çərşənbə günü, 11 noyabr 2026
     

Şuşanın ümumtürk mədəniyyətindəki rolu barədə beynəlxalq konfrans keçirilib - FOTO

Image


Azərbaycan Vətəndaş Hərəkatının (AVH) təşkilatçılığı ilə “Ümumtürk mədəniyyətinin inkişafında Şuşa şəhərinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Tədbiri Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, dosent Hacı Həsənov açaraq, Azərbaycanda “Şuşa İli”nin elan olunmasının əhəmiyyətindən, ziyalıların bu istiqamətdə dövlətə dəstəyindən bəhs edib. O, azərbaycanlı alimlərin Şuşa ilə bağlı önəmli işlərə imza atdıqlarını söyləyib.

Millət vəkili Ceyhun Məmmədov qalib xalq olaraq, qələbəmizi daha da möhkəmləndirməyin zəruri olduğunu vurğulayıb. Tarixdən nəticə çıxarmalı olduğumuzu deyən C.Məmmədov, Azərbaycanın xilasının Türk Dünyasının birliyində olduğunu qeyd edib.

Millət vəkili Vüqar Bayramov Şuşanın həm Azərbaycan, həm də bütün türk dünyası üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Şuşa ilə bağlı Milli Məclisdə ayrıca qanun qəbul edildiyini xatırladan V.Bayramov, azad edilən ərazilərimizin bərpasına milyardlarla manat vəsait ayrıldığını açıqlayıb.

Millət vəkili Jalə Əhmədova da Türk Dünyasında Şuşanın böyük önəminin olduğunu vurğulayıb. O, Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən, strateji müttəfiqlikdən bəhs edərək, belə konfransların daha çox keçirilməsinin vacib olduğunu bildirib.

Azərbaycan Vətəndaş Hərəkatının İcraçı direktoru, Müasir İnkişaf Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü əsasən ziyalıların təmsil olunduğu Hərəkatın yarandığı 3 il ərzində gördüyü işlərdən, keçirdiyi tədbir, görüş, səfərlərdən söz açıb. O, Şuşa və Qarabağla bağlı AVH sıralarında təmsil olunan alimlərin, araşdırmaçıların maraqlı çıxış, kitab, məqalə və s. hazırladığını da diqqətə çatdırıb.

Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının prezidenti Azər Həsənsoy Şəhid və Qazilərimizin qanı ilə azad edilən torpaqları göz bəbəyi kimi qorumalı olduğumuzu vurğulayıb.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Şuşa şəhərini türk əsrinin dirçəliş rəmzi kimi xarakterizə edib.

Şuşanın xalqımızın qürur mənbəyi olduğunu deyən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, dosent, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, bayrağımızın bu şəhərdə dalğalanmasından sonsuz fəxr hissi keçirdiyini açıqlayıb.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru Əhməd Niyazov tarixi həqiqətlərin arxivlərdə olduğunu deyərək, alimlərimizin bu sahədəki qiymətli tədqiqatlarını beynəlxalq aləmə çıxartmaq lazım olduğunu söyləyib.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatının sədri Fuad Hüseynzadə “Şuşa İli” çərçivəsində gördükləri işlərdən danışıb. O, xarici ölkələrdə bu istiqamətdə daha fəal təbliğat aparmağın vacibliyini vurğulayıb.

Çıxışlardan sonra elmi məruzələr təqdim olunub.

ADNSU-nun professoru, tarix elmləri doktoru, professor Camal Mustafayev “Şuşanın yaranma tarixi” mövzusunda məruzə edib. Şuşanı, onun tarixini 20 ildir araşdırdığını deyən professor, şəhərin əsasının qoyulmasının Pənahəli xanın adıyla bağlı olduğunu vurğulayıb. O, Şuşanın məhəllələri, adının mənşəyi ilə bağlı ən son tədqiqatlara əsaslanan fikirlərini bölüşüb. Şuşanı formalaşdıran yerli türk tayfaları haqqında danışan C.Mustafayev Qarabağ xanlığının çar Rusiyasının işğalından sonrakı tarixindən də bəhs edib.

Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Mübariz Ağalarlı “Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında Şuşa və Bakı Bəyannamələrinin rolu” mövzusunda məruzə edib. O, Qarabağ münaqişəsi barədə fikirlərini çatdırdıqdan sonra 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsinin regionda yeni geosiyasi reallıq yaratdığını açıqlayıb və Azərbaycan-Türkiyə müttəfiqliyinin strateji əhəmiyyətindən bəhs edib.

Türkiyənin Kastamonu Universitetinin professoru dr. Namiq Musalı “Qacarlar dövrünə aid bəzi farsdilli mənbələrdə Şuşa şəhərinin təsviri” mövzusunda məruzəsini videoformatda təqdim edib. O, qədim salnamələrdə və farsdilli mənbələrdə əksini tapmış Şuşa və İrəvan şəhərlərinin Azərbaycana məxsusluğu ilə bağlı mühüm faktları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Məhəmməd Cəbrayılov “Şuşalı ictimai-siyasi xadimlərin Azərbaycan mədəniyyətinə təsiri” mövzusunda məruzə edib. Alim Şuşanın mədəniyyət mərkəzi kimi önəmli bir mövqeyə sahib olduğunu qeyd edib. Şuşalı ictimai-siyasi xadimlərin fəaliyyətindən bəhs edən M.Cəbrayılov, Əhməd bəy Ağaoğlu və digərlərinin türk dünyasına verdiyi töhfələr haqqında da danışıb.

Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov “Şuşa şəhərində yaradılmış ədəbi-bədii məclislərin şəhərin mədəni həyatına təsiri” mövzusunda məruzə edib. Məruzəsində o, Şuşada fəaliyyət göstərən və dövrün nüfuzlu ziyalılarını birləşdirən ədəbi-bədii məclislərlə yanaşı, Qarabağ musiqisi, Şuşa musiqi məktəbi haqqında da danışıb.

Azərbaycan Vətəndaş Hərəkatının Məclis üzvü, ADPU-nun Ümumi tarix kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov “1918-1919-cu illərdə Şuşada keçirilən erməni qurultayları və onların AXC üçün nəticələri” mövzusunda məruzə edib. Məruzəsində o, xarici qüvvələrin Qarabağı ələ keçirmək istiqamətində cəhdlərindən danışıb. Tarixdə erməni-azərbaycanlı münaqişəsi haqqında faktlara toxunan T.Cəfərov, Azərbaycan Xalq Cümhuriyyətinin bu yöndə erməni təxribatlarının qarşısını almaq üçün gördüyü işlərdən də bəhs edib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmiişçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Yusif Vəzir Çəmənzəminlinin milli fəlsəfə tarixi və ictimai-fəlsəfi görüşləri” mövzusunda məruzə edib. O, Y.V.Çəmənzəminlinin çoxşaxəli fəaliyyəti, onun gördüyü işlərdən bəhs edib. F.Ələkbərli şuşalı xadimlərə – Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli və digərlərinə həsr olunmuş elmi-kütləvi tədbirlərin keçirilməsini vacib sayıb.

Albaniya Azərbaycan Dostluq, Elm və Mədəniyyət Dərnəyinin rəhbəri, Türkiyə tarixi üzrə araşdırmaçı, doktor Entela Muço çıxış edərək, Şuşa şəhərinin türk xalqları üçün əhəmiyyətindən, Şuşanın mədəni nailiyyətlərindən danışıb.

Estoniyada fəaliyyət göstərən "Karyera" Təhsil Akademiyasının rəhbəri Sənəm Əli Azərbaycan mədəniyyətini Avropaya tanıtmağın çox vacib olduğunu söyləyib.

Azərbaycan Vətəndaş Hərəkatının İctimaiyyətlə əlaqələr üzrə kordinatoru Anar Salehoğlu Şuşa və işğal olunmuş torpaqlarımız haqqında Ümummilli lider Heydər Əliyevin fikirlərini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ərazilərimizin azad edilməsi istiqamətindəki fəaliyyətindən ətraflı bəhs edib.

Rusiyanın Məhkəmə Tikinti və Texniki Ekspertiza İnstitutunun professoru, texniki elmlər doktoru, Türk Kültür Platformasının sədr müavini Rafail Qəribli Şuşa şəhərinin inkişaf perspektivləri ilə bağlı fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.

Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta təmsil etdiyi ölkənin Şuşaya yatırımlar etmək imkanlarından, Avstraliyada azərbaycanlıların ermənilərə qarşı aktiv fəaliyyət aparmasının vacibliyindən danışıb.

Hollandiyadan Benilüks Azərbaycanlıları Konqresinin mətbuat katibi, türkoloq Gülnarə Əliyeva Avropa ölkələrində güclü mövqeləri olan erməni diasporunun yalanlarını ifşa etmək üçün həmin ölkələrə Azərbaycan haqqında tərcümə olunmuş daha çox məlumatın, kitabların, videoçarxların göndərilməsinə ehtiyac olduğunu bildirib.

Pakistanın Kəşmir Gənclər Forumunun icraçı direktoru, tanınmış jurnalist Zaman Bajva Şuşa barəsində düşüncələrindən, Pakistanda Azərbaycanı təbliğ etməsindən, ölkəmizə olan sevgisindən danışıb.

Tədbirdə Şuşa və Azərbaycan haqqında videoçarxlar nümayiş etdirilib.

Tədbirin sonunda iştirakçılara sertifikarlar verilib, xatirə şəkli çəkilib, konfransın materiallarının çap olunacağı, gələcəkdə də bu kimi tədbirlərin davam etdiriləciy bildirilib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ