çərşənbə günü, 11 noyabr 2026
     

Zamanında Elçibəyə şəxsən təklif etdim ki, dövlətimizin rəsmi adı "Şimali Azərbaycan Respublikası" olsun...

Image


“Çox vacib və lazımlı bir məsələni qaldırmısınız. Şimali Azərbaycan Respublikası məsələsi bu gün aktuallaşdırılan, qaldırılan məsələ deyil. Mən respublikamızın adının Şimali Azərbaycan Respublikası adlandırılması təklifi ilə 1992-ci ildə Azərbaycanın mərhum Prezidenti Əbülfəz Elçibəyə müraciət etmişdim. O, bu müraciəti qəbul etmişdi. Bizim onunla bir neçə dəfə bu barədə yazışmalarımız olub. Elçibəy də bu məsələyə çox sıcaq baxırdı. Çünki bizim yaşadığımız, vətəndaşı olduğumuz müasir Azərbaycan Respublikası bütöv Azərbaycanın Şimal hissəsidir”.

Bu fikirləri “Bakı-Xəbər”ə Şimali Azərbaycan Araşdırma Mərkəzinin rəhbəri, politoloq Mehman İsmayılov bildirib.

1992-ci ildə “Şimali Azərbaycan” adlı qəzet təsis edib, o qəzeti öz vəsaitləri hesabına bir neçə il yaşada bildiklərini deyən M.İsmayılovun sözlərinə görə, bu qəzeti nəşr etməklə bütöv Azərbaycan quruculuğundan, Cənubi, Qərbi Azərbaycanın problemlərindən söz açmağa başlayıblar: “Mən “Şimali Azərbaycan” adlı şirkət qurdum, uzun müddət o şirkət fəaliyyət göstərdi. Şimali Azərbaycan məfhumu olduqca aktualdır, amma Şimali Azərbaycan Respublikası ideyası yeni deyil.  Bildirdiyim kimi, onu biz 1992-ci ildə qaldırdıq. Mən o vaxt respublikamızın adının Şimali Azərbaycan adlandırılması təklifini mərhum xalq şairimiz Xəlil Rza ilə, Azərbaycanın digər böyük ziyalıları ilə  müzakirə etdim. Rəhmətlik Xəlil Rza da bu ideyaya çox isti yanaşdı və dedi ki, respublikamızın belə adlandırılması doğrudur.  Hətta təklif də verdi ki, “Şimal” fars sözüdür onu işlətməyin, siz ona quzey deyin. O zaman bizim qəzetin adına görə Azərbaycanın çoxlu ziyalıları bizə müraciət etdilər və bu ideyanı çox bəyəndilər, bəli, bütün dünya bilməlidir ki, Azərbaycanı parçalayıblar. Qərbi Azərbaycan ərazisində Ermənistan respublikası yaradıblar, təəssüflər olsun ki, bu gün Tehran-fars rejiminin işğalı altındadır. Torpaqlarımızı bolşevik Rusiyası, kommunist rejimi param-parça edib dörd tərəfə paylayıb. Ona görə də, bütün dünya bilməlidir ki, bu dövlətin Cənubu da, Şimalı da, Qərbi də, Şərqi də var. Necə ki, Cənubi Koreya, Şimali Koreya var. Bütün dünya bilir ki, bir Koreya iki yerə bölünüb. Amma hər kəs Azərbaycanın tarixini bilməyə borclu deyil. Amma alman, ingilis, fransız, yapon bilməlidir ki, bu, Azərbaycanın Şimal hissəsidir və Azərbaycanı 3-4 yerə bölüblər. Bütün bunları insanlar bilməlidir. Təbii ki, bu gün bizim Milli Məclisdə deputatlar tərəfindən bu təşəbbüsün irəli sürülməsi bəyənilən məsələdir. Ancaq yeni deyil. Çünki biz bu yolu uzun müddətdir ki, gəlirik. Siz də şahidsiniz ki, Bakı Xəbər Televiziyasındakı bütün çıxışlarımda hər dəfə Şimali Azərbaycan sözünü rusdilli proqramlarımızda işlədirəm, “Severnıy Azərbaycan” deyirəm. Bunu davamlı təkidlə, israrla deyirəm ki, dünya bilsin. Bilsin ki, biz yaşadığımız bugünkü Azərbaycan Şimali Azərbaycandır. Çünki Azərbaycanın taleyini rusla fars erməni adlı aləti bizə qarşı işlədərək param-parça ediblər”.

M.İsmayılov vurğuladı ki, hazırda 30 min kvadrat kilomert ərazimiz erməni işğalındadır, 300 min kvadrat kilometr ərazimiz isə farsın işğalındadır. O qeyd etdi ki, indiki Azərbaycan Respublikası nə 12 oktyabr 1813-cü il Gülüstan, nə də 10 fevral 1828-ci il Türkmənçay müqaviləsini tanımalıdır. “Ermənistan bizim ərazimizdə qanunsuz yaradılmış bir qurumdur. Biz bu məsələləri qaldırmalıyıq. Bunu dəfələrlə qaldırmışam və buna verilişlər həsr etmişəm. Azərbaycan Gülüstan və Türkmənşay müqaviələrinin bizim qarşımıza çıxardığı problemlərdən imtina etməlidir. Azərbaycan Qacar imperiyası ilə Çar Rusiyası arasında bağlanmış Türkmənçay müqaviləsini tanımamalıdır. Çünki nə Qacar imperiyası var, nə də Çar Rusiyası var, amma onların imzaladığı Türkmənçay müqaviləsi Azərbaycanı iki yerə bölüb və Azərbaycanın da bir hissəsində Ermənistan adlanan süni dövlət yaradılıb. Bu səbəbdən də bu çox vacibdir ki, biz respublikamızı Şimali Azərbaycan respublikası adlandıraq və bütün dünya nəhayət Azərbaycanın necə parçalandığı barədə bilgi əldə etsin. Üstəlik də, dünyadakı 60 milyonlq Azərbaycan türkünün bizim ərazimizdə cəmi 10 milyonu yaşayır. 40 milyon azərbaycanlı isə Cənubi Azərbaycanın ərazisində yaşayır. Bizim güney Azərbaycanın taleyini gündəmə gətirmək hər birmizin mənəvi borcudur, hər birimiz güneyimiz və qərbimiz barədə düşünməliyik. Bizim torpaqlarımız nə qədər çoxdur ki, bolşevikin, kommunistin, rusun, farsın, ermənin bizdən qopardığı torpaqların itkisi ilə barışaq? Mən bu məsələni çox vacib hesab etdiyim üşün 1992-ci ildən üzü bəri durmadan, dayanmadan respublikamızın adının dəyişdirilib Şimali Azərbaycan qoyulmasını təkidlə irəli sürmüşəm. Fikrimin əvvəlində də söylədiyim kimi, mərhum Əbülfəz Elçibəy də bizimlə razılaşdı ki, zamanında bu məsələni gündəmə gətirib həll etmək mümkün olacaq. Azərbaycanın ziyalıları da hər zaman bunu dəstəkləyiblər. Yəni bizim qəzetin adının “Şimali Azərbaycan” olduğuna görə yüzlərlə ziyalı bizə təşəkkür edirdi, razılıqlarını bildirirdilər. Hesab edirəm ki, bu bu gün aktualdır, hətta biz gecimişik” - deyə Şimali Azərbaycan Araşdırma Mərkəzinin rəhbəri, politoloq Mehman İsmayılov bildirib.

Qeyd edək ki, son günlər parlamentdə bəzi deputatlar tərəfindən Azərbaycan Respublikasının adının Şimali Azərbaycan Respublikası olaraq dəydirilməsi təklif edilib.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ