05/02/2023 14:14
728 x 90

Seyran Ohanyan Putinin sərhəd qoşunlarına qarşı yeni ideya quraşdırdı...

Tural İsmayılov: “...Xocalı qatili Seyran Ohanyan da Rusiyanın ritorikası və nitqi ilə danışır”

img

“Ermənistanın sərhədlərini erməni əsgəri və erməni komandiri qorumalıdır". Bunu Ermənistanın keçmiş müdafiə naziri, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan KTMT-nin Cənubi Qafqazdakı rolu və Ermənistan hakimiyyətinin bu strukturdan gözləntilərinə toxunarkən deyib.

“KTMT bu regionda qlobal problemlərin həlli ilə məşğuldur. Azərbaycanla münasibətlər, sərhəddəki vəziyyət, sərhədlərimizin mühafizəsi, mövqelərin yerləşdirilməsi və digər məsələlərlə KTMT yox, Ermənistanın hərbi-siyasi rəhbərliyi məşğul olmalıdır”, - Seyran Ohanyan vurğulayıb.

Ohanyan bu kontekstdə  Ermənistan hakimiyyətinin ziddiyyətli bəyanatlarını da xatırladıb və bildirib ki, Ermənistanın özünün görməli olduğu işin KTMT tərəfindən həllini gözləmək məntiqsizdir...

Ohanyan Paşinyan hakimiyyətinin KTMT-dən gözləntilərini səhv yanaşma adlandırıb, bunu absurd sayıb.

  • “Sabiq müdafiə nazirinin  KTMT ilə bağlı söylədikləri Paşinyan komandası tərəfindən erməni cəmiyyətində aparılan anti-KTMT tədbirlərinə verilən cavab xarakteri daşıyır”

Bu məsələdə S.Ohanyanın Rusiyanın maraqlarından çıxış etdiyini deyən siyasi analitik Tural İsmayılov bildirdi ki, bu gün sabiq müdafiə naziri Ermənistan hakimiyyətinin KTMT ilə bağlı yürütdüyü siyasətdən narazıdır.

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) üz çevirməsi artıq uzun müddətdir ki, mərhələli şəkildə davam edir. Nikol Paşinyan hakimiyyəti və onun komandasında təmsil olunan məmurlar Rusiyanın patronajlığı ilə mövcud olan bütün təşkilatlara qarşı sistemi şəkildə mübarizə aparır və KTMT-nin İrəvandakı sonuncu toplantısında da  Paşinyanın KTMT-dən narazılığı birmənalı şəkildə ortaya qoyuldu.

Eyni zamanda KTMT üzvləri də Ermənistanın buradakı pozuculuğunu bilirlər və bu üzdən onun fəaliyyətinə güvənmirlər.  Həm də bir növ Ermənistanı KTMT-nin tərkibindəki Qərb cəsusu hesab edirlər”.

T.İsmayılovun sözlərinə görə, KTMT-nin qapalı toplantılarında alınan qərarların məxfiliyinin şübhə doğurduğu artıq ortadadır. O vurğuladı ki, bu, daha çox Ermənistan tərəfindən Qərbə KTMT-nin içərisindən bilgi sızdırılması şübhəsini yaradan məqamlardan biridir. “Amma eyni zamanda Ermənistanın KTMT-ni tərk etməsi də KTMT-nin və Rusiyanın nüfuzuna vurulan bir zərbə hesab edilir. Ermənistanın tam şəkildə KTMT-ni tərk etməyinə Rusiya imkan vermir. Hazırda Ermənistanda Rusiya mərkəzli müxalifət olan "Hayastan" parlament fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri, Xocalı qatili Seyran Ohanyan da Rusiyanın ritorikası və nitqi ilə danışır. Əslində, sabiq müdafiə nazirinin  KTMT ilə bağlı söylədikləri Paşinyan komandası tərəfindən erməni cəmiyyətində aparılan anti-KTMT tədbirlərinə verilən cavab xarakteri daşıyır. Lakin istənilən halda, Ohanyanın nə deməyindən asılı olmayaraq Ermənistanla KTMT arasında uçurumların dərinləşəvəyini düşünürəm”.

İradə SARIYEVA

Peşə etikası

Son xəbərlər