05/02/2023 15:50
728 x 90

Erməni terrorçu Monte Melkonyanı molla rejiminin xüsusi xidmət orqanları ilə nə bağlayır?..

Faiq Balabəyli: “İran Ermənistana bu illər ərzində hər mənada dəstək verib, iqtisadi, sosial, siyasi və humanitar baxımdan həmişə İrəvanın yanında yer alıb”

img

Ermənilərin ASALA terror təşkilatı ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb. Bu barədə qruplaşmanın keçmiş üzvü Martiros Jamkoçyan Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində danışıb.

O bildirib ki, ASALA-nın rəhbərlərindən biri olan beynəlxalq terrorçu Monte Melkonyan Azərbaycan torpaqlarının işğalı zamanı İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb.

Maraqlıdır, erməni terrorçusu ilə İranın xüsusi xidmət orqanları arasında əməkdaşlıq nəyə xidmət edirdi? Ümumiyyətlə, bu əməkdaşlığın mahiyyəti nədən ibarət ola bilər?

  • “Əməkdaşlığın əsl mahiyyəti əslində Azərbaycan xalqının, Azərbaycan türkünün milli azadlıq hərəkatını boğmaq və özünün regionda söz sahibi olmasıdır, ancaq…”

Müstəqil.az saytının rəhbəri Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İran Azərbaycanı hər zaman özünə düşmən bilib. Bu ölkə türkə, türkçülüyə hər zaman qarşı olub. İllər öncə də İranda Azərbaycan türkünə yaxşı münasibət bəslənilməyib.  Bu danılmaz faktdır: “İran əslində yaxın, dost ölkə olmalı idi. Lakin bu ölkə İslamın qardaşlıq, dostluq, müsəlmanlıq  ideyalarından qat-qat uzaqdır. İran İslam Respublikası olmasına baxmayaraq, islam adına uyğun olmayan işlərlə məşğuldur”.

Həmsöhbətimizin sözlərinə görə, İranın terror təşkilatları ilə əlbir olması üzə çıxır. Qonşu dövlət uzun illərdir ki, Azərbaycan əleyhinə yorulmadan fəaliyyətdədir. Onun islam dəyərlərinə zidd fəaliyyətini çoxsaylı faktlarla və misallarla göstərmək olar. Konkret müsəlman qonşusu olan Azərbaycana münasibətini götürək: “İran İslam Respublikası deyilən bir ölkə nə üçün ermənilərə dəstək olur? İranın ermənilərə bu münasibətini təkcə yerli erməni icmasına qarşı yox, həmçinin Ermənistan dövlətinə qarşı da müşahidə etmək mümkündür. Deyə bilərik ki, SSRİ-nin dağılması ilə müstəqil olan Ermənistanın İranla ilk dövrlərdən bəri isti münasibəti olub və indi də davam edir. İran Ermənistana bu illər ərzində hər mənada dəstək verib, iqtisadi, sosial, siyasi və humanitar baxımdan həmişə İrəvanın yanında yer alıb.

Erməni terrorçusu ilə İranın xüsusi xidmət orqanları arasında əməkdaşlığın əsl mahiyyəti əslində Azərbaycan xalqının, Azərbaycan türkünün milli azadlıq hərəkatını boğması və özünün regionda söz sahibi olmasıdır. Ancaq bu mümkün olmayacaq”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər