çərşənbə günü, 11 noyabr 2026
     

İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, öz siyasi xəttini korrektə etməlidir

Image


Azərbaycan müstəqilliyini bərpa edəndən sonra İran ilə münasibətlərdə gərgin dövrlər çox yaşanıb. Lakin yaxın qonşuluq və iqtisadi-ticari əlaqələrin qarşılıqlı faydalı xarakter daşıması gərginliklərin dərinləşməsinə imkan verməyib. Otuz il Ermənistanın işğalı altında qalan torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Azərbaycanın bu Qələbə nəticəsində torpaqlarımızı işğaldan azad etməsi bir sıra müsəlman ölkələrindən fərqli olaraq İran tərəfindən narahatlıqla qarşılandı. Yaxın qonşumuz və müsəlman “təəssübkeşi” kimi çıxış edən İran öz narahatlığını nədənsə çox kəskin şəkildə büruzə verdi. Azərbaycan Prezidenti işğaldan azad olunan ərazilərə səfəri zamanı Xudafərin körpüsünü dostluq körpüsü, İran-Azərbaycan sərhədini isə dostluq və qardaşlıq sərhədi adlandıraraq yaxın qonşumuza xoş mesajlar vermişdi. Bununla yanaşı, bir sıra İran şirkətlərinə də Qarabağın bərpasında iştirak etmək imkanı yaradıldı.

Bu sözlər AZƏRTAC-ın İran-Ermənistan münasibətlərinin hazırkı durumu barədə yaydığı analitik məqalədəndir. Məqalədə daha sonra deyilir:

Rəsmi Bakı 30 ilə yaxın bir dövrdə Azərbaycanın tarixi torpaqlarının işğalına İranın susqunluğuna, Şuşada və İrəvanda azərbaycanlılara məxsus məscidlərin təmir edilərək fars məscidləri kimi qələmə verməsinə, 44 günlük Vətən müharibəsi dövründə rəsmi Tehranın Ermənistana silah-sursat ötürməsinə baxmayaraq, qonşuluq münasibətlərini davam etdirmək niyyətini dəfələrlə bəyan etmişdi. Lakin İran Azərbaycana qarşı heç bir əsası olmayan qondarma iddialar irəli sürməyə başladı. Sözdə İslam dəyərlərinə üstünlük verən İran nədənsə ermənilərin 67 məsciddən 65-ni dağıtmalarına göz yumdu, amma Azərbaycanın İsrail ilə əlaqələrini böyük hay-küylə qarşıladı. İki müstəqil dövlətin diplomatik əlaqələrinin üçüncü tərəfə nə kimi mənfi təsir göstərəcəyini soruşsan, heç bir İran siyasətçisi tutarlı arqument irəli sürə bilməz. Ermənistanın Qafan şəhəri çox balaca bir yaşayış məntəqəsidir və bu şəhərdə tez-tələsik konsulluq açmaq İranın nəyinə lazımdır?! Din qardaşlarına tarix boyu olmazın müsibətlər yaşadan Ermənistanın kiçik bir şəhərində diplomatik zərurət olmadığı halda konsulluq açan İran Azərbaycanın İsrail kimi müstəqil bir dövlətdə səfirlik açmaq qərarına hansı üzlə etiraz edir?! Bu sualı cavablandırmaq heç də çətin deyil. Ermənistan heç vaxt müstəqil siyasət yürütməyib və həmişə özünə himayədar axtarışında olub. Azərbaycana məğlub olduqdan sonra Ermənistan rəsmiləri İrana üz tutaraq tarixi dostluqdan danışmağa başlayıblar. Regionda sülhün yaradılması istiqamətində Soçidə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşündən sonra dərhal Tehrana rəsmi səfər edən baş nazir Nikol Paşinyanı qucaqlayan rəsmilər nə demək istəyiblər görəsən... Rəsmi Tehran bəyan edir ki, regionda dövlətlərin sərhədlərinin dəyişməsi qəbuledilməzdir və bu, İranın qırmızı cizgisidir. Əgər sərhədlərin dəyişməsi Tehran üçün qəbuledilməzdirsə, 30 il ərzində Ermənistan sərhədləri dəyişərək Azərbaycan ərazilərini işğal etdiyi vaxt niyə səsini çıxarmırdı... Deməli, Ermənistan müsəlmanların yaşadığı yeri işğal edib sərhədi dəyişə bilər və bu, İran üçün qəbulediləndir. Lakin Azərbaycan öz ərazilərini işğaldan azad edəndə İran üçün qəbuledilməzdir. Haradadır İranın minillik incə diplomatiyası... Səbəb nədir ki, regionda heç bir müsəlman dövləti ilə yola getməyən İran Ermənistana əvvəlkindən daha çox dəstək olur. İranın qeyri-konstruktiv siyasətinin mahiyyətini anlamaq üçün əvvəlcə bu ölkənin siyasi quruluşuna və daxildə baş verən hadisələrə nəzər yetirmək lazımdır. İranın daxili siyasətinə nəzər saldıqda burada siyasi qüvvələrin iki əsas qanadda cəmləşdiyini görərik. Bunlardan biri islahatçılardır ki, hakimiyyətdə təmsil olunduqda İranın dünya ilə inteqrasiyasını gücləndirmək, sanksiyaların aradan qaldırılması üçün konsensus əldə etmək istəyindədirlər. Digər qanad isə mühafizəkarlardan ibarətdir. Bu qanadın bariz nümayəndəsi İbrahim Rəisidir ki, o da bu gün İranın Prezidentidir. Bu siyasi düşərgənin nümayəndələri radikal islamçılardan ibarətdir. Təsadüfi deyil ki, bu qanadın nümayəndəsi hakimiyyətə gəldikdən sonra əxlaq polisinə böyük səlahiyyətlər verildi. Bunun da nəticəsində 22 yaşlı qız baş örtüyünü düzgün örtmədiyinə görə öldürüldü. Bunların xarici siyasət xətti isə dünya ilə inteqrasiya deyil, Yaxın Şərqi siyasi monopoliyaya almaq və öz dini ideologiyasını yaymaqdan ibarətdir. Bu xətti radikal qanadın hakimiyyətdə təmsil olunan nümayəndələri xüsusi xidmət orqanlarının vasitəsilə qonşu dövlətlər arasında yaymağa cəhd edirlər. Məlum olduğu kimi, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti xüsusi əməliyyat keçirərək İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni və casus şəbəkəsini ifşa etdi. Bu əməliyyatlar nəticəsində ümumilikdə 24 nəfər saxlanıldı. Bu, həmişə ona xeyirxah münasibət bəsləyən Azərbaycana İranın “mehriban dostluq və qardaşlıq” niyyətinin göstəricisidir. Yaxud İran silahlı qüvvələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki sərhədində - Araz çayı boyunca hərbi təlimlər keçirməsi, bununla Azərbaycanı qorxutmağa çalışması onun müsəlman təəssübkeşi olmadığını təsdiq edir. İranın Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun Araz çayı boyunca uğurlu əməliyyatına mane olmaq cəhdi də unudulmayıb. Hazırda İran ciddi ictimai-siyasi böhranla üz-üzədir. İnqilabdan ötən 40 il ərzində əhaliyə sözdən başqa bir şey verə bilməyən klerikal hakimiyyət çıxılmaz vəziyyətə düşüb. Sentyabrdan başlanan kütləvi aksiyalar İranın bütün şəhərlərini bürüyüb və üçüncü aydır davam edir. Əxlaq polisi tərəfindən zorakılığa məruz qalan 22 yaşlı qızın ölümü ilə başlayan kütləvi etirazlar heç də qadın hüquqları ilə əlaqəli deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, yuxarıda deyildiyi kimi, İran dövləti 40 il ərzində xalqına quru vəddən başqa bir şey verə bilməyib. Öz imkan və potensialını real dəyərləndirə bilməyən İran uzun illərdir geosiyasi ambisiyalarla yaşayaraq bu istiqamətdə siyasət yürüdür. Nüvə proqramını həyata keçirməklə dünyada hegemonluq etmək iddiasındadır. Bu səbəbdən də enerji resurslarından əldə olunan gəlirlər dövlət quruculuğuna, əhalinin firavanlığına, ümumilikdə ölkənin inkişafına deyil, Yaxın Şərqdə silahlı dəstələr saxlamağa və qonşu dövlətlərin, o cümlədən Azərbaycanın daxili işlərinə qarışmağa yönəldilir. İran Suriyada, İraqda, Livanda silahlı dəstələri maliyyələşdirərək dini-ideoloji xəttini həyata keçirməyə cəhd edir. Halbuki İranın bu siyasəti nəinki beynəlxalq aləm, hətta öz əhalisi tərəfindən də kəskin qınanır. Milli azlıqların hüquqsuzluğu, iqtisadi vəziyyətin ağır olması, siyasi ambisiyaların nəticəsində sanksiyalara məruz qalması və əhalinin sosial vəziyyətinin həddən artıq pisləşməsi insanların küçələrə çıxıb haqlarını tələb etməsi ilə nəticələnib. Ən başlıcası isə hakimiyyət bu etirazları nəzərə alıb vəziyyəti yaxşılaşdırmaq istəmir, əksinə etirazçılara qarşı qəddarlıq, onların qətlə yetirilməsi və məhkəməsiz edam edilməsi xalqın, necə deyərlər, səbir kasasını daşdırıb. Diqqəti bu problemlərdən yayındırıb cəmiyyətdə həmrəyliyə nail olmaq üçün İran gah qərbdəki, gah da şimaldakı qonşularına qarşı əsassız iddialar irəli sürür. Azərbaycan Respublikası heç vaxt İran üçün təhlükə törətməyib və törətmir. Dəfələrlə ən yüksək siyasi səviyyədə bildirilib ki, Azərbaycanın İsrail və ya digər bir dövlətlə diplomatik münasibətləri qətiyyən İrana və ya üçüncü bir dövlətə qarşı yönəlməyib. Ölkəmiz xarici siyasətini milli maraqlarını nəzərə alaraq qurur və bu işdə kiminsə məsləhətinə ehtiyacı yoxdur. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan öz ərazisindən üçüncü dövlətə qarşı istifadə olunmasına imkan verməyəcək. Beləliklə, beynəlxalq təşkilatlar və qonşu dövlətlərlə münasibəti korlayaraq təqsiri üzərindən atmaq istəyən İran hakimiyyəti, ilk növbədə, öz siyasi xəttini korrektə etməlidir.

Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ