çərşənbə günü, 11 noyabr 2026
     

Rusiya KTMT sammitinin nəticələrinə görə Ermənistandan qisas almağa hazırlaşır

Image


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvan sammitinin nəticələri Ermənistan üçün ciddi qorxu mənbəyi olaraq qalmaqda davam edir. Burada hesab edilir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT sammitinin yekun bəyannaməsini imzalamaqdan imtina etməsinin ağır nəticələrini İrəvan tezliklə görəcək. Geosiyasi məsələlər üzrə erməni analitik Arbak Xaçatryan da bu fikirdədir.

O hesab edir ki, Paşinyanın addımları anlaşılmazdır: “Sənəd imzalanmayacaqdısa, onda niyə Ermənistan sammitin keçrilməsinə razılıq verirdi? Mən düşünmürəm ki, dövlətlərin rəhbərlərinin nəyisə razılaşdırması və bunu etməməsi kimi bir vəziyyət mümkündür. Paşinyanın hərəkəti daha çox daxili auditoriyaya yönəlmiş bir hərəkət idi. Amma burada təhlükələr görürəm. Bu vəziyyətdə belə bir addımın atılmasının effektli olacağını düşünmürəm, risqlər hesablanmır. Xarici işlər nazirləri və müdafiə nazirləri əvvəlcədən nə barədə razılığa gəliblər? Mən KTMT-nin addımlarına heç cür haqq qazandırmıram, amma anlamaq istəyirəm ki, belə bir əməlin faydalı təsir əmsalı nədir, xalqımız hansı yeni sınaqlarla üzləşəcək? Təhlükəsizlik sistemi tamamilə dağılıb, nə gözləmək olar? KTMT ölkələrinin prezidentlərini toplayın və onlara deyin ki, mən imzalamıram. Bunun əvvəlcədən düşünülmüş addım olduğuna şübhə edirəm və gələcəkdə hansı təhlükələrin yaranacağı məlum deyil. Diplomatiyamız, təhlükəsizliyimiz yoxdur, həqiqətən də əndişələrim var”. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin də məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib: “Nikol Paşinyan bizimlə ikibaşlı oyun oynayır”. Zatulin bunu Paşinyanın KTMT bəyannaməsinin layihəsini imzalamaqdan imtina etməsi ilə izah edib: “Bir tərəfdən o başa düşməlidir ki, bir çox ermənilər Rusiya-Ermənistan dostluğu ideyası ilə tərbiyə olunublar. Digər tərəfdən, səhərdən axşama kimi Paşinyanın bütün tərəfdarları Rusiyaya xəyanəti və Ermənistanı Azərbaycandan qoruya bilməyən KTMT-nin dəyərsizliyini təbliğ edirlər”. Zatulin əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin KTMT sammitinə Ermənistana hörmət və onu müdafiə etməyə hazır olduğunu nümayiş etdirmək üçün gəlib: “Lakin Paşinyan Azərbaycanla sərhədə KTMT-nin monitorinq missiyasının göndərilməsini təsdiq edən sənədi imzalamaqdan imtina etməklə bu vəzifəni çətinləşdirib”. Rusiyalı politoloq, tarixçi, Yaxın Şərq və Qafqaz üzrə ekspert Stanislav Tarasov Ermənistanın “Qraparak” nəşrinə açıqlamasında bildirib ki, Paşinyan çox ağıllı adamlarla nərd oynamağa çalışır, amma oyunu uduzur: “Baxın, KTMT-yə müraciət etməklə Ermənistan “işğalçılıq aktı”nın törədildiyini deyir, bunu Qazaxıstanla müqayisə edir, amma orada dövlət çevrilişinə cəhd olub, borşu omletlə qarışdırmaq olmaz. Sərhədin demarkasiyası aparılmadığı üçün “təcavüz faktı” hüquqi cəhətdən müəyyən edilməyib. Azərbaycan “A” dağını özününkü hesab edir, Ermənistan isə özününkü hesab edir, ona görə də KTMT-nin burada heç bir əlaqəsi yoxdur. Amma nəticədə gördük ki, Paşinyan prosesi Qərb platformasına daşıdı, Brüssel də buna razı oldu. Ruslardan nə istəyirdi? KTMT heç bir əsas olmadan Ermənistanla Azərbaycan sərhədində dayanacaqdı? O, KTMT-ni münaqişəyə cəlb etmək istəyirdi? İlham Əliyev isə Paşinyanın oyununu oynamaqla bütün diplomatik kombinasiyaları, bütün dramları üzə çıxarmağa imkan verdi. Mişustin Bakıya getdi, Putin Əliyevə zəng etdi və bundan sonra KTMT-nin iştirakı ilə Paşinyan ssenarilərinin baş tutmayacağı artıq bəlli olanda Paşinyan sənədləri imzalamaqdan imtina etdi”.

Ekspert xatırladır ki, Paşinyan 15 sənəddən yalnız ikisinə imza atmayıb: “Heç nə, dəhşətli bir şey olmayıb. Amma Ermənistanda bəzi qüvvələrin qışqırmasına şərait yaratdı ki, ruslar bizi tək qoyub, bizi qorumur. Diplomatiyanız daha çox əyalət xarakteri daşıyır. Əsas çatışmazlıq budur. Siz əminsiniz ki, Rusiya Ermənistanı özünə əyalət etmək istəyir? Belə deyil. Rusiya Federasiyası Ermənistanı hətta birləşmiş dövlətin tərkibinə daxil etmək istəmir. Həm Azərbaycanı, həm də Gürcüstanı öz tərkibinə daxil etmək istəmir. Rusiyanın yeganə problemi cənubda vəziyyətin sabit olması, təhlükəsizlik baxımından risqli olmaması, Yaxın Şərqdən gələn sunamini cilovlamaqdır. Rusiyanın bu regiondakı siyasətini düzgün başa düşmək lazımdır. Bizim İran və Türkiyə ilə yaxşı münasibətlərimiz var və münasibətlər qururuq, İrəvan bizim onun maraqlarının girovuna çevrilməyimizi istəyir. Ermənistan KTMT-dən çıxmaq istəyirsə, lütfən çıxsın, o zaman İlham Əliyevin İrəvanın Azərbaycan torpağı olması arzusu gerçəkləşəcək”. Baş verənlərlə bağlı “armenianreport” portalı da mühüm nüanslara diqqət edir. Portal xatırladır ki, KTMT sammitindən sonra Rusiya Dövlət Dumasının “Vahid Rusiya” partiyasından olan deputatı Yevgeni Fyodorov çox hədələyici bəyanatla çıxış edib. Fyodorov deyib: “Ermənistan geosiyasi baxımdan dalana dirənmiş ölkədir. Onun yaşaması Rusiyadan asılıdır. Ermənistan qanunla SSRİ-dən çıxmayıb. Yəni bu, qeyri-qanuni ictimai qurumdur. Bununla bağlı hərəkətə keçməliyik”. Portal yazır: “Rusiya prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenkonun ölkəmizə səfəri ilə bağlı İrəvanda keçirilən etiraz aksiyalarına Fyodorov belə münasibət bildirib. Bu etirazlar zamanı bütün dünya Avropa İttifaqının və Ukraynanın çoxlu sayda bayraqlarını gördü. Yəni Ermənistanın kimin tərəfində olduğu göstərildi. Təbii ki, Kreml dərhal Fyodorova və digər tənqidçilərinə “vur” əmrini verdi. Daha sonra hamı Nikol Paşinyanın addımını gördü. O, açıq şəkildə KTMT sammitinin yekun bəyannaməsini, eləcə də təşkilatın Ermənistana kollektiv yardım göstərilməsi haqda qətnaməsini imzalamadı. Bununla da Putin və Lukaşenkonun planlarını açıq şəkildə alt-üst etdi. Putin və Lukaşenkonun reaksiyasını hamımız gördük. Rusiya prezidentinin reaksiyasını xatırlamaq xüsusilə vacibdir. Lukaşenko İrəvanda Putinin ona tapşırdığı rolu oynadı. Nəticədə fiziki olaraq sağ qaldı. Amma Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Vladimir Makeyin “qəfil ölümü” haqda tam fərqli nüanslar mövcuddur. Makeyi Lukaşenkonun mümkün varisi adlandırırdılar. O, Rusiyanın birbaşa və sərt təsiri altında olmayan bir neçə nəfərdən biri idi. Britaniyanın “The Daily Mirror” nəşrinin məlumatına görə, Vladimir Makey Ukrayna münaqişəsi ilə bağlı “gizli danışıqlardan” sonra dünyasını dəyişib. Britaniyalılar vurğulayırlar ki, Makey “rəsmi Minsklə Qərb arasında yeganə kommunikasiya kanalı” olub. Vladimir Makeyin müəmmalı ölümü Papanın elçisi Ante Yoziçlə Ukraynada müharibəyə son qoymaq üçün gizli sülh planını müzakirə etməsindən bir gün sonra baş verib. Deməli, onlar açıq şəkildə etiraf edirlər ki, Putin Rusiyasının ölümcül qucağından hansısa yolla xilas olmaq cəhdləri siyasətçilərin fiziki məhvi ilə nəticələnir. Və mən inanıram ki, Putin bununla Lukaşenkoya aydın siqnal göndərdi – Ukraynada hər şeyi mənim dediyim kimi etməsəniz, növbəti qurban siz olacaqsınız. Tamamilə aydındır ki, Putin Nikol Paşinyanın fiziki cəhətdən məhv edilməsi planını hazırlayır. Kremlin bütün təbliğatçıları, demək olar ki, açıq şəkildə buna çağırışlar edirlər. Deputat Fyodorov kimi şəxslər bütövlükdə Ermənistanı təhdid edir. Deməli, Qərb erməni dövlətçiliyini, erməni demokratiyasını qorumağa borcludur. Çünki onlar ölümcül təhlükədədir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ