çərşənbə günü, 11 noyabr 2026
     

Xomeynini hakimiyyətə erməni ASALA terror təşkilatı gətirib, bu gün də himayə edir...

Image


Erməni terror təşkilatlarından biri olan ASALA-nın dünyada törətdiyi tükürpədici cinayətlər saysız-hesabsızdır. Bəzi ölkələrin xüsusi xidmət orqanlarının da ASALA ilə əlaqəsinin olduğu barədə də ara-sıra məlumatlara rast gəlirik. 

Ermənilərin ASALA terror təşkilatı ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb.

“Report” “Caliber”ə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın keçmiş üzvü Martiros Jamkoçyan Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində danışıb.

O bildirib ki, ASALA-nın rəhbərlərindən biri olan beynəlxalq terrorçu Monte Melkonyan Azərbaycan torpaqlarının işğalı zaman İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb.

“Qubadlının azad edilməsindən (1993-cü il avqustun 31-də Qubadlının işğalını nəzərdə tutur - red.) əvvəl farslar Monteyə zəng etdilər. Onlar Monte ilə hesablaşırdı. İndi açıqlayacağım məlumat məxfidir. Ancaq bu gün sizə danışacam”, - M.Jamkoçyan söyləyib.

O qeyd edib ki, həmin vaxt İranın xüsusi xidmət orqanlarının nümayəndələri M.Melkonyanla görüşmək üçün Gorusa gəliblər. Keçmiş terrorçu deyib ki, farslar əməliyyatın hazılığından xəbərdar idilər: “Biz onda Laçında idik. Zəngilan, Qubadlı və Horadizə hücum etmək üçün tank diviziyamızın bir hissəsini Laçına aparmışdıq. Farslar bu əməliyyatdan xəbərdar idi, onu hazırlayanı da tanıyırdılar. Həmin vaxt İran tərəfinin marağı müharibənin, nəyin bahasına olursa olsun, Arazın o tayına keçməməsi idi. Ona görə də onlar bizimlə əməkdaşlıq etmək istədilər. Onlar təminat istəyirdilər və bizimlə razılaşmaq üçün gəldilər. Bu, 1993-cü il yazın əvvəlində olub. Odur ki, dostlarımız və düşmənlərimiz kiminlə iş gördüklərini bilirdilər. Ona görə də bizimlə hesablaşıb əməkdaşlıq edirdilər. Əlbəttə, biz əsgərlərimizin və geri çəkilən azərbaycanlıların İran istiqamətində atəş açmasına imkan verməyəcəyimiz haqda farslara təminat vermişdik. Və belə də oldu”.

Qeyd edək ki, bir neçə gün əvvəl yerli mediada İran İslam İnqilabının banisi kimi qələmə verilən Ruhulla Xomeyni ilə ASALA arasında ittifaqın, əlaqənin mövcud olduğu və Xomeyninin mühafizəsində, İrana qayıdışında, burada hakimiyyəti qəsb etməsində Fransa xüsusi xidmət orqanları ilə paralel olaraq ASALA-nın da xidmətləri olduğu yazılıb. Azərbaycan mediasında gedən məqalədə Xomeyni ilə ASALA arasındakı ittifaq barədə çox ilginc faktlar təqdim edilir. “Tehranın Azərbaycana düşmən münasibətinin səbəblərindən biri İranda molla rejimini quran Xomeyninin ASALA tərəfindən Fransada qorunması və onun Tehrana qayıdışından sonra - 1982-ci ilə qədər ASALA-nın himayəsi altında yaşaması olub.

"Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" - ASALA 1975-ci ildə, Livanda vətəndaş müharibəsi getdiyi bir dövrdə Beyrut şəhərində yaradılıb. Təşkilatın ən böyük mərkəzi Parisdə yerləşir. Məhz burdakı ofis də Xomeyninin həm qorunmasını, həm də onun dünyaya tanıdılmasını öz üzərinə götürüb.

Xomeyni İranın xilaskarı kimi peyda olana qədər Parisdə yaşadığı dövrdə onu öz missiyaları üçün Fransa xüsusi xidmət orqanları hazırlamışdı. Xomeyni Fransaya uçub gedəndən sonra gözlənilmədən bütün dünyaya sözünü çatdırmaq imkanı qazandı. Amansız və kompromisə getməyən ayətullah beynəlxalq status əldə etdi. Və onu Şah tərəfdarlarından qorumaq üçün Parisdə xüsusi təlim görmüş bir dəstəyə ehtiyac var idi. Bu zaman Parisdə peyda olan ASALA qurucularından olan Akop Tarakçıyan Xomeyninin Fransada sürgündə yaşadığı Neauphle le Chateau kəndindəki evinin qonağı olur və aralarında möhkəm dostluq yaranır (Görünür, Xomeyninin türklərə (azərbaycanlılara) münasibəti ilə Tarakçıyanın münasibəti üst-üstə düşüb – red.). Akop onu qorumaq üçün 15 nəfərlik bir dəstəni Xomeyni yaşayan kəndə göndərir və beləliklə, İranın gələcək liderinin ermənilər qarşısında bir can borcu yaranır.

1979-cu ildə Ruhulla Xomeyni İraq və Fransada 14 illik sürgün həyatından sonra geri qayıdır. Xomeyninin Parisdən gətirən təyyarədəki silahlı dəstə Fransa kəşfiyyatı ilə birgə onu qorumağa məsul idi.

Bir müddət İranda sistem qurmaqla məşğul olan Xomeyni 1982-ci ildə ermənilərə olan borcunu ödəmək istiqamətində addımlar atır.

1982-ci ildə ASALA Livanı boşaltdıqdan sonra təşkilat üzvlərinin getdiyi ölkələrdən biri də təxminən 250 min erməni əhalisinin yaşadığı İran olub. İran 1983-cü ilin iyul-avqust aylarında ASALA-ya dəvət göndərir. ASALA-nın da ehtiyacı olduğu üçün bu təklifə cavab verir. ASALA rəhbərləri ilə İran rəsmiləri arasında keçirilən görüşdə təşkilata silah verilməsi üsulları və onların təlimi müzakirə olunur. ASALA da İranın istədiyi hərəkətləri həyata keçirəcəkdi. 1983-cü ilin avqustunda ASALA silahlıları kürdlərlə birlikdə İranın İraqa qarşı hücumunda iştirak edirlər.

1984-cü ilin mart və aprel aylarında türk diplomatlarına qarşı hücumlar ASALA-nın Tehranda çox rahat hərəkət etdiyini göstərir. İran bu hücumlara qarşı tədbir gördüyünü bildirsə də, təşkilatla əlaqəni kəsmir. Xüsusilə 1985-ci ildən sonra Suriya ilə münasibətləri korlanan ASALA Bekaa vadisindəki silahlılarını İrana köçürür.

ASALA İranla əlaqələrini daha da irəli apararaq Beyrutda Amerika və Fransa əsgərlərinə qarşı bombardmanlar həyata keçirən radikal şiə Xomeyni tərəfdarı tərəfindən qurulan "İslami Cihad" terror təşkilatını dəstəklədiyini də açıqlayır.

Bu gün İranda hakimiyyətdə olan rejim Xomeyninin vəsiyyətini icra edir. Buna görə də İranda rejim dəyişməyənə qədər ermənilərə dəstək və türk düşmənliyi davam edəcək...”. Bu barədə Azərbaycan mediası yazıb.

  • “Xomeyniyə dəstək verən erməni terrorçuları, xüsusən də ASALA terror təşkilatı...”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ASALA ilə İranın xüsusi xidmət orqanları arasında əlaqənin, bağların olması barədə faktlar qətiyyən təəccüb doğurmur. Ekspert vurğuladı ki, hələ Xomeyninin dövründən bu istiqamətdə əlaqələr olub və bu gün də o əlaqələrin davam etməsi, Tehran rejiminin ASALA ilə bu formada əməkdaşlığının üzə çıxması faktı gözlənilən idi. “İran adlanan ölkənin xüsusi xidmət orqanları ilə ermənilərə aid olan terror təşkilatlarının sıx əlaqədə olması təəccüblü deyil. Yaxın tarixə baxdıqda görürük ki, elə Qacarlar dövlətinin çöküşü məhz erməni təşkilatları, xüsusilə ermənilərin terrorçu qruplaşmaları, qurumları ilə fars təşkilatlarının arasında mövcud olan sıx birlik nəticəsində baş verib. Qacarlar bir türk dövləti idi və onun devrilməsində də biz bu işbirliyini görürük. Yəni Daşnaksütyun, Hnçak kimi terror təşkilatları Qacarlar kimi bir türk dövlətinin devrilib onun yerinə Pəhləvilərin gətirilməsi üçün bir sıra hiylələrə, terrorlara əl atıb.  Ümumiyyətlə, erməni terror təşkilatları ilə fars rejimləri arasında ciddi əlaqələr olub. farsların hakimiyyətə gəlməsində məhz farslar, İrançılar qədər “rol” oynayıb, burada xarici ölkələrdə yaşayan ermənilər də canfəşanlıq edib. Çünki onlar arasında bu işbirliyi vardı. O vaxtdan belə fikir formalaşmışdı ki, ermənilərlə farslar eyni irqə mənsubdur və bir-birinə hərtərəfli dəstək olmalıdırlar. Hətta bu dəstək terrorizmə, terror dəstəyinə qədər yüksəlib. Sonra Azərbaycanımızın güneyində Pəhləvilər rejimi tərəfindən soydaşlarımızın, xüsusən də milli ziyalılarımızın, görkəmli şəxslərimizin qətlə yetirilməsində erməni terror təşkilatlarının üzvləri də iştirak edib. 1978-1979-cu illərdə İslam İnqilabının türklərin xeyrinə olacağından qorxuya düşən ermənilər bizim əleyhimizə hərəkətə keçib. Bu prosesdə bizə qarşı ASALA da iştirak edib. Bu baxımdan, erməni terror təşkilatı ilə Xomeyni arasında əlaqənin olması barədə məlumatlar çoxdan mövcuddur. Bilirsiz ki, Məhəmməd Kazım Şəriətmədari o zaman ciddi nüfuza malik idi. Xomeyniyə qarşı rəqabət aparacaq yeganə lider Təbrizdən olan Azərbaycan türkü  Ayatulla Şəraiətmədari idi. Onun kifayət qədər nüfuzu vardı. Onun hakimiyyət başına keçməsini əksəriyyət istəyirdi. Lakin Xomeyniyə dəstək verən erməni terrorçuları,  xüsusən də ASALA terror təşkilatı 1979-cu ilin  dekabr ayında Şəriətmədarinin rəhbərlik etdiyi Müsəlman Xalq Partiyasının başçılığı ilə gedən Təbriz üsyanının yatırılmasında iştirak etdi.  Bunda yalnız Xomeyninin fransız dəstəkçiləri deyil, ermənilər də maraqlı idi. Biz bunu bilirik. Bilirik ki, hansı səbəbdən ermənilər niyə Aryançılara, İrançılara, fars şovinistlərinə dəstək verib. Çünki onlar həmişə ermənilərə şərait yaradıblar. Bu anlamda 1978-1979-cu illərdə də məhz burada yenidən bir türk dövlətinin qurulması “təhlükəsi”ni hiss edərək ermənilər, fransızlar, farslar və digərləri türklərə, güneyli soydaşlarımıza qarşı birləşdilər”.

F.Ələkbərli qeyd etdi ki, həmin dövrdə M.K.Şəriətmədarinin müəmmalı şəkildə öldürülməsi bu işbirliyinin nəticəsi ola bilər. O hesab edir ki, ona görə də, ASALA ilə fars şovinist rejiminin xüsusi xidmət orqanlarının işbirliyində olması qətiyyən gözlənilməz deyildi. “Bu rejimin xüsusi xidmət orqanları ilə ASALA bu gün də əməkdaşlıqlarını müxtəlif formalarda büruzə verirlər. Bu, zaman-zaman belə olub. Məsələni ümumilikdə belə dəyərləndirmək olar ki, ermənilər üçün heç bir şəkildə Tehranda yenidən türk hakimiyyətinin bərpa olunması qəbuledilən deyil. Onlar bunu özlərinin, Ermənistanın faciəsi sayırlar. Əgər Tehranda yenidən türk hakimiyyəti bərpa olunarsa, o zaman Ermənistanın məhv olması kimi bir təhlükə ilə üz-üzə qalacaqlarını iddia edirlər”-deyə bildirən F.Ələkbərli hesab edir ki, hazırda Ermənistanın varlığı bir növ də Tehran rejimi ilə bağlıdır, bu ölkəni təkcə Rusiya ilə bağlamaq düzgün olmazdı. “Tehran rejiminin xüsusi xidmət orqanlarının ASALA ilə birgə türklərə qarşı hərəkət etməsi yeni hal deyil, bu hər zaman olub. Bu işbirliyi indi də bu və digər şəkildə davam etməkdədir. Ancaq əlbəttə, artıq bir sıra məsələlər gün işığına çıxıb. Bu gün Azərbaycan və Türkiyənin gücü, soydaşlarımızın birliyi, əzəməti qarşısında, mübarizəsi yolunda Tehran rejimi və ASALA terror təşkilatı heç nə edə bilməz”-deyə F.Ələkbərli qeyd etdi. Alim hesab edir ki, bu işbirliyinin üzə çıxması onların ifşa edilməsindən başqa bir şey deyil.

Əli TURABOV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ