06/02/2023 12:49
728 x 90

XİN Mirzoyan bir "tor qurdu", bizim bəzi informasiya orqanları da bu tora düşdü - Təşəbbüskarlıq Əliyevdədir, bizdədir, cənablar...

img

Dostlar, bizim bəzi saytlarda bu nə yanaşmadır? Sosial şəbəkələrin və onlayn medianın erməni seqmentlərindən götürülmüş və Ermənistanın özünün informasiya siyasətinə xidmət edən təmayüllü məlumatları heç bir şərhsiz-filansız Azərbaycan cəmiyyətinə təqdim etməyin adı nədir?

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

“Səhərdən baxıram, saytlar Ermənistan XİN Ararat Mirzoyanın təhlükəli bir bəyanatını çox həvəslə, ağına-bozuna baxmadan tirajlayıblar. Mirzoyan deyir ki, Azərbaycan sülh müqaviləsi barədə Ermənistanın təkliflərinə cavab verib. Bu təhlükəli və erməni mənafelərinə hesablanmış "xəbər"in inandırıcılıq dozasını artırmaq üçün erməni resursları bunu da əlavə ediblər ki, "Mirzoyan təfərrüatlara varmayıb.. ." Pahoooo... nə böyük yalan...

Ay həmkar dostlar, Mirzoyan hansı təfərrüata vara bilər? Ermənistan nə sülh müqaviləsi təklif edə bilər ki, Azərbaycan ona cavab versin və üstəlik Mirzoyan da yekə-yekə "təfərrüata varmasın"? Dostlar, 10 noyabr sənədindən sonra bütün əsas məsələlərdə - sülh sazişi, müqavilənin mətni, sülh prinsipləri, delimitasiya məsələlərində birmənalı təşəbbüskarlıq İlham Əliyevə məxsus olub, həmişə bizim Prezident təşəbbüs edərək təklif irəli sürüb, bu təkliflərə qarşı tərəfdən cavab gözləmişik. Üstəlik məğlub və kapitulyant tərəf olan Ermənistanın sülh müqaviləsi təklifi ilə çıxış etməsi hansı məntiqə sığır? Buna Ermənistanın nə haqqı, nə gücü var? 10 noyabr sənədindən sonra Azərbaycan -Ermənistan münasibətlərində konfiqurasiya belə olub. Təşəbbüskarlıq Azərbaycan Prezidentində, cavabdehlik və reaksiya Ermənistanda olub. Bunu hər kəs bilməlidir. İndi Mirzoyan erməni bicliyi ilə bu məlum konfiqurasiyanı tərsinə çevirir, rəy yaratmaq istəyir ki, guya müqavilə təklifi Ermənistana aiddir. Təəssüf ki, bizim bəzi informasiya orqanlarımız Mirzoyanın "informasiya toruna" düşürlər...

Məlumatınızda düzəliş edin, cənablar...”

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər