana mediada böyük şərait yaratsa da, o, Rusiyanın məğlum olacağına eyham vurur.

  • “Onlar yaxşı bilirlər ki, ukraynalılara qarşı törədilən hər bir hərbi cinayət cavabsız qalmayacaq”

Məsələyə münasibət bildirən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, Simonyan kimi Kreml aqitropları artıq özlərini sığortalamağa başlayıblar: “Fakt budur ki, Rusiya açıq-aşkar Ukraynada başlatdığı hərbi əməliyyatlarında ciddi uğursuzluqlara məruz qalmaqdadır və hələ ötən il fevralın 24-də başlayan müharibədəki “qalibiyyət ruhundan” əsər-əlamət belə qalmayıb. Məhz həmin dövrlərdə Rusiya telekanallarında çıxış edən əsas aqitroplar, yaxud Kremlin sifarişləri ilə danışan təbliğatçılar tamamilə fərqli münasibətlər nümayiş etdirirdilər. Misal üçün, bəyan edirdilər ki, rus tankları cəmi bir həftəyə Kiyevin mərkəzi küçələrində  mövqelənəcəklər, yaxud dünyanın ikinci ən güclü ordusu NATO-ya müharibə dərsi verəcək və sübut edəcək ki, bu ordu əslində dünyanın birinci ordusudur və s. Amma nə oldu? Bu gün Rusiyanın təbliğat maşınları nə qədər ört-basdır etməyə cəhdlər göstərsələr də. artıq Ukrayna çöllərində muzdluları çıxmaqla 100 minə yaxın hərbçi həyatını itirib. Rusiyanın hərbi-texniki bazası, demək olar ki, tükənmək üzrədir. Üstəlik, cəbhəyə rezervdə qalan və hələ ötən əsrin ortalarında istehsal edilmiş köhnə tanklar, toplar, zenit-raket kompleksləri göndərilir. Eləcə də biz son vaxtlar Rusiyanın İrandan nəinki ucuz PUA-lar, həm də zirehli yeləklər, dəbilqələr aldığını müşahidə etməkdəyik. Bütün bunlar reallıqda Rusiya ordusunun nə qədər acınacaqlı vəziyyətdə olduğunu açıq-aşkar isbatlamaqdadır. O cümlədən, artıq cəbhəyə zorən göndərilən insanlar da onlara vəd edilən məvaciblərini ala bilmirlər. Bu isə həm də onu göstərir ki, Rusiya nə qədər güclü iqtisadiyyata malik olmasına rəğmən, artıq bu ölkənin iqtisadi cəbhəsi də laxlamağa başlayıb. Əlbəttə ki, bütün bunlar Marqarita Simonyan və onun kimi digər aqitropların artıq fərqli düşüncələrlə çıxış etmələrinə zəmin yaradır. Hətta deyərdim ki, onlar, necə deyərlər, valı dəyişməyə başlayıblar və bu vasitə ilə artıq özlərini sığortalamağa cəhd edirlər”.

B.Quliyev hesab edir ki, Rusiya TV-lərində ölkənin Ukrayna cəbhəsində uduzması mümkünlüyü barədə səslənən fikirlər təsadüfi deyil: “Haaqa məhkəməsi ətrafındakı şərhlər, deyərdim ki, bu da bir etirafdır. Müharibə cinayətləri hər yerə cinayət hesab olunur və təəssüf ki, müharibənin ilk vaxtlarında Ukraynanın bir çox şəhərlərinə daxil olan Rusiya ordusu sözün əsl mənasında mülki insanlara qarşı amansızlıqlar törədib. Qətliamlara əl atıblar və bunun adı da birdir – soyqırımı. Məhz belə bir məqamda Azərbaycan xalqı Ukraynadakı bu hadisələri çox gözəl anlayır, çünki bizim xalqımız da uzun illər erməni terroruna məruz qalıb, soyqırımlara uğrayıb və burada Xocalı qətliamını xatırlamamaq olmur. Məhz bu məşum hadisə zamanında da Rusiyanın 366-cı alayı erməni terrorçuları ilə eyni cinahda dayanaraq azərbaycanlılara qarşı vəhşiliklərdə iştirak etmişdilər. O cümlədən, Pskovun desant alayının da Qarabağda hansı cinayətlərə əl atması barədə kifayət qədər faktlar var. Tarix bu faktları unutmur və bizlər də inanırıq ki, çox yaxın zamanlarda həmin vəhşilikləri törədən ünsürlər, cinayətkarlar Haaqa məhkəməsi qarşısında cavab verməli olacaqlar. Bu baxımdan, Simonyanın etirafı da həmin məcradadır. Onlar yaxşı bilirlər ki, ukraynalılara qarşı törədilən hər bir hərbi cinayət cavabsız qalmayacaq və gec-tez cinayətkarlar öz cəzalarına çatdırılacaqlar. Və məsələ yalnız mülki vətəndaşlara qarşı amansızlıqlarda deyil, məsələ həm də mülki obyektlərin, enerji və istilik sistemlərini kütləvi şəkildə bombalayaraq insanları soyuq qış aylarında ölümlə üz-üzə qoymaqdadır. Belə olan halda dünya birliyi, əlbəttə ki, baş verənlərə biganə qala bilməz. Ona görə də indi quyruqları qapı arasında qalan Simonyan, Keosayan, Miqranyan, Baqdasaryan, habelə rusiyalı şovinist təbliğatçılar öz haylarına qalmağa başlayıblar ki, bəlkə dar ayaqda çullarını sudan quru çıxarmağa nail olsunlar. Amma ola biləcəklərmi? Elə məhz bu ünsürlər Ukraynaya atom bombasının atılmasını, yerlə-bir edilməsini bar-bar bağırırdılar. Ancaq indi bunu demirlər, çünki yaxşı bilirlər ki, uduzublar”.

Politoloq onu da qeyd etdi ki, artıq Rusiya Ukrayna müharibəsində uduzub və həmin gerçəklik özünü bütün istiqamətlərdə göstərməkdədir.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ